• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Cəmiyyət » Paytaxtın Bakıdan köçürülməsinə nə qədər vəsait lazımdır? - AÇIQLAMA

  

Paytaxtın Bakıdan köçürülməsinə nə qədər vəsait lazımdır? - AÇIQLAMA

Tarix : 1-04-2025, 16:00 Kateqoriya :Cəmiyyət

Paytaxtın Bakıdan köçürülməsinə nə qədər vəsait lazımdır? - AÇIQLAMA

“Paytaxtın köçürülməsilə bağlı müxtəlif rəsmi şəxslər tərəfindən təkliflər səsləndirilməkdədir. Ən qəribəsi isə işğaldan azad edilmiş ərazilərdəki, şəhərlərin təklif edilməsidir”.

Bu fikirləri iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, paytaxtın köçürülməsi və yeni şəhərin qurulması inanılmaz dərəcədə bahalı və uzunmüddətli bir prosesdir:

“Azərbaycanın iqtisadi ölçüsünü və dövlət büdcəsini nəzərə alaraq, belə bir addım real deyil.
Bu tip köçürülmələrə dünya praktikasında baxsaq görərik ki, İndoneziya Cakartadan Nusantaraya köçürülməsi üçün 35 milyard dollar büdcə ayırıb. 

Misir yeni inzibati paytaxtına 58 milyard dollar sərf edir. Qazaxıstan isə paytaxtı Almatıdan Astanaya köçürəndə 30 milyard dollar xərc çəkib.

Odur ki, Azərbaycanın paytaxt köçürməsi üçün ən azı 30-40 milyard dollar, daha müasir şərtlərlə 50 milyard dollar vəsait lazımdır”.

Ekspertin fikrincə, buna görə də ölkənin hərbi gücünün davamlı artırılmasına və azad edilmiş ərazilərə qayıdışın təmin edilməsinə külli miqdarda maliyyə vəsaiti tələb edilən hazırkı şəraitdə bu mövzunu gündəmə gətirmək məqsədəuyğun deyil:

“Amma bir gün ölkənin iqtisadi durumu buna imkan verərsə, o zaman bunu etmək olar. Lakin onda da paytaxt elə əraziyə köçürülməlidir ki, o nə Ermənistanla sərhədə, nə də İranla sərhədə yaxın olmamalıdır. Çünki, dünya təcrübəsində paytaxtlar potensial təhlükədən daha uzaq salınır”.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Paşinyanın "Qərb planı" iflasa uğradı: Ermənistanı da indi "Ukrayna ssenarisi" gözləyir

    Paşinyanın "Qərb planı" iflasa uğradı: ...

    8-03-2025, 09:23

  • Avropa Rusiya ilə savaşa hazırlaşır: Fransa bunu qazanca çevirir

    Avropa Rusiya ilə savaşa hazırlaşır: Fransa bunu ...

    11-03-2025, 09:16

  • Prezident və xanımı Sarıcalı kəndinin açılışında iştirak ediblər - YENİLƏNİB

    Prezident və xanımı Sarıcalı kəndinin açılışında ...

    27-03-2025, 14:17

  • "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdərə rayonundakı Həsənriz və Suqovuşan kəndinin sakinləri ilə görüşüb" - Eltun Süleymanov

    "Azərbaycan Respublikasının Prezidenti İlham ...

    24-03-2025, 12:08

  • Ərdoğan-Tramp gizli anlaşmasının önəmli detalları: Türkiyə və ABŞ yeni dünya düzənini qurur

    Ərdoğan-Tramp gizli anlaşmasının önəmli ...

    24-03-2025, 09:00



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xəbər arxivi

İyun 2025 (26)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.