Fakt Sübut » Cəmiyyət » Pambıqçılığın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi

Azərbaycanın aqrar sahəsində əldə olunan uğurlar ölkənin iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsini təşkil edir. Xüsusilə pambıqçılıq son illərdə kənd təsərrüfatının ən vacib istiqamətlərindən birinə çevrilərək həm məşğulluğun artırılmasına, həm də regionların sosial-iqtisadi inkişafına ciddi töhfələr verməkdədir. Bu sahədə çalışan insanların zəhməti və peşəkarlığı əldə olunan nəticələrin əsasını təşkil edir. P-MMC pambıq tədarükü məntəqəsinin rəhbəri Mustafa Əliyev də öz fəaliyyəti ilə pambıqçılığın inkişafına töhfə verən, fermerlərlə daim sıx əməkdaşlıq şəraitində çalışan və üzərinə düşən vəzifələri yüksək məsuliyyətlə yerinə yetirən rəhbərlər sırasında xüsusi hörmət qazanan şəxslərdən biridir.
Mustafa Əliyevin rəhbərlik etdiyi sahə kənd təsərrüfatı istehsalçıları ilə emal müəssisələri arasında mühüm körpü rolunu oynayır. O, pambıq istehsalçılarının aylarla çəkdiyi zəhmətin dəyərini yaxşı bildiyi üçün məhsulun qəbulundan başlayaraq bütün proseslərə xüsusi diqqətlə yanaşır. Fermerlərin əziyyətinin hədər getməməsi, məhsulun operativ şəkildə qəbul olunaraq emala yönləndirilməsi və bu prosesdə şəffaflığın qorunması onun fəaliyyətində əsas prinsiplərdən hesab olunur. Bu səbəbdən də onun adı kənd təsərrüfatı ilə məşğul olan insanlar arasında etibar və hörmətlə çəkilir.
Uzun illər ərzində qazandığı təcrübə Mustafa Əliyevin idarəçilik fəaliyyətində özünü açıq şəkildə göstərir. O, hər zaman işə məsuliyyətlə yanaşan, kollektivdə nizam-intizamın qorunmasına xüsusi önəm verən və qarşıya qoyulan vəzifələrin vaxtında yerinə yetirilməsinə çalışan rəhbər kimi tanınır. Onun rəhbərlik etdiyi kollektivdə qarşılıqlı hörmət, sağlam iş mühiti və əməkdaşlıq prinsipləri üstünlük təşkil edir. Bu da görülən işlərin keyfiyyətinə və ümumi fəaliyyətin səmərəliliyinə müsbət təsir göstərir.
Mustafa Əliyevi fərqləndirən əsas xüsusiyyətlərdən biri də onun yüksək insani keyfiyyətlərə malik olmasıdır. O, yalnız rəhbər kimi deyil, həm də insanların qayğılarına həssas yanaşan, ehtiyac sahiblərinin problemlərinə biganə qalmayan bir insan kimi tanınır. Xüsusilə aztəminatlı ailələrə göstərdiyi diqqət və qayğı onun xarakterinin ayrılmaz hissəsidir. Müxtəlif bayram günlərində və xüsusi günlərdə həmin ailələrin yanında olması, onların sevincinə və kədərinə şərik çıxması, ehtiyac duyduqları məqamlarda dəstək göstərməsi onun humanist düşüncəsinin və yüksək mənəvi dəyərlərinin göstəricisidir.
Şəhid ailələrinə və qazilərimizə olan münasibəti də Mustafa Əliyevin fəaliyyətində xüsusi yer tutur. O, Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın ailələrinə böyük hörmətlə yanaşır, onların problemlərinə həssas münasibət göstərir və hər zaman onların yanında olmağa çalışır. Şəhid ailələrinin dövlətimizin və cəmiyyətimizin ən dəyərli mənəvi sərvətlərindən biri olduğunu dərindən anlayan Mustafa Əliyev bu ailələrin qayğılarının yüngülləşdirilməsinə imkanları daxilində dəstək göstərməyi özünün mənəvi borcu hesab edir. Bu münasibət onun milli-mənəvi dəyərlərə və dövlətçilik prinsiplərinə bağlılığının təzahürüdür.
Mustafa Əliyev eyni zamanda dövlətinə və dövlətçiliyə sadiqliyi ilə seçilən insanlardan biridir. O, Azərbaycan Respublikasının inkişafını, kənd təsərrüfatının gücləndirilməsini və regionların tərəqqisini hər zaman prioritet hesab edir. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən aqrar islahatların uğurlarını yüksək qiymətləndirir və bu siyasətin həyata keçirilməsinə öz əməli fəaliyyəti ilə töhfə verməyə çalışır. Onun fəaliyyətində dövlət maraqları, milli dəyərlər və vətəndaş məmnunluğu hər zaman ön sırada dayanır.
Bu gün pambıqçılığın inkişafı kənd yerlərində minlərlə insanın məşğulluğunun təmin olunmasına, ailələrin gəlirlərinin artmasına və aqrar sektorun güclənməsinə xidmət edir. Mustafa Əliyev də bu mühüm sahədə fəaliyyət göstərərək ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verir. O, fermerlərin zəhmətinin layiqincə qiymətləndirilməsi, onların dövlət qayğısını hiss etməsi və pambıqçılığın daha da inkişaf etməsi istiqamətində yorulmadan çalışmağı özünün əsas məqsədlərindən biri hesab edir.
Onun insanlarla münasibətdə nümayiş etdirdiyi səmimiyyət, sadəlik və diqqət ətrafındakı insanlar tərəfindən daim yüksək qiymətləndirilir. Müraciət edən hər kəsi diqqətlə dinləməsi, problemlərin həlli üçün əlindən gələni etməsi və insanlara qarşı anlayışlı münasibət göstərməsi Mustafa Əliyevin nüfuzunu daha da artıran xüsusiyyətlərdəndir. Bu keyfiyyətlər ona yalnız rəhbər kimi deyil, həm də etibarlı və hörmətli insan kimi böyük rəğbət qazandırıb.
Mustafa Əliyevin fəaliyyəti göstərir ki, peşəkarlıq, zəhmətkeşlik, dövlətə sədaqət və insanlara xidmət prinsipləri bir araya gəldikdə uğurlu nəticələr əldə etmək mümkündür. O, həm rəhbərlik etdiyi sahənin inkişafı, həm fermerlərin rifahı, həm də cəmiyyətin həssas təbəqələrinə göstərdiyi diqqət və qayğı ilə seçilən insanlardan biridir. Belə şəxslərin fəaliyyəti ölkəmizdə kənd təsərrüfatının inkişafına, sosial həmrəyliyin möhkəmlənməsinə və dövlətçilik dəyərlərinin güclənməsinə mühüm töhfə verməyə davam edir.
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.
19-06-2025, 12:06
12-05-2025, 12:26
27-08-2025, 23:56
29-08-2025, 10:02
26-05-2026, 12:35