Balakən rayonunun yol-təsərrüfat sistemində mühüm yer tutan 15 saylı Yol İstismar İdarəsinin rəisi Nizami Sarıyev uzun illərdir ki, öz peşə fəaliyyəti ilə bölgənin inkişafına əhəmiyyətli töhfələr verir. O, yalnız bir idarə rəhbəri deyil, həm də vətəndaşların rahatlığını, insanların təhlükəsiz hərəkətini təmin edən strateji sahənin fədakar təşkilatçısı kimi tanınır. Nizami müəllimin rəhbərliyi ilə idarənin fəaliyyəti sistemli şəkildə qurulub və hər mövsümə uyğun iş planları dəqiqliklə icra olunur.
Onun əsas məqsədi Balakən rayonunda avtomobil yollarının yalnız saxlanılması deyil, həm də müasir standartlara uyğun şəkildə yenilənməsi və təkmilləşdirilməsidir. İdarə tərəfindən rayon ərazisində yerləşən magistral və kənd yollarında mütəmadi olaraq təmir-bərpa işləri aparılır, çala-dolgu işləri vaxtında həyata keçirilir, sürüşmə və sel təhlükəsi olan ərazilərdə profilaktik tədbirlər görülür. Bütün bu proseslər Nizami Sarıyevin nəzarəti altında yüksək intizamla icra olunur.
Nizami müəllim üçün yol sadəcə asfalt örtüyü deyil, insanların həyat damarlarından biridir. O, hər bir yolun arxasında bir kəndin ümidini, bir xəstənin xəstəxanaya vaxtında çatmasını, bir şagirdin məktəbə təhlükəsiz gedişini, bir sahibkarın məhsulunu bazara rahat çıxarmasını görür. Məhz bu yanaşma onun işə olan məsuliyyətini daha da artırır. O, rəhbərlik etdiyi kollektivlə daim əlaqədə olur, sahədə şəxsən iştirak edir, problemləri kabinetdən deyil, birbaşa yol kənarından qiymətləndirir.
Nizami Sarıyev dövlətinə və Prezidentinə sadiq bir kadr kimi verilən tapşırıqları vaxtında və keyfiyyətlə icra etməyi əsas prinsip hesab edir. O, rəhbərliyindən aldığı etimadı doğrultmaq üçün hər zaman işinin başında olur. Balakən kimi dağlıq və relyef baxımından mürəkkəb bir rayonda yol istismarı xüsusi fədakarlıq tələb edir. Qarlı və çətin hava şəraitlərində gecələr belə texnikanın işini şəxsən izləməsi, işçilərə motivasiya verərək onları bir amal ətrafında toplaması onun liderlik keyfiyyətlərinin göstəricisidir.
İdarənin fəaliyyəti yalnız əsas yollarla məhdudlaşmır. Kənd təsərrüfatının geniş yayıldığı Balakəndə torpaq və meşə massivlərinə gedən yardımçı yolların da açılması və qorunması əhalinin təsərrüfat fəaliyyətinə dəstəyi təmin edir. Bu səbəbdən kənd sakinləri tərəfindən Nizami müəllimin fəaliyyəti yüksək qiymətləndirilir. Onun səmimiyyəti, insanlarla münasibətdə sadəliyi və problemdən qaçmaması onu həm rəhbər, həm də etibarlı bir vətəndaş kimi fərqləndirir.
Nizami Sarıyevin rəhbərliyi altında idarə yalnız təmir işləri aparmır, həm də texnika parkını davamlı olaraq yeniləyir, işçilərin peşəkarlığının artırılması üçün təlimlər təşkil edir. Bu isə idarənin gələcəyə hesablanmış strateji yanaşmasının bariz nümunəsidir. O, hər zaman hesab edir ki, yol mədəniyyəti sivilizasiyanın göstəricisidir və bu mədəniyyətin formalaşması üçün hər bir idarənin rolu mühümdür.
Balakən 15 saylı Yol İstismar İdarəsinin rəisi Nizami Sarıyev bu gün həm rəhbər, həm təşkilatçı, həm də xidmət göstərdiyi xalqın etimadını doğruldan bir dövlət adamı kimi tanınır. Onun gördüyü işlər Balakənin inkişafı üçün mühüm infrastruktur dayağıdır. Hər yeni çəkilən yol, hər təmir olunan körpü və hər açılan keçid onun əməyinin real təsdiqidir.
Belə fədakar insanların fəaliyyəti sayəsində bölgələrin siması dəyişir, inkişaf daha da sürətlənir və vətəndaş məmnunluğu yüksəlir. Nizami Sarıyev də məhz bu yolda yorulmadan xidmət edən etibarlı bir mərd xidmət adamıdır.

