• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Cəmiyyət » Albert Aqarunov Şuşada - Foto

  

Albert Aqarunov Şuşada - Foto

Tarix : 12-05-2025, 13:53 Kateqoriya :Cəmiyyət

Albert Aqarunov Şuşada - Foto

Azərbaycanın yəhudiəsilli Milli Qəhrəmanı Albert Aqarunovun qardaşı oğlu ölkəmizdə səfərdə olub.

“Qafqazinfo”nun məlumatına görə, Milli Qəhrəmanla eyni adı daşıyan Albert Aqarunov səfər çərçivəsində işğaldan azad olunan ərazilərə, eləcə də Şuşa şəhərinə yollanıb.

Son bir neçə gündür Bakıda olan Aqarunovlar qəhrəmanın Şəhidlər xiyabanındakı məzarını ziyarət ediblər. Ailə bu həftəsonu İsrailə geri dönüb. 

Qeyd edək ki, Albert Aqarunoviç Aqarunov 1969-cu il aprelin 25-də Bakıda anadan olub. Qarabağ müharibəsi başlayandan sonra könüllü olaraq cəbhəyə yollanıb, tank komandiri təyin edilib və Şuşada döyüşlərə başlayıb. Onun tankçı ekipajı tezliklə bütün cəbhə xəttində şöhrət qazanıb, Xankəndi, Daşaltı, Cəmilli istiqamətlərində düşmənə ağır zərbələr vurub, onlarla yaraqlını və xeyli hərbi texnikanı məhv edib. 1992-ci il mayın 8-də Şuşa şəhəri uğrunda gedən döyüşlərdə düşmənin 2 tankını və digər texnikalarını məhv edib, lakin qeyri-bərabər döyüşdə qəhrəmanlıqla həlak olub.

Vaxtilə təhsil aldığı 154 saylı məktəb onun adını daşıyır, məktəbin önündə büstü qoyulub. Aqarunov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. O bu ada layiq görülən ilk hərbçilərdən olub. Bununla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə 2019-cu ildə Bakının Nərimanov rayonunun küçələrindən birinə Albert Aqarunovun adı verilib, həmin küçədə heykəli ucaldılıb.

Onu da xatırladaq ki, 1992-ci ildə işğaldan sonra ermənilər tərəfindən Şuşa şəhərinin girişində “qələbə” simvolu kimi qoyulan tank abidəsi götürülərək Bakıya gətirilib və Hərbi Qənimətlər Parkında yerləşdirilib. Sözügedən tank Şuşaya girməyə cəhd edən ilk tank olub. Erməni Qaqik Avşaryanın idarə etdiyi 442 nömrəli tank ekipaj üzvü ilə birlikdə A. Aqarunov tərəfindən məhv edilmişdi.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO

    Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda ...

    8-05-2025, 10:54

  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər YENİLƏNİB

    Prezident İlham Əliyev və birinci xanım Mehriban ...

    9-05-2025, 17:10

  • Putinin 9 may hədəfi - Trampın verdiyi möhlət bitir

    Putinin 9 may hədəfi - Trampın verdiyi möhlət ...

    15-04-2025, 15:30

  • Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib - YENİLƏNİB

    Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib ...

    19-03-2025, 09:00

  • Aprel döyüşlərindən 9 il ötür

    Aprel döyüşlərindən 9 il ötür ...

    2-04-2025, 09:00



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xəbər arxivi

İyun 2025 (26)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.