• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Cəmiyyət » Seymur müəllim: Türkiyədəki “Azərbaycan” məhəlləsi qardaşlığımızın rəmzidir

  

Seymur müəllim: Türkiyədəki “Azərbaycan” məhəlləsi qardaşlığımızın rəmzidir

Tarix : 22-06-2025, 23:30 Kateqoriya :Cəmiyyət

Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib  YENİLƏNİB - 6


Tarix boyu türk dövlətləri birlikdə olduqları zaman güclü olmuş, imperiyalar qurmuş, dünyanın ən qüdrətli ordularını məğlub etmişlər. Bu gün biz həmin birliyin yenidən formalaşmasının, onun yaratdığı möcüzələrin şahidi oluruq. 2023-cü il fevralın 6-da qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələnin nəticələrinin cəmi iki il ərzində aradan qaldırılması türk birliyinin təbii fəlakətin doğurduğu çətinliklərin dəf edilməsi baxımından parlaq qələbə kimi qiymətləndirilə bilər. Bu uğurlu nəticələrdə Azərbaycanın da əhəmiyyətli rolu var. Zəlzələdən dərhal sonra Azərbaycanın göstərdiyi yardım, Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin salınması buna bariz nümunədir. Bu məhəllə ortaq tariximizin, qardaşlığımızın möhtəşəm rəmzidir. Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarı bu gün də Türkiyə-Azərbaycan münasibətlərinin təməlini təşkil edir. Həm sevincli, həm də kədərli günlərdə xalqlarımız və dövlətlərimiz bir yerdədir. Liderlərimiz bu birliyi daha da gücləndirir və inkişaf etdirirlər.
 
İyunun 19-da dünya bir daha Azərbaycan-Türkiyə qardaşlığının və müttəfiqliyinin sarsılmazlığına şahidlik etdi: “Azərbaycanın dəstəyi ilə Kahramanmaraş şəhərində inşa olunmuş məhəllənin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etdilər. Prezident İlham Əliyev çıxışında vurğuladı ki, 2023-cü il fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində yaşanan faciəni Azərbaycan xalqı öz faciəsi kimi qəbul etdi. Zəlzələnin ertəsi günündən etibarən Azərbaycan min nəfərdən çox heyət – axtarış-xilasetmə qrupları, könüllülər və həkimlər daxil olmaqla – Türkiyənin zəlzələ bölgələrinə göndərildi. Azərbaycanlı xilasedicilər 53 nəfəri dağıntılar altından sağ çıxardı, iki səhra hospitalında isə 3200 nəfərə tibbi yardım göstərildi.
 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qeyd etdi ki, biz eyni bayrağın kölgəsində dua edən, eyni səccadədə göz yaşı tökən, eyni istiqlal üçün qurban verən bir millətin, iki dövlətin eyni ürək daşıyan övladlarıyıq. Yayılan görüntülərdən də göründüyü kimi, Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsi bütün Türkiyə üzrə ən nüfuzlu layihələrdən biridir.
 
27.6 hektar ərazini əhatə edən bu məhəllədə 1194 mənzildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial obyektlər inşa olunub. Burada yaşayacaq ailələr üçün 1595 ticarət obyekti də yaradılıb. 2024-cü il sentyabrın 11-də Heydər Əliyev adına məktəbin və uşaq bağçasının açılış mərasimləri keçirilib. “Azərbaycan” məhəlləsinin Baş Planına əsasən 7, 8, 11 və 12-ci kvartallar üzrə tikinti işləri artıq başa çatdırılıb. Bu dörd kvartalda ümumilikdə 26 yaşayış binası mövcuddur. Binaların hamısı 4 mərtəbəlidir və burada 456 mənzil, 328 qeyri-yaşayış obyekti inşa edilib”.
 
Zəlzələdən sonra Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə də Türkiyəyə mühüm yardımlar göstərilib: “Türkiyənin Azərbaycandakı səfirliyinin müraciətinə cavab olaraq Bakıda yardım kampaniyası baş tutub və əhali könüllü şəkildə dəstək verib. Bu gün Kahramanmaraşda Azərbaycan və Türkiyə bayraqları yanaşı dalğalanır. Ortaq tarixə və milli-mənəvi dəyərlərə söykənən bu səmimi birlik çirkin niyyətli qüvvələrə verilmiş sarsıdıcı cavabdır. Azərbaycan Prezidenti və xalqımız bir daha sübut etdi ki, ən dəhşətli təbii fəlakətdən belə məkrli planlar quranların səyləri uğursuzluğa məhkumdur. Xarici və daxili bədxahlarımıza verilən bu cavab əsl ibrət dərsidir. Azərbaycan-Türkiyə münasibətləri heç vaxt indiki qədər güclü olmayıb. Bu səviyyəyə çatmağımızda lider faktorunun əhəmiyyəti böyükdür. Müstəqil və qətiyyətli siyasət, ortaq tarixə və milli-mənəvi dəyərlərə sədaqət Türk dünyasının bütövlüyünü və gücünü daha da artıracaq. Türk dövlətlərinin birliyi təkcə Avrasiya məkanında deyil, daha geniş coğrafiyada sülhə, təhlükəsizliyə və qarşılıqlı faydalı əməkdaşlığa mühüm töhfələr verəcək”.
Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Eltun Süleymanov: “Türkiyə və Azərbaycan yalnız yaxşı günlərin deyil, çətin anların da birgə yol yoldaşıdır”

    Eltun Süleymanov: “Türkiyə və Azərbaycan yalnız ...

    22-06-2025, 09:46

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • Sədaqət və mərhəmətin təcəssümü – Tibb bacısı Sevinc Hümbətova

    Sədaqət və mərhəmətin təcəssümü – Tibb bacısı ...

    12-05-2025, 12:26

  • Səttar Möhbalıyev: "Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu müasir müstəqil Azərbaycan dövlətinin istənilən bir sahəsinin formalaşmasında və inkişfında müstəsna xidmətləri olub"

    Səttar Möhbalıyev: "Ümummilli Lider Heydər ...

    10-06-2025, 12:02



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Xəbər arxivi

Avqust 2025 (4)
İyul 2025 (59)
İyun 2025 (49)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.