• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Erməni vandalizmi Zəngilan rayonundan da yan keçməyib

  

Erməni vandalizmi Zəngilan rayonundan da yan keçməyib

Tarix : 20-10-2026, 15:46 Kateqoriya :---

Zəngilan rayonu Azərbaycanın cənub-qərbində yerləşib, şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir. Zəngin təbiətə malik olan Zəngilan rayonu sahəsinə görə Avropada birinci olan Bəsitçay təbii çinar meşəsi, qızıl, mərmər kimi təbii sərvətləri olan füsünkar bir məkandır. Öz iqlimi ilə Azərbaycanın digər rayonlarından fərqlənən rayonun ərazisindən Araz, Oxçuçay, Həkəri, Bəsitçay kimi daimi axarlı çayları keçir. Zəngilan Cəbrayıl və Füzuli rayonları işğal olunduqdan sonra iki ay tam mühasirə şəraitində qalan, bütün hücumlara igidliklə sinə gərən, son anadək vuruşaraq, 235 şəhid verərək bölgəni tərk edən mərd oğullar yurdudur. Rayon 1993-cü il 29 oktyabr tarixində işğal edilmişdir. Erməni vəhşiliyi, vandalizmi işğal edilmiş digər rayonlarımız kimi Zəngilan rayonundan da yan keçməyib. 27 il boyunca dağıdılmış tarixi və dini memarlıq abidələri, yandırılımış evlər, meşələr, qırılıb daşınmış ardıc, çinar, qoz, palıd ağacaları rayonun təbiətinə, təbii füsünkar gözəlliyinə xeyli ziyan vurmuşdur.
2020-ci il sentyabrın 27-də başalayan Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin səyi, əzmi nəticəsində düşmənə sarsıdıcı zərbə vuraraq, məğlubiyyətə uğradaraq 44 gündən sonra başa çatdı. Ordumuz 2020-ci il oktaybrın 18-dən Zəngilan rayonunun azad edilməsi uğrunda uğrunda döyüşlər başlamışdır. Oktyabrın 20-də rəşadədli ordumuz tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbə və 49 kəndi işğaldan azad edildi və bununla da Azərbaycan İran sərhəddi tam bərpa olundu.
Zəngilanın işğaldan azad olunmasından artıq 6 ötür. Ürək yanğısı ilə 29 oktyabr tarixini Zəngilanın işğalı günü kimi deyil, qələbə ruhu, sevinc hissi ilə 20 oktyabr tarixini Zəngilan rayonunun işğaldan azad olunması kimi xatırlayacağıq. Bizə bu möhtəşəm zəfəri yaşadan dəyərli oğullarımız, rəşadətli ordumuzdur. Təbii ki, qazanılan qələbə yalnız silah gücü deyil, Cənab Ali Baş Komandan, Prezident İlham Əliyevin müstəqil siyasətinin, beynəlxalq siyasi arenalardakı yüksək nüfuzunun, yüksək məntiqi, siyasi təfəkkürünün nəticəsidir.
Rayon işğaldan azad edildikdən sonra Prezident İlham Əliyev dəfələrlə səfər etmiş və rayonun bərpa edilməsi üçün göstərişlər vermişdir. Artıq bu ərazilərdə yüksək quruculuq işləri aparılır, “Böyük Qayıdış” planları sürətlə reallaşır. İlk pilot layihə Zəngilanda icra edildi, Ağalı kəndində. Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Bu ərazilərin “yaşıl enerji” potensialı çox böyükdür.
Zəngilanın işğaladan azad edilməsi Azərbaycan üçün strateji əhəmiyyəti çox böyükdür. Belə ki, Zəngilanı Naxçıvanla 40 kilometrlik Zəngəzur dəhlizi birləşdirir. Bu dəhlizin açılması Naxçıvanı blokada şəraitindən çıxarmaqla yanaşı, əzəli torpağımıza Zəngəzura yenidən qayıdışı bərpa edəcəkdir. Bu həm də beynəlxalq iqtisadi əlaqələrə də yeni perpektivlər açacaqdır.
Ümumiyyətlə, Zəngilanın həmçinin Qarabağın işğaldan azad olunmasının əhəmiyyətini saymaqla bitən deyil. Bəli bu qələbə Cənab Ali Baş Komandanımızın siyasətinin, rəşadətli ordumuzun, iradəli, güclü əsgərlərimizin, öz canından, qanından keçən şəhidlərimizin qələbəsidir! Gələcək nəsillər bu şanlı zəfəri, bu qələbəni böyük fəxarət hissi ilə, qürur hissi ilə xatırlayacaq və bu yolda öz gücünü, səyini göstərən hər bir şəxsin xatirəsini əbədiləşdirəcəkdir!
Alidə Aslanova - YAP Sabunçu rayon təşkilatının məsləhətçisi

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Müsəlman dini qurumlarının təmsilçilərindən ibarət nümayəndə heyətinin qəbulu

    Müsəlman dini qurumlarının təmsilçilərindən ...

    17-09-2026, 11:09

  • Nəsimi Nəsibov: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Nəsimi Nəsibov: Azərbaycanın Humanitar ...

    27-08-2025, 23:56

  • Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin ...

    29-08-2025, 10:02

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Xəbər arxivi

Oktyabr 2026 (139)
Sentyabr 2026 (139)
Avqust 2026 (107)
İyul 2026 (113)
İyun 2026 (128)
May 2026 (155)
Aprel 2026 (148)
Mart 2026 (97)
Fevral 2026 (204)
Yanvar 2026 (163)
Dekabr 2025 (150)
Noyabr 2025 (202)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook


    Tel: 055 693 93 98
    Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı