• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir-Fotolar

  

Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir-Fotolar

Tarix : Bu gün, 20:23 Kateqoriya :---

Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir-Fotolar

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyətinin Bişkekə səfəri çərçivəsində Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasında görüş keçirilib.

aia.az xəbər verir ki, görüşdə dövlət başçılarının - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Qırğızıstan Respublikasının Prezidenti cənab Sadır Japarovun siyasi iradəsi və dostluq münasibətləri sayəsində ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, bu münasibətlərin həmkarlar ittifaqları arasında əməkdaşlığın genişlənməsi üçün əlverişli şərait yaratdığı vurğulanıb.

Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Muradil Cumadilde rəhbərlik etdiyi təşkilatın fəaliyyəti və əmək hüquqlarının qorunması istiqamətində görülən işlər barədə məlumat verib, Azərbaycan həmkarlar ittifaqları ilə əlaqələrin əhəmiyyətini qeyd edib. Bildirilib ki, iki təşkilat arasında imzalanmış memorandumlar, Qırğızıstan nümayəndələri üçün Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında təşkil olunan təlimlər, eləcə də qarşılıqlı səfərlər əməkdaşlığın inkişaf dinamikasını əks etdirir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov ölkəmizin həmkarlar ittifaqları sistemində aparılan yenilənmə prosesindən, əmək hüquqlarının müdafiəsi sahəsində tətbiq edilən müasir mexanizmlərdən və rəqəmsallaşmanın həmkarlar ittifaqlarının fəaliyyətinə verdiyi üstünlüklərdən danışıb. Əməkdaşlığın perspektivləri barədə fikirlərini bölüşən Konfederasiya sədri bir çox sahələrdə, xüsusilə sağlamlıq turizmi üzrə əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu qeyd edib.
Görüşdə Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında imzalanmış memorandumların icrası, birgə təşəbbüslərin reallaşdırılması və əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.

Görüş çərçivəsində Azərbaycanın sağlamlıq turizmi ilə bağlı təqdimat keçirilib. Tədbirdə Qırğızıstan Respublikasının Səhiyyə Nazirliyinin, Turizmin İnkişafı üzrə Dövlət Agentliyinin, özəl qurumların və həmkarlar ittifaqlarının nümayəndələri, eləcə də media mənsubları iştirak ediblər.

“Kurort” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Çingiz Hacıyev Azərbaycanın sağlamlıq turizmi imkanları, o cümlədən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sağlamlıq və istirahət mərkəzləri, onların xidmət imkanları, müalicə üsulları və istirahət xidmətləri barədə təqdimatla çıxış edib.
Tədbir çərçivəsində Azərbaycanın sağlamlıq turizmi imkanlarını əks etdirən film nümayiş olunub, iştirakçıların sualları cavablandırılıb.


Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla çıxış ediblər - YENİLƏNİB

    İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla ...

    7-05-2025, 21:08

  • AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ƏLİYEVİN ERUDUSİYASI

    AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ...

    22-04-2025, 17:42

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Xəbər arxivi

Oktyabr 2026 (142)
Sentyabr 2026 (139)
Avqust 2026 (107)
İyul 2026 (113)
İyun 2026 (128)
May 2026 (155)
Aprel 2026 (148)
Mart 2026 (97)
Fevral 2026 (204)
Yanvar 2026 (163)
Dekabr 2025 (150)
Noyabr 2025 (202)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook


    Tel: 055 693 93 98
    Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı