• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Şuşanın azad edilməsi tariximizin parlaq səhifəsidir

  

Şuşanın azad edilməsi tariximizin parlaq səhifəsidir

Tarix : 3-11-2026, 11:16 Kateqoriya :---

Şuşanın azad edilməsi tariximizin parlaq səhifəsidir

90-cı illərin əvvəllərindən başlayaraq Azərbaycanda yaranmış xaos və özbaşınalıqdan istifadə edən mənfur düşmənlərimiz Qarabağda dinc əhaliyə qarşı ixtişaşlar törədərək ölkəmizin ərazisinin 20%-dən çoxunu işğal etmişdir. Həmin illərdə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə dəvət edilmişdir. O dövrdə Azərbaycanın çətin vəziyyətdə olduğunu və gündən-günə torpaqlarımızın işğal olunması təhlükəsinin daha da artdığını görən ulu öndər Heydər Əliyev xalqın çağırışına cavab verərək yenidən ölkəmizə rəhbərlik etməyi, Azərbaycanı bu çətin vəziyyətdən çıxarmağı öz üzərinə götürmüşdür. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ilk öncə dərin siyasi zəkası ilə ölkədə özbaşınalıq və xaosun qarşısını alaraq sabitlik yaratmış və nizami ordu quruculuğuna xüsusi diqqət ayırmışdır. Həmin dövrdən başlayaraq ölkəmiz dayanıqlı inkişafa qədəm qoymuş və bu gün zəfərləri ilə fəxr etdiyimiz Azərbaycan ordusunun təməlinin qoyulması ulu öndər Heydər Əliyevin rəhbərliyi dövrünə təsadüf edir. Sonrakı dövrdə Azərbaycan həm daxildə iqtisadi inkişaf yolunu keçmiş, həm də ordu quruculuğuna xüsusi diqqət ayırmışdır. Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dünya təcrübəsi qazanaraq ən müasir silahlarla təmin olunmuşdur. Cənab Prezidentin regionda sülhün yaranması və torpaqlarımızın işğaldan azad olunması istiqamətində müxtəlif beynəlxalq təşkilatlar qarşısında məsələlər qaldırmasına baxmayaraq düşmənlərimiz işğal etdikləri torpaqları tərk etməmiş və yeni torpaqlarımızı işğal etmək üçün müxtəlif təxribatlar törətmişdir. Nəhayət ki, 27 sentyabr 2020-ci il tarixdə düşmənin növbəti təxribatının qarşısı almaq üçün Müzəffər Ali baş Komandan İlham Əliyev ordumuza əks hücum əmri vermişdir. Bununla da 44 gün davam edən Vətən müharibəsinin nəticəsində ordumuz torpaqlarımızı işğaldan azad edərək Azərbaycan xalqının daimi fəxr edəcəyi tarixi zəfərə imza atmışdır.
Şəhər azadlığına qovuşandan sonra orada bərpa, quruculuq və yenidənqurma işlərinə, infrastrukturun bərpasına start verilib və burada ölkə əhəmiyyətli açılışlar həyata keçirilib. Belə ki, hazırda işğaldan azad olunan ərazilərdə böyük quruculuq layihələri həyata keçirilməkdədir: yeni məktəb, məscid, xəstəxana və digər əhəmiyyətli obyektlərin, eləcə də yaşayış binalarının inşası aparılır. Bu layihələr azad olunan ərazilərin, inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpasını əhatə edir. Beləliklə, işğaldan azad olunan torpaqlarımız hazırda mənəvi cəhətdən də dirçəlir. 2021-ci ilin mayında Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Eyni zamanda, 2021-ci il mayın 12-13-də Şuşa şəhərindəki Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı keçirilib. Qədim mədəniyyət beşiyi olan Şuşa uzun illərdən sonra yenə doğmalarını, qonaqlarını qarşılayıb. Ötən müddət ərzində Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi yaradılıb. 2022-ci il yanvarın 5-də Prezident cənab İlham Əliyev Azərbaycanda 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında sərəncam imzalayıb.
Alidə Aslanova - YAP Sabunçu rayon təşkilatının məsləhətçisi

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Nəsimi Nəsibov: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Nəsimi Nəsibov: Azərbaycanın Humanitar ...

    27-08-2025, 23:56

  • Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin ...

    29-08-2025, 10:02

  • Sədaqət və mərhəmətin təcəssümü – Tibb bacısı Sevinc Hümbətova

    Sədaqət və mərhəmətin təcəssümü – Tibb bacısı ...

    12-05-2025, 12:26

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xəbər arxivi

Noyabr 2026 (43)
Oktyabr 2026 (156)
Sentyabr 2026 (139)
Avqust 2026 (107)
İyul 2026 (113)
İyun 2026 (128)
May 2026 (155)
Aprel 2026 (148)
Mart 2026 (97)
Fevral 2026 (204)
Yanvar 2026 (163)
Dekabr 2025 (150)
Noyabr 2025 (202)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook


    Tel: 055 693 93 98
    Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı