• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Kamaləddin Qafarov: Bu Zəfər milli iradənin təntənəsi idi

  

Kamaləddin Qafarov: Bu Zəfər milli iradənin təntənəsi idi

Tarix : 5-10-2026, 09:49 Kateqoriya :---

Kamaləddin Qafarov: Bu Zəfər milli iradənin təntənəsi idi

“Cəbrayılın adı Azərbaycanın ən yeni tarixində təkcə işğal və dağıntı ilə deyil, həm də dönüş nöqtəsi, qələbə və dirçəliş anlayışları ilə bağlıdır.” 

Bu sözləri Milli Məclisin deputatı Kamaləddin Qafarov mətbuata verdiyi açıqlamasında  deyib.
       
O,  qeyd edib ki, uzun illər doğma yurddan didərgin düşən cəbrayıllılar üçün 4 oktyabr sadəcə təqvimdəki bir tarix deyil. “Bu gün həm də 27 illik həsrətin sona çatmasının və tarixi ədalətin bərpasının rəmzidir. 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Cəbrayıl rayonu ağır dağıntılarla üzləşdi. Bir şəhər, qəsəbələr və onlarla kənddən ibarət rayonun sosial, iqtisadi və mədəni həyatı məhv edildi, yüzlərlə insan şəhid oldu, on minlərlə sakin doğma yurdunu tərk etməyə məcbur qaldı. Tarixi abidələrin, məktəblərin, xəstəxanaların, mədəniyyət ocaqlarının dağıdılması isə işğalın miqyasını və erməni vandalizminin mahiyyətini göstərirdi. Lakin Cəbrayılın taleyi yalnız itkilərlə yazılmadı. Azərbaycan xalqı dövlətçilik iradəsini, Ordusu isə qüdrətini nümayiş etdirərək 2020-ci ildə tarixi Zəfərə imza atdı. Vətən müharibəsinin ilk günlərindən Cəbrayıl istiqamətində qazanılan uğurlar sonrakı hərbi əməliyyatların gedişinə ciddi təsir göstərdi.”        
         
 Düşmənin müdafiə xətlərini yarmaq üçün böyük peşəkarlıq, cəsarət və fədakarlıq tələb edildiyini vurğulayan millət vəkili bildirib ki, Cəbrayılın azad olunması Azərbaycan Ordusuna digər istiqamətlərdə hücumu genişləndirmək üçün strateji imkanlar açdı: “2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhərinin və rayonun bir sıra kəndlərinin işğaldan azad edilməsi Azərbaycan xalqının yaddaşına qürur səhifəsi kimi həkk olundu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən bu qələbə Cəbrayılın həyatında yeni dövrün başlanğıcı oldu. Xudafərin körpüsündə Azərbaycan bayrağının ucaldılması isə təkcə hərbi uğurun deyil, milli iradənin və tarixi yaddaşın təntənəsi kimi qəbul edildi. Bu gün Cəbrayıl artıq dağıntılar məkanından gələcəyə doğru inamla addımlayan quruculuq ünvanına çevrilib. Şəhərin Baş planı, yeni yaşayış kompleksləri, məktəblər, xəstəxana, sənaye və logistika layihələri, yol və enerji infrastrukturu bu yeniliyin göstəriciləridir. 2024-cü ilin sentyabrında Cəbrayıl şəhərinə ilk köç karvanının yola salınması isə ən böyük məqsədin – insanların doğma torpaqlarına qayıdışının reallığa çevrildiyini göstərdi. Cəbrayılın bərpasına dövlət səviyyəsində göstərilən diqqət Prezident İlham Əliyevin azad edilmiş ərazilərin dirçəldilməsi siyasətinin ardıcıl və sistemli xarakter daşıdığını göstərir. Dövlət başçısının rayona səfərləri, yeni layihələrin təməlini qoyması və açılışlarda iştirakı quruculuq prosesinin ardıcıl xarakter daşıdığını göstərir. 4 Oktyabr – Cəbrayıl şəhəri günü bu baxımdan keçmişin ağrılarını unutmaq deyil, həmin ağrılardan doğan milli iradəni və qələbəni anlamaq günüdür. Bu tarix sübut edir ki, Azərbaycan öz torpaqlarını işğalla barışaraq deyil, güclü dövlət, qüdrətli ordu və milli birlik sayəsində azad edib. Bu gün yenidən qurulan Cəbrayıl isə qalib Azərbaycanın gələcəyə baxışını, Böyük Qayıdışın mahiyyətini və azad edilmiş torpaqlarda yeni həyatın başlanmasını ifadə edir.”

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Müsəlman dini qurumlarının təmsilçilərindən ibarət nümayəndə heyətinin qəbulu

    Müsəlman dini qurumlarının təmsilçilərindən ...

    17-09-2026, 11:09

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • Elməddin Cəfərov: Zəfər Gününün Qüruru - Azərbaycan İradesinin, Məhəbbətinin və Qələbəsinin Simvolu

    Elməddin Cəfərov: Zəfər Gününün Qüruru - ...

    6-11-2025, 01:44

  • Sədaqət və mərhəmətin təcəssümü – Tibb bacısı Sevinc Hümbətova

    Sədaqət və mərhəmətin təcəssümü – Tibb bacısı ...

    12-05-2025, 12:26



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Xəbər arxivi

Oktyabr 2026 (139)
Sentyabr 2026 (139)
Avqust 2026 (107)
İyul 2026 (113)
İyun 2026 (128)
May 2026 (155)
Aprel 2026 (148)
Mart 2026 (97)
Fevral 2026 (204)
Yanvar 2026 (163)
Dekabr 2025 (150)
Noyabr 2025 (202)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook


    Tel: 055 693 93 98
    Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı