• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub-Fotolar

  

Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub-Fotolar

Tarix : 3-11-2026, 17:03 Kateqoriya :---
Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub-Fotolar
 
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti Türkmənistanda səfərdədir.
Səfər çərçivəsində Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti ilə görüş keçirilib.
 
aia.az xəbər verir ki, görüşdə Azərbaycan və Türkmənistan arasında tarixən formalaşmış dostluq münasibətləri və dövlət başçılarının siyasi iradəsi sayəsində inkişaf edən əlaqələrin əhəmiyyəti vurğulanıb.
 
Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzinin sədri Oğulcənnət Berdiliyeva ölkəsində əmək hüquqlarının qorunması, işçilərin sosial müdafiəsinin gücləndirilməsi və həmkarlar ittifaqı üzvlərinə dəstək mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Mərkəzin sədri rəhbərlik etdiyi təşkilatın Azərbaycan həmkarlar ittifaqları ilə əlaqələrin genişləndirilməsində və qarşılıqlı təcrübə mübadiləsində maraqlı olduğunu qeyd edib.
 
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov ölkəmizdə həmkarlar ittifaqlarının fəaliyyəti, əmək hüquqlarının müdafiəsi, rəqəmsallaşma prosesi və innovativ təşəbbüslər, eləcə də üzvlərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və əlçatanlığının artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb.
 
Konfederasiya sədri çıxışında reallaşdırılan sosial layihələr, üzvlərə göstərilən hüquqi yardım, həmçinin yollayış sisteminin rəqəmsal transformasiyası və sanatoriya-kurort xidmətlərinin modernləşdirilməsi sahəsindəki yenilikləri diqqətə çatdırıb.
 
Tərəflər 2026-cı ilin mayında Bakıda imzalanmış Əməkdaşlıq Memorandumundan irəli gələn vəzifələrin icra vəziyyəti, əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıblar. 
 
Azərbaycan nümayəndə heyəti həmçinin Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzinin fəaliyyəti ilə tanış olub.
 
Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ƏLİYEVİN ERUDUSİYASI

    AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ...

    22-04-2025, 17:42

  • İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla çıxış ediblər - YENİLƏNİB

    İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla ...

    7-05-2025, 21:08

  • Prezident Çinin Sinxua agentliyinə müsahibə verib

    Prezident Çinin Sinxua agentliyinə müsahibə verib ...

    21-04-2025, 23:56



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xəbər arxivi

Noyabr 2026 (43)
Oktyabr 2026 (156)
Sentyabr 2026 (139)
Avqust 2026 (107)
İyul 2026 (113)
İyun 2026 (128)
May 2026 (155)
Aprel 2026 (148)
Mart 2026 (97)
Fevral 2026 (204)
Yanvar 2026 (163)
Dekabr 2025 (150)
Noyabr 2025 (202)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook


    Tel: 055 693 93 98
    Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı