• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Kamaləddin Qafarov: Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

  

Kamaləddin Qafarov: Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Tarix : 7-11-2026, 12:19 Kateqoriya :---

Kamaləddin Qafarov: Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

“Azərbaycanın dövlətçilik tarixində elə hadisələr var ki, onların əhəmiyyəti konkret bir dövrün hüdudlarını aşaraq gələcək nəsillər üçün də milli qürur mənbəyinə çevrilir”. 

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov söyləyib.
        
O, bildirib ki, 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi məhz belə tarixi hadisələrdəndir. “Bu qələbə uzun illər doğma torpaqlarının azadlığını gözləyən xalqın arzusunun gerçəkləşməsi, Azərbaycanın hərbi qüdrətinin və siyasi iradəsinin dünyaya nümayişi oldu. Qarabağın tacı sayılan Şuşanın azadlığı Vətən müharibəsinin taleyini müəyyənləşdirən həlledici mərhələlərdən biri kimi ölkəmizin müasir tarixinə həkk olundu. Şəhərin mürəkkəb relyefi və müdafiə baxımından əlverişli mövqeyi əməliyyatın çətinliyini daha da artırsa da, Azərbaycan hərbçilərinin cəsarəti, peşəkarlığı və dəqiq hesablanmış taktiki addımları qarşıya qoyulan məqsədə çatmağa imkan verdi. Bununla da düşmənin illər ərzində yaratdığı keçilməzlik təsəvvürü dağıldı, Azərbaycan Ordusunun nəyə qadir olduğu bütün dünyaya bəlli oldu”.
             
K.Qafarov  qeyd edib ki, Şuşa zəfərini yalnız döyüş meydanında qazanılmış uğur kimi qiymətləndirmək düzgün olmazdı. “Bu qələbənin arxasında illərlə aparılmış ardıcıl dövlət siyasəti, ölkənin iqtisadi və müdafiə potensialının gücləndirilməsi, ordunun müasirləşdirilməsi və cəmiyyətdə milli həmrəyliyin möhkəmləndirilməsi dayanırdı. Prezident İlham Əliyevin 2003-cü ildən etibarən həyata keçirdiyi strategiya Azərbaycanın qarşısında duran əsas milli vəzifənin yerinə yetirilməsi üçün zəruri zəmin yaratdı. Müdafiə qabiliyyətinin artırılması, müasir hərbi texnologiyaların tətbiqi, peşəkar hərbi kadrların hazırlanması və milli müdafiə sənayesinin inkişafı vahid məqsədə xidmət edirdi. Bu hazırlıq mərhələsi ordunun texniki imkanlarını genişləndirməklə yanaşı, qələbəyə inamı da gücləndirdi. 2020-ci ilin payızında Azərbaycan əsgərinin döyüş meydanında nümayiş etdirdiyi iradə məhz belə uzunmüddətli və sistemli fəaliyyətin nəticəsi idi. Şuşanın azad olunması Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinə də mühüm təsir göstərdi. Ölkəmiz öz suverenliyini və ərazi bütövlüyünü təmin etmək əzmini nümayiş etdirməklə beynəlxalq hüququn prinsiplərinin həyata keçirilməsində qətiyyətli mövqe ortaya qoydu. Əldə edilən tarixi nəticənin arxasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan xalqının birliyi və Ordumuzun qəhrəmanlığı dayanır. Dövlət başçısının qətiyyətli mövqeyi, hadisələrin inkişafını düzgün qiymətləndirmək bacarığı və müxtəlif istiqamətlərdə görülən işləri vahid məqsəd ətrafında birləşdirməsi qələbənin əsas şərtlərindən oldu. Eyni zamanda, bu zəfər Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik kursunun uğurla davam etdirilməsinin, müstəqil Azərbaycanın güclü dövlətə çevrilməsinin və xalqın öz liderinə etimadının nəticəsi kimi xüsusi əhəmiyyət daşıyır”.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Müsəlman dini qurumlarının təmsilçilərindən ibarət nümayəndə heyətinin qəbulu

    Müsəlman dini qurumlarının təmsilçilərindən ...

    17-09-2026, 11:09

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • Sədaqət və mərhəmətin təcəssümü – Tibb bacısı Sevinc Hümbətova

    Sədaqət və mərhəmətin təcəssümü – Tibb bacısı ...

    12-05-2025, 12:26



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xəbər arxivi

Noyabr 2026 (43)
Oktyabr 2026 (156)
Sentyabr 2026 (139)
Avqust 2026 (107)
İyul 2026 (113)
İyun 2026 (128)
May 2026 (155)
Aprel 2026 (148)
Mart 2026 (97)
Fevral 2026 (204)
Yanvar 2026 (163)
Dekabr 2025 (150)
Noyabr 2025 (202)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook


    Tel: 055 693 93 98
    Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı