• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Yeni Azərbaycan Partiyası Сənubi Qafqazın aparıcı siyasi partiyasıdır

  

Yeni Azərbaycan Partiyası Сənubi Qafqazın aparıcı siyasi partiyasıdır

Tarix : 6-10-2026, 16:13 Kateqoriya :---

Yeni Azərbaycan Partiyası Сənubi Qafqazın aparıcı siyasi partiyasıdır

Ölkəmizin ictimai-siyasi həyatında aparıcı və mərkəzi rol oynayan Yeni Azərbaycan Partiyası (YAP) yarandığı gündən olduqca şərəfli və məsuliyyətli yol qət edərək xalqın partiyasına çevrilib. 1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirilən Yeni Azərbaycan Partiyasının təsis konfransının mühüm tarixi əhəmiyyəti var. Ölkəmizin ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır. Müasir, müstəqil Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyev deyirdi: “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır”.
Yeni Azərbaycan Partiyası tarixi Zəfərlər partiyasıdır. Vətən müharibəsində qazandığığımız tarixi Zəfərdən sonra istər ölkədə, istərsə də beynəlxalq müstəvidə yaranmış yeni reallıqlar fonunda YAP-ın VII Qurultayı həm təşkilatın, həm də ölkəmizin inkişafında yeni mərhələnin başlanğıcını qoymuşdu. Bu qurultay Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonrakı dövrə təsadüf etdiyi üçün ölkədə yaranmış yeni reallıqlar fonunda siyasi sistemin təkmilləşdirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Qurultayda qəbul olunmuş qərarlar ölkədəki “iqtidar-xalq” modelini möhkəmləndirmiş və milli həmrəyliyin inkişafına güclü təkan vermişdir. Digər siyasi partiyaların YAP-a qoşulması barədə qərarlar da bu həmrəyliyin bariz nümunəsidir.
Ulu Öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə YAP hər zaman fəaliyyətini uğurla davam etdirib. Bunun nəticəsində də xalqımız çox böyük uğurlar əldə edib, keyfiyyətcə və inkişafının yeni tərəqqi mərhələsinə qədəm qoyub. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev YAP-ın VIII Qurultayındakı çıxışında bildirib ki, ilk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir. VII Qurultayın da o vaxt üçün yeni mühitdə keçirildiyini xatırladan dövlətimizin başçısı qeyd edib: “Çünki o şanlı Zəfərimizdən cəmi bir neçə ay keçmişdir və bütün dünya bizim Zəfərimizdən danışırdı. Azərbaycan özü təkbaşına həm işğala son qoymuşdur, eyni zamanda, bölgədə yeni reallıqlar yaratmışdır. O vaxtdan - İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən bu günə qədər bu reallıqlar bütün dünya tərəfindən qəbul edilir”.
Xalqımız bu gün Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu müstəqil, suveren Azərbaycanı inkişaf etdirmək, yeni-yeni uğurlar qazanmaq istiqamətində Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə hərtərəfli dəstək verməkdədir. Azərbaycanın Liderinin rəhbərliyi ilə respublikamızın iqtisadi, siyasi və hərbi sahələrdə əldə etdiyi nailiyyətlər, xüsusilə də Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi ölkənin gələcək inkişafı üçün mühüm bir təməl formalaşdırmışdır. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev bundan sonra da Azərbaycanı inamla yeni Zəfərlərə doğru aparacaq.
Nəbi Hacıyev – YAP Sabunçu rayon təşkilatının məsləhətçisi
Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Nəsimi Nəsibov: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Nəsimi Nəsibov: Azərbaycanın Humanitar ...

    27-08-2025, 23:56

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin ...

    29-08-2025, 10:02

  • Yeni Azərbaycanın siyasi xəritəsi: VIII Qurultaydan gələcəyə baxış

    Yeni Azərbaycanın siyasi xəritəsi: VIII ...

    6-10-2026, 15:45



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Xəbər arxivi

Oktyabr 2026 (139)
Sentyabr 2026 (139)
Avqust 2026 (107)
İyul 2026 (113)
İyun 2026 (128)
May 2026 (155)
Aprel 2026 (148)
Mart 2026 (97)
Fevral 2026 (204)
Yanvar 2026 (163)
Dekabr 2025 (150)
Noyabr 2025 (202)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook


    Tel: 055 693 93 98
    Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı