• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar tədbir keçirilib

  

Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar tədbir keçirilib

Tarix : 7-10-2026, 20:52 Kateqoriya :---
Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar tədbir keçirilib
 
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən 7 Oktyabr - Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar “Layiqli əmək, güclü gənclik - dayanıqlı gələcək” tədbiri keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin müdafiəsi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra layiqli əməyə həsr olunmuş film nümayiş olunub.
 
Tədbirdə çıxış edən Konfederasiya sədrinin müavini Musa Mirzəyev layiqli əmək və onun əsas prinsiplərindən danışıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əmək münasibətlərinin tənzimlənməsi, işçilərin əmək hüquqlarının qorunması istiqamətində formalaşdırılan hüquqi və institusional mexanizmlər barədə məlumat verib. Vurğulanıb ki, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın sosial təşəbbüsləri vətəndaşların maddi rifahının daha da yüksəldilməsinə xidmət edir.
 
Musa Mirzəyev həmçinin işçilərin təhlükəsiz və sağlam şəraitdə çalışması və layiqli əməyin təmin olunmasında həmkarlar ittifaqlarının rolundan söz açıb, ölkəmizdə gənclərin əmək bazarında rolunun genişləndirilməsindən, işçilərin rəqəmsallaşmanın əmək münasibətlərinə gətirdiyi dəyişikliklərə hazırlanmasından və peşə bacarıqlarının artırılmasından bəhs edib.
 
Beynəlxalq Əmək Təşkilatının (BƏT) Azərbaycandakı milli əlaqələndiricisi Yaşar Həmzəyev çıxışında BƏT-in layiqli əmək gündəliyindən, təşkilatla Azərbaycan arasında əmək və sosial sahədə əməkdaşlığın önəmindən danışıb, layiqli əmək prinsiplərinin təşviqi ilə bağlı fikirlərini səsləndirib.
 
İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin departament direktoru Fidan Mahmudova gənclərin iş həyatına hazırlanmasında layiqli əmək prinsiplərinin əhəmiyyətini, peşə bacarıqlarının əmək bazarının tələblərinə uyğun inkişaf etdirilməsinin və işçilərin dəyişən əmək dünyasına adaptasiyasının vacibliyini diqqətə çatdırıb.
 
SOCAR Neft Daşları Neft və Qazçıxarma İdarəsinin əməkdaşı, həmkarlar ittifaqının üzvü Bəxtiyar Muradov çalışdığı müəssisədə layiqli əmək şəraiti ilə bağlı fikirlərini bölüşüb, Azərbaycan Tibb Universitetinin tələbəsi, “AHİK könüllüsü” layihəsinin iştirakçısı Təranə Kazımova isə layiqli əməyin gənclərdə iş həyatına marağın formalaşmasında rolunu vurğulayıb.
 
Çıxışlardan sonra işçilərin əmək və sosial-iqtisadi hüquqlarının qorunmasında fəallığı ilə seçilən Konfederasiyanın üzv təşkilatlarının nümayəndələrinə təşəkkürnamələr təqdim olunub.
Tədbir bədii hissə ilə davam edib.
 
Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • Nəsimi Nəsibov: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Nəsimi Nəsibov: Azərbaycanın Humanitar ...

    27-08-2025, 23:56

  • Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin ...

    29-08-2025, 10:02

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Xəbər arxivi

Oktyabr 2026 (139)
Sentyabr 2026 (139)
Avqust 2026 (107)
İyul 2026 (113)
İyun 2026 (128)
May 2026 (155)
Aprel 2026 (148)
Mart 2026 (97)
Fevral 2026 (204)
Yanvar 2026 (163)
Dekabr 2025 (150)
Noyabr 2025 (202)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook


    Tel: 055 693 93 98
    Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı