• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Cəmiyyət » Habil müəllim: Azərbaycanın prinsipial mövqeyi davamlı diplomatik qələbələri şərtləndirir

  

Habil müəllim: Azərbaycanın prinsipial mövqeyi davamlı diplomatik qələbələri şərtləndirir

Tarix : 6-09-2025, 08:07 Kateqoriya :Cəmiyyət


Bu günlərdə müstəqil, suveren respublikamızın parlaq gələcəyi ilə bağlı bir-birindən gözəl, könül oxşayan xəbərlər gəlməkdədir. ATƏT-in Minsk qrupunun ləğvi də sevincimizə əlavə sevinc gətirən belə xəbərlərdən biri oldu. Bundan sonra təqvimdə 1 sentyabr tarixini ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul edilməsi günü kimi də xatırlayacağıq. Baxmayaraq ki, iki yüz illik Qarabağ yarasını özü sağaldan Azərbaycan dövləti və xalqı üçün bu strukturlar 44 günlük Vətən müharibəsi başa çatandan sonra mövcudluğunu de-fakto itirmişdi. Onsuz da təsis olunmasından ötən 28 il ərzində onlar ədalətsiz münaqişəyə cəlb olunan ölkəmizdən ötrü gərəksiz bir qurum statusunu almışdılar. Birmənalı olaraq bu tarixi uğur da dövlətimizin başçısı İlham Əliyevin məqsədyönlü siyasətinin, ələlxüsus prinsipial mövqeyinin məntiqi nəticəsidir.

Xatırlatmaqda fayda vardır ki, tarixi Zəfərlə başa çatdırdığımız Vətən Müharibəsindən bir il sonra ATƏT-in Minsk qrupu həmsədrləri Stefan Viskonti (Fransa), Endrü Şofer (ABŞ), Rusiyanın Azərbaycandakı səfiri - Mixail Boçarnikov çağrılmayan qonaqlar kimi Bakıda peyda oldular (görünür, separatçı-daşnak tör-töküntüləri kimi onlar da fərqli nələrinsə baş verə biləcəyinin xəyal etdikləri üçün müharibə başa çatandan sonra daha bir il gözləmə mövqeyində olublar). Dəvətsiz müsafirlər özləri cənab İlham Əliyevə xahiş-minnət düşmüşdülər ki, onları qəbul etsin. Həmin görüşdə Prezidentin çıxışı uzun müddət gündəmdə qaldı və dünya mediyasında müzakirə olundu. Çünki dövlət başçımız həmsədrləri dəvət etmədiyini birbaşa üzlərinə söylədi və ATƏT-in Minsk Qrupu olaraq yarandığı vaxtdan indiyə qədər heç bir əməli addım atmadığını xüsusu vurğuladı. Cənab prezident konkret fikirləri ilə onları fakt qarşısında qoyaraq, açıq tezislə bildirdi ki, əgər yaratdığımız yeni reallıqlardan sonra deyəcəyiniz bir söz varsa kameralar qarşısında söyləyin. Onların isə bir cavabı o oldu ki, bundan sonra Siz nəyi necə istəsəniz elə fəaliyyət göstərə bilərik. Əslində səmimiyyətdən uzaq dilucu bu cavabları belə onların təmsil etdikləri təşkilatın tərəfsiz-mövqesiz, müstəqil fəaliyyətləri olmayan, bir sözlə işə yaramayan bir qurum olduqlarının əyani sübutu idi. İşləri-gücləri həftə səkkiz mən doqquz regiona səfər edib, Ermənistanda “xalqların öz müqəddəratını təyin etmək hüququ”nun əsas tutulması haqqında səsləndirdikləri fikirləri Azərbaycanda, Azərbaycan rəsmiləri ilə görüşlərdə əksinə sülh danşıqlarında “ərazi bütövlüyü prinsipi”nin xalqların öz müqəddəratını təyinetmə hüququndan daha önəmli olması ilə əlaqədar bəyan etdikləri fikirləri isə geri qayıtdıqdan sonra ölkələrində təkzib etmək idi. Tutuquşu kimi əzbərlədikləri zəhlətökən fikirləri təxminən belə idi – münaqişənin hərbi həlli yoxdur və ya münaqişə tərəfləri özləri razılığa gəlməlidirlər. Bəs nə oldu, özümüz həll edəcəyiksə, siz niyə varsınız?

Azərbaycan hərbi yolla, Sizin həll olunmaz dediyiniz məsələni qısa müddətdə və ədalətli şəkildə həll edib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “...Biz bu problemi hərbi yolla həll etmişik. Deməli, həll yolu var imiş".

