Fakt Sübut » Cəmiyyət » Azərbaycan İdmanının Gələcəyinə Yol Açan Təhsil və İdman Mühitinin Memarı – Müşfiq Məmmədov

Azərbaycan idmanının son illərdə qazandığı uğurların arxasında yalnız arenalarda qələbə qazanan idmançılar deyil, həm də onların formalaşmasına, inkişafına və gələcəyə hazırlanmasına böyük əmək sərf edən təcrübəli rəhbərlər dayanır. Belə şəxslərdən biri də Bakı şəhərinin Sabunçu rayonunun Bakıxanov qəsəbəsində fəaliyyət göstərən Respublika Olimpiya İdman Liseyinin direktoru Müşfiq Məmmədovdur. O, uzun illərdir ki, gənc nəslin fiziki və mənəvi inkişafına xidmət edən mühüm bir təhsil və idman ocağına rəhbərlik edir və bu vəzifəni yüksək məsuliyyətlə yerinə yetirir.
Respublika Olimpiya İdman Liseyi ölkəmizin ən nüfuzlu idman-təhsil müəssisələrindən biri hesab olunur. Burada yalnız peşəkar idmançılar yetişdirilmir, eyni zamanda vətəninə bağlı, intizamlı, savadlı və yüksək mənəvi keyfiyyətlərə malik gənclər formalaşdırılır. Müşfiq Məmmədovun rəhbərliyi altında liseydə yaradılmış sağlam tədris və məşq mühiti minlərlə gəncin gələcəyinə işıq salır. Onun əsas məqsədi yalnız medal qazanan idmançı yetişdirmək deyil, dövlətinə və xalqına faydalı vətəndaşlar formalaşdırmaqdır.
Müşfiq Məmmədov təhsil və idmanın vəhdətinə xüsusi önəm verən rəhbərlərdən biridir. O hesab edir ki, idmançı yalnız fiziki gücü ilə deyil, biliyi, dünyagörüşü və yüksək mənəvi keyfiyyətləri ilə də seçilməlidir. Bu səbəbdən liseydə təhsil alan şagirdlərin həm dərs göstəricilərinə, həm də idman nailiyyətlərinə eyni diqqətlə yanaşılır. Onun rəhbərliyi altında həyata keçirilən sistemli fəaliyyət nəticəsində lisey uzun illərdir ölkənin idman həyatında mühüm yer tutmağa davam edir.
Məktəbdə yaradılmış müasir məşq şəraiti, peşəkar məşqçi heyəti və sağlam idarəçilik sistemi gənclərin potensialının üzə çıxarılmasına imkan yaradır. Müşfiq müəllim hər bir şagirdə fərdi yanaşılmasını vacib hesab edir. O, gənclərin yalnız yarış meydanlarında deyil, həyatın bütün sahələrində uğur qazanması üçün onların yanında olmağa çalışır. Məhz buna görə də liseydə təhsil alan gənclər arasında ona qarşı xüsusi hörmət və rəğbət formalaşıb.
Müşfiq Məmmədovun fəaliyyətində sosial məsuliyyət anlayışı da mühüm yer tutur. O, daim şəhid ailələrinə, qazilərimizə və həssas sosial qruplara diqqət göstərən ziyalı rəhbərlərdən biri kimi tanınır. Müxtəlif əlamətdar günlərdə və bayramlarda şəhid ailələrinin ziyarət olunması, onların problemləri ilə maraqlanılması və mənəvi dəstəyin göstərilməsi onun fəaliyyətinin ayrılmaz hissəsinə çevrilib. Bu münasibət sadəcə vəzifə borcu deyil, Vətən uğrunda canından keçən qəhrəmanlara duyulan dərin ehtiramın ifadəsidir.
Az təminatlı ailələrə göstərilən diqqət də Müşfiq Məmmədovun xarakterini səciyyələndirən xüsusiyyətlərdəndir. Müxtəlif sosial aksiyalarda iştirak etməsi, ehtiyac sahibi olan insanlara yardım göstərilməsi istiqamətində təşəbbüsləri dəstəkləməsi və insanlara kömək etməyi həyat prinsiplərindən biri hesab etməsi onun xeyirxah insan kimi tanınmasına səbəb olub. Bayram günlərində təşkil olunan yardım tədbirləri və sosial layihələr bu fəaliyyətin bariz nümunəsidir.
Müşfiq Məmmədov dövlətçilik prinsiplərinə sadiqliyi ilə də seçilir. O, Azərbaycanın müstəqilliyini, dövlət maraqlarını və milli dəyərlərini hər şeydən üstün tutan ziyalı rəhbərlərdən biridir. Respublika Olimpiya İdman Liseyində vətənpərvərlik ruhunun gücləndirilməsi, dövlətçilik ənənələrinin gənclərə aşılanması və milli-mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirilən tədbirlər onun rəhbərlik fəlsəfəsinin mühüm hissəsini təşkil edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə idmanın inkişafı istiqamətində həyata keçirdiyi siyasət Müşfiq Məmmədov tərəfindən yüksək dəyərləndirilir. O, dövlət başçısının idmana göstərdiyi diqqət və qayğının nəticəsi olaraq Azərbaycanın dünyanın idman xəritəsində xüsusi yer tutduğunu vurğulayır. Liseydə əldə olunan uğurlar da məhz bu dövlət siyasətinin nəticəsi kimi qiymətləndirilir.
Bu gün Respublika Olimpiya İdman Liseyi təkcə idmançı yetişdirən müəssisə deyil, həm də gənclərin sağlam həyat tərzinə yiyələndiyi, milli ruhda formalaşdığı və gələcəyə hazırlandığı nüfuzlu bir təhsil mərkəzidir. Bu uğurların arxasında isə peşəkar idarəçiliyi, insanlara olan diqqəti, dövlətə sədaqəti və gənclərə olan sevgisi ilə seçilən Müşfiq Məmmədov dayanır.
Müşfiq Məmmədovun fəaliyyəti göstərir ki, güclü idmançıların yetişməsi üçün ilk növbədə güclü təhsil mühiti, düzgün idarəçilik və insanlara sevgi lazımdır. O, öz fəaliyyəti ilə həm Azərbaycan idmanına, həm də gənc nəslin inkişafına mühüm töhfələr verməyə davam edir və bu xidmətləri ilə cəmiyyətin hörmətini qazanır.
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.
19-06-2025, 12:06
26-04-2025, 14:36
31-07-2025, 14:58
22-04-2025, 17:42
27-08-2025, 23:56