• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Cəmiyyət » Vəfa müəllimə: Azərbaycana ərazisinə qarşı olan hərbi təxribat qətiyyətlə pislənilir

  

Vəfa müəllimə: Azərbaycana ərazisinə qarşı olan hərbi təxribat qətiyyətlə pislənilir

Tarix : 5-03-2026, 23:37 Kateqoriya :Cəmiyyət

 

İranın Azərbaycan ərazisinə onun ayrılmaz hisəsi olan Naxçıvana mülki aeroporta qarşı dron hücumları açıq riyakarlığın göstəricisidir. Bu eyni zamanda beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir.
 
 
İranın Azərbaycan ərazisinə açıq hərbi təxribatı qonşuluq prinsiplərindən tamamilə uzaqdır: “Halbuki Azərbaycan dəfələrlə bəyan edib ki, öz ərazisindən nəinki İrana ümumiyyətlə heç bir dövlətə qarşı istifadə edilməsinə imkan verməyəcək. Təəsüf ki, İran bu reallığı dərk etmək əvəzinə Azərbaycanın mülki hava limanına dron hücumu həyata keçirib. Sözsüz ki, mülki aeroportun və mülki infrastrukturun hədəf alınması böyük risklər və təhlükələr deməkdir. Bu eyni zamanda açıq terror aktı kimi təzahür edilir. Çünki mülki infrastrukturun hədəf alınması, mülki şəxslərin həyatı üçün açıq risklər yaradır. Məhz İranın bu hücumu zamanı mülki infrastrukturla yanaşı mülki şəxslərin də xəsarət alması beynəlxalq hüquqa, insanlığa qarşı olan açıq terror aktı cəhdidir”.
 
Bu gün Azərbaycan regionda sülhün və əməkdaşlığın, təhlükəsizliyin əsas zəmanətçisi rolunda çıxış edir: “Özünün ərazi bütövlüyü və suverenliyini tam təmin etmiş Azərbaycan bütün qonşuları ilə açıq əməkdaşlıqda regional kommunikasiya xətlərinin blokadadan çıxarılması, iqtisadi, siyasi əlaqələrin formalaşması üçün açıq təşəbüslər irəli sürür. Artıq bunun ilkin nəticələri də göz önündədir. Buna baxmayaraq İranın üzləşdiyi çətinliklər fonunda Azərbaycanı hədəf kimi seçməsi absurd yanaşma olmaqla bərabər riyakarlığın bariz nümunəsidir. Ona görə də, İran İslam Respublikası ərazisindən həyata keçirilən dron hücumları qətiyyətlə pislənilir. Sözsüz ki, baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür: Onlar bu addımlarına görə cavab verməli olacaqlar”.
 
 İran Silahlı Qüvvələri tərəfindən Naxçıvan ərazisinə dron zərbəsinin endirilməsi nankorluğun və riyakarlığın göstəricisidir: “Bu bir reallıqdır ki, mülki infrastruktura dron hücumu təşkil etmək acizlik və qorxaqlıq əlamətidir. Eyni zamanda bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. Bu həmçinin regionda gərginliyin artmasına xidmət edən təxribat xarakterli adımdır. İran İslam Respublikası qısa müddət ərzində bu məsələyə aydınlıq gətirməlidir. Onlar izahat verməlidir və bu kimi halların təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlərin görülməsi təmin olunmalıdır. Azərbaycan dövləti özünün sülh mövqeyinə sadiqdir və ölkəmiz hər zaman humanizm prinsiplərini əsas tutub. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev İranın Ali Liderinin ölümü ilə bağlı dərhal başsağlığı verib, səfirliyi ziyarət edib. Eyni zamanda ölkəmiz hər zaman dar gündə həmişə qonşularına dəstək olub. İrana da ölkəmizdən humanitar yardımın göndərilməsi planlaşdırılırdı. Məhz belə bir şəraitdə İran tərəfinin Naxçıvan ərazisində mülki obyekti, mülki vətəndaşların istifadə etdiyi hava limanını hədəf alması dinc sakinlərə və mülki infrastruktura qarşı terror aktı oldu. Təbii ki, bu ölkəmizə qarşı açıq təxribat cəhdidir və cavabsız qalmayacağına da hər kəs əmindir. Azərbaycana hücum edənlər həmişə peşman olublar. İran tərəfi də bu qorxaq əməlinə görə cavab verəcəkdir”.
Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ƏLİYEVİN ERUDUSİYASI

    AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ...

    22-04-2025, 17:42

  • Nəsimi Nəsibov: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Nəsimi Nəsibov: Azərbaycanın Humanitar ...

    27-08-2025, 23:56



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Xəbər arxivi

Aprel 2026 (75)
Mart 2026 (98)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.