• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Azərbaycanın qlobal təhlükəsizlik arxitekturasında artan rolu və beynəlxalq ədalətin təntənəsi

  

Azərbaycanın qlobal təhlükəsizlik arxitekturasında artan rolu və beynəlxalq ədalətin təntənəsi

Tarix : 17-10-2026, 12:21 Kateqoriya :---

Azərbaycanın qlobal təhlükəsizlik arxitekturasında artan rolu və beynəlxalq ədalətin təntənəsi


Müasir beynəlxalq münasibətlər sistemində milli maraqlara və beynəlxalq hüququn aliliyinə söykənən prinsipial, düşünülmüş siyasət yürüdən Azərbaycan Respublikası bu gün Avrasiya məkanında mühüm strateji qovşaq və etibarlı tərəfdaş kimi qəbul edilir. Coğrafi baxımdan Şərqlə Qərbin, eləcə də Şimalla Cənubun təbii kəsişməsində yerləşən ölkəmiz qlobal miqyasda mühüm birləşdirici mərkəz missiyasını uğurla yerinə yetirir. Azərbaycanın ikitərəfli və çoxtərəfli formatlar çərçivəsində dünya dövlətləri ilə qurduğu siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar əməkdaşlıq əlaqələri regionumuzda və bütövlükdə Avrasiyada təhlükəsizlik sisteminin möhkəmlənməsinə fundamental töhfə verir. Bu strateji xəttin sarsılmaz təməl prinsipləri müasir müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş, balanslaşdırılmış xarici siyasət, milli maraqların qətiyyətlə qorunması və beynəlxalq əlaqələrin qarşılıqlı hörmət əsasında qurulması ənənəsi formalaşdırılmışdır.
Azərbaycan dövləti xarici siyasət kursunda daim bütün dövlətlərin bərabərhüquqluluğuna, daxili işlərə qarışmamaq prinsipinə, ölkələrin suverenliyinə və ərazi bütövlüyünün toxunulmazlığına xüsusi önəm verir. Lakin 35 il əvvəl dövlət müstəqilliyini bərpa etdikdən bəri respublikamız beynəlxalq arenada davamlı olaraq ikili standartlarla və ədalətsiz yanaşmalarla üz-üzə qalmışdır. Dövlətlərarası münasibətlərdə selektiv yanaşmaların tətbiqi qlobal təhlükəsizlik arxitekturasını dərindən sarsıdan ən zərərli meyillərdən biridir. Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin 20 faizə yaxını 30 il ərzində Ermənistan tərəfindən hərbi işğala məruz qalmış, bir milyondan çox azərbaycanlı Qarabağdan, Şərqi Zəngəzurdan və indiki Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınaraq qanlı etnik təmizləməyə məruz qoyulmuşdur.
Münaqişənin aradan qaldırılması məqsədilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və erməni silahlı qüvvələrinin işğal olunmuş torpaqlarımızdan dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi düz 30 il ərzində kağız üzərində qalmışdır. Problemin həlli üçün 1992-ci ildə mandat almış ATƏT-in Minsk qrupu isə real addımlar atmaq əvəzinə, fəaliyyətini imitasiya xarakterli təmaslarla məhdudlaşdırmış, həmsədrlər tərəfindən inhisara alınmış bu struktur münaqişənin əbədi dondurulmasına xidmət etmişdir. Ermənistanın keçmiş rəhbərləri – müharibə cinayətkarları və günahsız insanların qatilləri törətdikləri əməllərə görə cəzalandırılmadıqca, 2018-ci ildə hakimiyyətə gələn qüvvələr də eyni təcavüzkar siyasəti davam etdirdilər. Onlar işğal altında olmuş Xankəndidə "Qarabağ Ermənistandır və nöqtə" bəyanatları verir, Azərbaycanı yeni müharibə ilə hədələyirdilər. Bütün bu təxribatlara və beynəlxalq hüququn kobud tapdalanmasına Avropa Parlamenti və Avropa Şurası kimi təşkilatlar nəinki göz yumur, əksinə, təcavüzkarı daha da cəsarətləndirirdilər.