Ötən illər ərzində ATƏT-in Minsk qrupu sülh danışıqları adı altında Qarabağ məsələsini əbədi etmək misiyasını yerinə yetiriblər. Reallıq odur ki, Prezident İlham Əliyevin Vətən müharibəsi və bir günlük antiterror əməliyatından sonra aparılan sülh danışıqlarında masaya qoyduğu 3 prinsipial tələblərdən biri məhz ATƏT-in Minsk qrupunun ləğv olunması məsələsi idi. Yoxsa bu qurum mümkün qədər formal olsa da, öz mövcudluğunu qoruyub saxlamağa çalışacaqdı. Çünki belə mövcudluq həm Ermənistana, həm də onların havadarlarına sərf edirdi. 

Hamının bilməsi gərəkən odur ki, Azərbaycan daha bu məsələni gündəmdə saxlamaq istəmir. Axı, bizim üçün bu tarixin keçmişdə qalan bitmiş bir səhifəsidir. Ola bilər müəyyən şəxslər üçün bu səhifə qapadılmayıb. Ötən gün İrəvanın Azadlıq meydanında Azərbaycan ərazisində ordumuzun şəhid və qazilərinin qəhrəmanlığı sayəsində kökü kəsilmiş  qondarma “artsax” gününə həsr olunmuş birlik mitinqi keçirməyə cəhd edənlər kimi. Qarabağın dağlıq ərazisində yaşayan ermənilərin sayını həndəsi silsilə ilə artırıb 150-160 min deyənlər, həmin toplantıya min nəfər cəlb edə bilmirlərsə, deməli bu “artsax” yox, özlərinin uydurduqları “sarsaq” nağılarının çoxdan bitdiyinin əyani sübutudur. Narahatçılıq yoxdur, bir halda ki, bu reallığı Ermənistanın baş naziri Nikol Paşinyan başa düşüb qəbul edibsə, bu sarsaqların anlamaları an məsələsidir. Sadəcə bizim onlara sərf etməyə daha boş zamanımız yoxdur.

Hazırda Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdış Proqramı çərçivəsində həyata keçirilən çox böyük və əhəmiyyətli işlərə şahidlik edirik. Eyni zamanda, qədim şəhərimiz olan Xankəndində separatçılıq izlərinin silinməsi işləri aparılır ki, burdan öz razılıqları ilə çıxıb gedənlərin nə vaxtsa qayıda biləcəkləri ağıllarına gəlməsin. Necə ki, sentyabrın 2-də Xankəndidə uzun müddət qondarma rejimin əsas simvolu və atributu kimi təqdim edilən qondarma rejimin “Xarici İşlər Nazirliyi”nin binası da sökülüb yerlə bir olundu.

Mənim anlamımda istər ATƏT-in bədnam Minsk qrupunun ləğvi, istərsə də seperatizm nişanələrinin söküntü işlərinə məhz bu günlərdə başlanılması Azərbaycan üçün rəmzi məna da daşıya bilər. Ona görə ki, məhz 1-2 sentyabr tarixləri Vətən müharibəsinə qədər Azərbaycanın işğal olunmuş ərazilərində qondarma rejimin elan olunmasının ildönümü kimi təmtəraqla, atəşfəşanlıqla qeyd edilir, bizə acıq verirdilər. 

Sonda onu da qeyd etməyi vacib hesab edirəm ki, ATƏT-in bədnam Minsk qrupunun Azərbaycan nümunəsində uğursuz təcrübəsi hazırda işğala məruz qalan ölkələr üçün dərs olmalıdır. Sözü ilə əməli üst-üstə düşməyən sülh göyərçinləri ədaləti bərpa edə bilmirlər, onlar yalnız öz maraqlarını düşünürlər. Ona görə heç kimə arxayın olmaq olmaz, haqlı mübarizəni özün aparmalısan, işğalla heç vaxt barışmamalısan və  istər sahədə, istərsə də masada ədaləti özün bərqərar etməlisən. 

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Eldar Quliyev: “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanmasına dair qərarın qəbul edilməsi çox böyük tarixi nailiyyətdir”

    Eldar Quliyev: “Azərbaycan Respublikası ilə ...

    13-08-2025, 11:09

  • Sədaqət və mərhəmətin təcəssümü – Tibb bacısı Sevinc Hümbətova

    Sədaqət və mərhəmətin təcəssümü – Tibb bacısı ...

    12-05-2025, 12:26

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • Nəsimi Nəsibov: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Nəsimi Nəsibov: Azərbaycanın Humanitar ...

    27-08-2025, 23:56



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Xəbər arxivi

Sentyabr 2025 (34)
Avqust 2025 (40)
İyul 2025 (59)
İyun 2025 (49)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.