• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Cəmiyyət » Bəzi vəkillər cəzalandırıldı, fəaliyyətləri dayandırıldı- Rəyasət Heyətinin qərarı

  

Bəzi vəkillər cəzalandırıldı, fəaliyyətləri dayandırıldı- Rəyasət Heyətinin qərarı

Tarix : 1-05-2025, 10:56 Kateqoriya :Cəmiyyət

Aprelin 30-da Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclasda çıxış edən Kollegiya sədri Anar Bağırov Rəyasət Heyətinin son dövrlərdə həyata keçirdiyi fəaliyyət barədə ətraflı məlumat verib, görülən işlərin ölkədə hüquqi yardım sisteminin inkişafına və vəkillik institutunun möhkəmlənməsinə töhfə verdiyini qeyd edib.

Sədr dövlət hesabına hüquqi yardım göstərən vəkillərə ödənilən vəsaitin məbləğinin artırılması ilə bağlı Nazirlər Kabinetinin qərarında edilən dəyişikliyi müsbət addım kimi yüksək qiymətləndirib.

Sədr bu qərarın vəkillərin sosial təminatının yaxşılaşdırılmasına, onların peşəkar fəaliyyətlərinin stimullaşdırılmasına xidmət etdiyini vurğulayıb.

İclasda bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, dövlət qulluğuna qəbul olunmaları ilə əlaqədar vəkillik fəaliyyətlərinin dayandırılması, eləcə də müəyyən müddətə üzvlük haqqından azad olunmaları ilə bağlı müraciətlərə baxılaraq müvafiq qərarlar qəbul edilib.

Eyni zamanda “Fairness” Vəkil Bürosunun təsis olunması məsələləri müzakirə edilərək müsbət qərar çıxarılıb.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 2 vəkilə töhmət verilməsi barədə intizam tənbehləri tətbiq edilib, 3 vəkilə irad tutulub, 6 vəkilə isə xəbərdarlıq olunub. 

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Üç qurum ləğv olundu - Sərəncam

    Üç qurum ləğv olundu - Sərəncam ...

    4-04-2025, 12:34

  • Milyonları qəbrə qoyan Qebreyesus yenə “pandemiya olacaq” deyir, pul istəyir

    Milyonları qəbrə qoyan Qebreyesus yenə “pandemiya ...

    10-04-2025, 16:00

  • Vilayət Eyvazov konkret tapşırıqlar verdi - Fotolar+Video

    Vilayət Eyvazov konkret tapşırıqlar verdi - ...

    25-04-2025, 20:09

  • Prezident Çinin Sinxua agentliyinə müsahibə verib

    Prezident Çinin Sinxua agentliyinə müsahibə verib ...

    21-04-2025, 23:56

  • Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi fəaliyyətə başlayıb -Fotolar

    Azərbaycan Həmkarlar İttifaqları ...

    22-04-2025, 10:09



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xəbər arxivi

İyun 2025 (26)
May 2025 (408)
Aprel 2025 (573)
Mart 2025 (412)
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.