2020-ci ilin yayında baş verən hərbi təxribatlardan sonra Azərbaycan xalqının səbri tükəndi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab prezident İlham Əliyevin rəhbərliyi ilə başlanan 44 günlük Vətən müharibəsində şanlı ordumuz düşməni darmadağın edərək 300-dən çox şəhər və kəndi azad etdi, təcavüzkarı kapitulyasiya aktına imza atmağa məcbur etdi. Müharibə başa çatsa da, ərazilərimizin bir qismində separatizm yuvası qalmaqda idi. Azərbaycan üç il ərzində məsələnin sülh yolu ilə birdəfəlik həllinə çalışsa da, Ermənistan atəşkəsdən yeni silahlanma və havadarlarının köməyi ilə revanşizm üçün istifadə etməyə cəhd göstərdi. Nəticədə 2023-cü ilin sentyabrında həyata keçirilən və bir sutkadan da az davam edən lokal antiterror tədbirləri ilə cənab prezident İlham Əliyevin əmri əsasında Azərbaycan əsgərinin "Dəmir yumruğu" bir daha sözünü dedi. Qondarma rejim tam darmadağın edildi, separatizmə birdəfəlik son qoyuldu, dövlət suverenliyimiz bütün ölkə hüdudlarında bərpa edildi və separatçı liderlər qandallanaraq Bakıya gətirildi.
Oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə tarixi çıxış edən cənab prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, müharibə Azərbaycanın seçimi olmamışdır. Əgər vaxtında təcavüzkara qarşı beynəlxalq sanksiyalar tətbiq edilsəydi, dövlətimiz məsələni güc yolu ilə həll etməyə məcbur qalmazdı. Xalqımız 30 illik dağıntılara və əzablara baxmayaraq, mülki əhalidən qisas almamış, qisasını yalnız döyüş meydanında almış və qələbədən dərhal sonra Ermənistana sülh sazişi təklif etmişdir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icra mexanizmləri qurulmadıqca dünyada yeni müharibələrin qarşısını almaq çətin olacaqdır.
Azərbaycanın son iki il ərzində AQEM-ə rəhbərliyi qurumun institusional bazasını xeyli gücləndirmiş, üzv ölkələr arasında nəqliyyat, rəqəmsallaşma, logistika, ətraf mühitin qorunması, elm və təhsil sahələrində çoxtərəfli dialoqu keyfiyyətcə yeni mərhələyə çatdırmışdır. Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş müstəqil xarici siyasət strategiyasının cənab prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilməsi nəticəsində bu gün Azərbaycan regional güc mərkəzindən qlobal səviyyədə nüfuz sahibi olan, beynəlxalq hüququ və tarixi ədaləti öz gücü ilə bərpa edən qalib dövlətə çevrilmişdir.
Bakı şəhər 192 N-li tam orta məktəbin tarix müəllimi Aslanova Samirə

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Müsəlman dini qurumlarının təmsilçilərindən ibarət nümayəndə heyətinin qəbulu

    Müsəlman dini qurumlarının təmsilçilərindən ...

    17-09-2026, 11:09

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • Nəsimi Nəsibov: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Nəsimi Nəsibov: Azərbaycanın Humanitar ...

    27-08-2025, 23:56

  • Prezident Çinin Sinxua agentliyinə müsahibə verib

    Prezident Çinin Sinxua agentliyinə müsahibə verib ...

    21-04-2025, 23:56



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Xəbər arxivi

Oktyabr 2026 (139)
Sentyabr 2026 (139)
Avqust 2026 (107)
İyul 2026 (113)
İyun 2026 (128)
May 2026 (155)
Aprel 2026 (148)
Mart 2026 (97)
Fevral 2026 (204)
Yanvar 2026 (163)
Dekabr 2025 (150)
Noyabr 2025 (202)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook


    Tel: 055 693 93 98
    Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı