• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Kamaləddin Qafarov: “Ordumuz Azərbaycanın hərb tarixinin ən şərəfli səhifəsini yaratdı”

  

Kamaləddin Qafarov: “Ordumuz Azərbaycanın hərb tarixinin ən şərəfli səhifəsini yaratdı”

Tarix : 27-09-2026, 10:53 Kateqoriya :---

Kamaləddin Qafarov: “Ordumuz Azərbaycanın hərb tarixinin ən şərəfli səhifəsini yaratdı”

“27 Sentyabr Azərbaycan xalqının müasir tarixində həm dərin hüznün, həm də böyük qürurun bir araya gəldiyi müqəddəs gündür.”

Bu sözləri  mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
        
O, bildirib ki, bu tarix Vətən müharibəsinin başlandığı gün olmaqla yanaşı, xalqımızın azadlıq iradəsinin, milli birliyinin və torpaq sevgisinin sınağa çəkildiyi, Azərbaycanın öz haqqını bərpa etmək uğrunda ayağa qalxdığı tarixi məqamdır. “Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə 27 Sentyabrın Anım Günü elan edilməsi Vətən uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsinə dövlət və xalq ehtiramının ifadəsidir. Bu gün biz yalnız 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızı deyil, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həyatını fəda etmiş bütün övladlarımızı dərin ehtiramla yad edirik. Birinci Qarabağ müharibəsinin ağrı-acıları, uzun illər davam edən işğal, yüz minlərlə soydaşımızın doğma yurdlarından didərgin salınması xalqımızın yaddaşında silinməz iz buraxmışdı. Lakin Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmadı, tarixi ədalətin bərpa olunacağı günə inamını itirmədi.” 
        K.Qafarov  2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başlamasının da məhz bu iradənin təzahürü olduğunu vurğulayıb: “Qırx dörd gün ərzində cəbhədə yaşananlar təkcə hərbi əməliyyatlar deyildi. Bu, xalqın öz Vətəninə bağlılığının, dövlətinə inamının və milli ruhunun möhtəşəm nümayişi idi. Azərbaycan əsgəri hər bir yüksəkliyə, hər bir kəndə, hər bir şəhərə doğru irəliləyərkən arxasında milyonların duasını, dəstəyini və sarsılmaz inamını hiss edirdi. Vətən müharibəsində əldə olunan Qələbənin ən böyük müəllifləri sırasında qəhrəman əsgər və zabitlərimiz xüsusi yer tutur. Onların şücaəti, fədakarlığı və döyüş əzmi Azərbaycanın hərb tarixinin ən şərəfli səhifələrini yaratdı. Şəhidlərimiz həyatlarını Vətən naminə fəda etməklə xalqımıza azad torpaqlarda yaşamaq qürurunu bəxş etdilər. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, onların qəhrəmanlığı artıq dastana çevrilib və bu dastan gələcək nəsillərin vətənpərvərlik məktəbi olacaq. 27 Sentyabrın mənəvi mahiyyəti də məhz bundadır: bu gün biz şəhidlərimizin ruhu qarşısında baş əyir, onların bizə miras qoyduğu azadlıq və Qələbənin məsuliyyətini bir daha dərk edirik. Şəhidlərimizin qanı yerdə qalmadı, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə onların arzuları gerçəyə çevrildi. Anım Günü yalnız keçmişə nəzər salmaq deyil, həm də gələcəyə məsuliyyətlə baxmaq günüdür. Bu gün azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, şəhər və kəndlərin yenidən dirçəldilməsi, insanların öz doğma yurdlarına qayıdışı şəhidlərimizin müqəddəs amalının davam etdiyini göstərir. Azərbaycan bu gün qalib xalq, müzəffər dövlət kimi yaşayır. Bu qürurlu tarixin arxasında isə Vətən uğrunda canından keçən şəhidlərimizin əbədi adı, qəhrəman əsgər və zabitlərimizin şücaəti dayanır.                27 Sentyabrda milyonlarla azərbaycanlı eyni duyğu ilə şəhidlərinin xatirəsi qarşısında baş əyir və qətiyyətlə bildirir: onların müqəddəs xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq.”

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Müsəlman dini qurumlarının təmsilçilərindən ibarət nümayəndə heyətinin qəbulu

    Müsəlman dini qurumlarının təmsilçilərindən ...

    17-09-2026, 11:09

  • Sədaqət və mərhəmətin təcəssümü – Tibb bacısı Sevinc Hümbətova

    Sədaqət və mərhəmətin təcəssümü – Tibb bacısı ...

    12-05-2025, 12:26

  • Nəsimi Nəsibov: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Nəsimi Nəsibov: Azərbaycanın Humanitar ...

    27-08-2025, 23:56

  • Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin ...

    29-08-2025, 10:02



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Xəbər arxivi

Oktyabr 2026 (139)
Sentyabr 2026 (139)
Avqust 2026 (107)
İyul 2026 (113)
İyun 2026 (128)
May 2026 (155)
Aprel 2026 (148)
Mart 2026 (97)
Fevral 2026 (204)
Yanvar 2026 (163)
Dekabr 2025 (150)
Noyabr 2025 (202)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook


    Tel: 055 693 93 98
    Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı