• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Cəmiyyət » Gülüstan Vəliyeva: Qlobal enerji sistemində Azərbaycanın mühüm yeri və rolu vardır

  

Gülüstan Vəliyeva: Qlobal enerji sistemində Azərbaycanın mühüm yeri və rolu vardır

Tarix : 2-06-2026, 22:01 Kateqoriya :Cəmiyyət

qonsularinizin-qonsulari-ile-de-yaxsi-munasibetler-qurmalisiniz

Müasir dünyada enerji təhlükəsizliyi dövlətlərin iqtisadi inkişafı, siyasi sabitliyi və milli təhlükəsizliyi ilə birbaşa bağlı olan strateji amillərdən biridir. Son illərdə qlobal enerji bazarında baş verən geosiyasi gərginliklər, təchizat zəncirlərində yaranan problemlər və enerji resurslarına artan tələbat enerji təhlükəsizliyinin əhəmiyyətini daha da artırmışdır. Belə bir şəraitdə Azərbaycan etibarlı enerji tərəfdaşı kimi beynəlxalq aləmdə xüsusi yer tutur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində dünən keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi – Caspian Oil and Gas, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi – Caspian Power və 31-ci Baku Energy Forumun rəsmi açılış mərasimində çıxış edərək Azərbaycanın qlobal enerji sistemində artan rolunu və enerji təhlükəsizliyinə verdiyi töhfələri bir daha diqqətə çatdırdı. Prezident qeyd etdi ki, vaxtilə Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoymuş, sonradan isə bu platforma beynəlxalq enerji əməkdaşlığının mühüm mərkəzinə çevrilmişdir. Toplantıya 44 ölkədən 274 şirkətin qatılması Azərbaycanın beynəlxalq enerji əməkdaşlığında artan rolunun daha bir göstəricisidir.

Azərbaycanın enerji strategiyasının əsasında resursların şaxələndirilməsi, ixrac marşrutlarının genişləndirilməsi və beynəlxalq əməkdaşlığın inkişafı dayanır. Müstəqillik dövründə həyata keçirilən iri enerji layihələri ölkəni regional enerji mərkəzinə çevirmişdir. Xüsusilə Əsrin müqaviləsi, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Cənub Qaz Dəhlizi kimi layihələr Azərbaycanın dünya enerji bazarına inteqrasiyasını təmin etmişdir. Bu layihələr sayəsində Azərbaycan enerji resurslarını etibarlı və təhlükəsiz şəkildə beynəlxalq bazarlara çatdırır.

Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Avropa ölkələrinin enerji mənbələrini şaxələndirmək siyasəti fonunda Azərbaycan təbii qaz təchizatçısı kimi strateji əhəmiyyət qazanmışdır. Azərbaycan qazı bir sıra Avropa dövlətlərinin enerji balansında mühüm yer tutur və qitənin enerji asılılığının azaldılmasına töhfə verir. Bu, ölkəmizin etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir.

Cənab İlham Əliyevin səsləndirdiyi statistik rəqəmlər Avropanın enerji təhlükəsizliyinə ölkəmizin verdiyi töhfənin miqyasını və Azərbaycan qazının ixrac coğrafiyasının nə dərəcədə sürətlə genişləndirdiyini əks etdirir. Belə ki, ötən il Azərbaycan qazını alan ölkələrin sayı 12 idisə, hazırda bu rəqəm 16 –ya çatıb. Həmin ölkələrin 10-u Avropa İttifaqının üzvüdür. Dövlət başçısı əminliklə vurğulayıb ki, bu göstərici gələcəkdə daha da artacaq və Azərbaycan yeni bazarlara çıxış istiqamətində fəaliyyətini davam etdirir.

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfənin miqyasını göstərən digər mühüm göstərici təbii qaz ixracıdır. 2024-cü ildə ölkə tərəfindən xarici bazarlara təxminən 25 milyard kubmetr təbii qaz ixrac olunub. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyinin vacib elementinə çevrilib və bu gün Avropa enerji bazarını Cənub Qaz Dəhlizi olmadan təsəvvür etmək çətindir.

Prezident İlham Əliyevin çıxışında vurğulanan əsas məqamlardan biri də enerji təhlükəsizliyinin yalnız neft və qazla məhdudlaşmaması, həmçinin bərpaolunan enerji mənbələrinin inkişafını əhatə etməsi idi. Azərbaycan son illərdə yaşıl enerji keçidini prioritet istiqamətlərdən biri kimi müəyyən etmişdir. Xəzər dənizinin böyük külək potensialı, günəş enerjisi layihələri və beynəlxalq investorlarla əməkdaşlıq ölkənin gələcəkdə yaşıl enerji ixracatçısına çevrilməsi üçün geniş imkanlar yaradır. Bu sahədə də mühüm hədəflər müəyyənləşdirilib. Hazırda ölkədə təxminən 2 giqavat güc mövcuddur və imzalanmış müqavilələr əsasında 2032-ci ilədək əlavə 7–8 giqavat günəş və külək enerjisi gücü yaradılması planlaşdırılır

Azərbaycanın enerji siyasətinin mühüm xüsusiyyətlərindən biri də enerji təhlükəsizliyi ilə nəqliyyat və logistika təhlükəsizliyinin vəhdətdə inkişaf etdirilməsidir. Ölkə həm enerji resurslarının ixracatçısı, həm də Şərqlə Qərbi birləşdirən mühüm tranzit qovşağı kimi çıxış edir. Bu amil Azərbaycanın beynəlxalq iqtisadi münasibətlər sistemində strateji əhəmiyyətini artırır.

Nəticə etibarilə, Azərbaycan yalnız enerji resurslarına malik ölkə deyil, həm də qlobal enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verən etibarlı tərəfdaşdır. Prezident İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsindəki çıxışı bir daha göstərdi ki, Azərbaycan enerji sahəsində balanslaşdırılmış siyasət yürüdərək həm ənənəvi enerji mənbələrinin, həm də yaşıl enerjinin inkişafına xüsusi önəm verir. Bu siyasət ölkənin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, bütövlükdə dünyanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə də xidmət edir.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • Nəsimi Nəsibov: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Nəsimi Nəsibov: Azərbaycanın Humanitar ...

    27-08-2025, 23:56

  • Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin ...

    29-08-2025, 10:02

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Xəbər arxivi

İyun 2026 (77)
May 2026 (157)
Aprel 2026 (148)
Mart 2026 (98)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (151)
Noyabr 2025 (202)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.