• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Azərbaycan Avrasiyanın Birləşdirici Mərkəzi Kimi: AQEM-in 7-ci Zirvə Görüşü və Qlobal Ədalət Mesajları

  

Azərbaycan Avrasiyanın Birləşdirici Mərkəzi Kimi: AQEM-in 7-ci Zirvə Görüşü və Qlobal Ədalət Mesajları

Tarix : 17-10-2026, 12:48 Kateqoriya :---

Azərbaycan Avrasiyanın Birləşdirici Mərkəzi Kimi: AQEM-in 7-ci Zirvə Görüşü və Qlobal Ədalət Mesajları


Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə cənab prezident İlham Əliyev tərəfindən səsləndirilən fikirlər həm regional təhlükəsizlik, həm də qlobal ədalətin bərqərar olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatları vasitəsilə Avrasiya məkanında etibarlı birləşdirici mərkəzə çevrilmişdir.
Dövlətimizin xarici siyasəti bərabərhüquqluluq, ölkələrin ərazi bütövlüyü və daxili işlərə qarışmama ilkələrinə dayanır. Lakin müstəqilliyini bərpa etdiyi 35 il ərzində Azərbaycan davamlı olaraq ikili standartlarla üzləşmişdir. Torpaqlarımızın 20 faizi 30 il ərzində işğal altında qalmış, bir milyon soydaşımız etnik təmizləməyə məruz qalmışdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi kağız üzərində qalmış, ATƏT-in Minsk qrupu isə fəaliyyətini yalnız imitasiya edərək münaqişəni dondurmağa çalışmışdır.
Ermənistanın davam edən hərbi təxribatları qarşısında Azərbaycan xalqının səbri tükənmiş və 2020-ci ilin 44 günlük Vətən müharibəsi ilə işğala son qoyulmuşdur. 2023-cü ilin sentyabrında həyata keçirilən bir sutkadan da az sürən tədbirlərlə ölkəmiz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmiş, separatizmə son qoymuşdur. Təhdid saçan müharibə cinayətkarları isə bugün Azərbaycan məhkəməsi qarşısında cavab verirlər.
Cənab president İlham Əliyev qeyd etmişdir ki, bütün bu tarixi Zəfərə və çəkilən əzablara baxmayaraq, Azərbaycan mülki əhaliyə qisas yanaşması göstərməmiş, əksinə, cəsarətli addım ataraq Ermənistana sülh təklif etmişdir.
Azərbaycan AQEM-ə iki illik sədrliyi dövründə də nəqliyyat, rəqəmsallaşma, ətraf mühit və təhsil kimi sahələrdə fəal təşəbbüslər irəli sürərək təşkilatın institusional gücünü artırmışdır. Azərbaycanın təcrübəsi göstərir ki, beynəlxalq hüququn və ədalətin bərqərar olunması regionda davamlı sülhün və tərəqqinin yeganə zəmanətidir.
T. İsgəndərov adına 142№li tam orta ümumtəhsil məktəbinin müəllimi Leyla İsmayılova

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • Müsəlman dini qurumlarının təmsilçilərindən ibarət nümayəndə heyətinin qəbulu

    Müsəlman dini qurumlarının təmsilçilərindən ...

    17-09-2026, 11:09

  • AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ƏLİYEVİN ERUDUSİYASI

    AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ...

    22-04-2025, 17:42



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Xəbər arxivi

Oktyabr 2026 (139)
Sentyabr 2026 (139)
Avqust 2026 (107)
İyul 2026 (113)
İyun 2026 (128)
May 2026 (155)
Aprel 2026 (148)
Mart 2026 (97)
Fevral 2026 (204)
Yanvar 2026 (163)
Dekabr 2025 (150)
Noyabr 2025 (202)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook


    Tel: 055 693 93 98
    Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı