• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » AZƏRBAYCANDA DAĞ-MƏDƏN VƏ METALLURGİYA SƏNAYESİNİN İNKİŞAFIDIR Kİ, QEYRİ-NEFT SEKTORUNUN GÜCLƏNMƏSİNƏ VƏ MÜASİR SƏNAYE İSTİQAMƏTLƏRİNİN YARANMASINA XİDMƏT EDİR

  

AZƏRBAYCANDA DAĞ-MƏDƏN VƏ METALLURGİYA SƏNAYESİNİN İNKİŞAFIDIR Kİ, QEYRİ-NEFT SEKTORUNUN GÜCLƏNMƏSİNƏ VƏ MÜASİR SƏNAYE İSTİQAMƏTLƏRİNİN YARANMASINA XİDMƏT EDİR

Tarix : 24-09-2026, 11:17 Kateqoriya :---

AZƏRBAYCANDA DAĞ-MƏDƏN VƏ METALLURGİYA SƏNAYESİNİN İNKİŞAFIDIR Kİ, QEYRİ-NEFT SEKTORUNUN GÜCLƏNMƏSİNƏ VƏ MÜASİR SƏNAYE İSTİQAMƏTLƏRİNİN YARANMASINA XİDMƏT EDİR



Müasir Azərbaycanın iqtisadi inkişaf strategiyasının əsasında dayanıqlılıq, diversifikasiya və milli resurslardan səmərəli istifadə prinsipləri dayanır. Ümummillî Lider, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş uğurlu iqtisadi siyasi kurs bu gün möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən yeni keyfiyyət müstəvisində, müasir dövrün çağırışlarına uyğun olaraq qətiyyətlə davam etdirilir. Ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar və qəbul edilən dövlət proqramları qeyri-neft sektorunun sürətli inkişafını təmin etməklə yanaşı, Azərbaycanın regional və qlobal miqyasda mövqeyini daha da möhkəmləndirir.
Möhtərəm cənab Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirədəki proqram xarakterli çıxışı ölkə iqtisadiyyatının gələcək inkişaf xəritəsini müəyyən edən mühüm tarixi addımdır. Cənab Prezident İlham Əliyev öz çıxışında vurğulamışdır ki, dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradılacaqdır. Bu sahə maliyyətutumlu olsa da, qeyri-neft sektorunun şaxələnməsi, yeni istehsal zəncirinin qurulması və ölkə iqtisadiyyatının gücləndirilməsi baxımından böyük perspektivə malikdir.
Son illərdə qəbul edilmiş dövlət proqramları qısa müddətli, konkret hədəflərə söykənən və tam maliyyə təminatı olan mühüm layihələrdir. 2027–2030-cu illəri əhatə edəcək yeni Dövlət Proqramı da cəmi 4 il ərzində tam icra olunaraq regionların sosial-iqtisadi mənzərəsini köklü şəkildə dəyişəcəkdir. Layihə çərçivəsində 5 minədək yeni daimi iş yerinin açılması, xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda, habelə Naxçıvan Muxtar Respublikasında geoloji kəşfiyyat və istismar işlərinin genişləndirilməsi nəzərdə tutulur. Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis və molibden yataqlarının işlənməsi, Balakən rayonundakı "Filizçay" polimetal yatağının və Qərb Sənaye Parkı çərçivəsində "Daşkəsən" filiz yatağının istismarı milli sərvətlərimizin ölkə rifahına yönəldilməsinin bariz nümunəsidir.
Möhtərəm cənab Prezident İlham Əliyev xüsusi olaraq qeyd etmişdir ki, bizim əsas sərvətimiz təkcə yerin altında olan zənginliklər deyil, məhz təbiətimizdir. Bu baxımdan, sənaye müəssisələrinin fəaliyyətində maksimum ekoloji ekspertizanın aparılması və yüksək ekoloji standartlara əməl olunması başlıca tələb kimi irəli sürülmüşdür.
Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyənləşdirdiyi inkişaf strategiyası və cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə icra edilən bu möhtəşəm proqramlar Azərbaycanın təkcə enerji sahəsində deyil, sənaye və metallurgiya sektorunda da əvəzolunmaz tərəfdaşa çevrilməsini şərtləndirir. Həyata keçirilən bu tədbirlər ölkəmizin iqtisadi müstəqilliyini daha da möhkəmləndirəcək və gələcək nəsillər üçün davamlı inkişaf bünövrəsi formalaşdıracaqdır.
Bakı şəhəri Sabunçu rayonu Rasim Quliyev adına 107 nömrəli tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Aynura Səfərova

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Xammaldan yüksək əlavə dəyərə: Azərbaycanın sənaye inkişafında yeni mərhələ

    Xammaldan yüksək əlavə dəyərə: Azərbaycanın ...

    24-09-2026, 10:56

  • Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə çıxışı ilə bağlı

    Prezident İlham Əliyevin “Azərbaycan ...

    24-09-2026, 11:02

  • Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib - YENİLƏNİB

    Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib ...

    19-03-2025, 09:00

  • Nəsimi Nəsibov: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Nəsimi Nəsibov: Azərbaycanın Humanitar ...

    27-08-2025, 23:56



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Xəbər arxivi

Oktyabr 2026 (139)
Sentyabr 2026 (139)
Avqust 2026 (107)
İyul 2026 (113)
İyun 2026 (128)
May 2026 (155)
Aprel 2026 (148)
Mart 2026 (97)
Fevral 2026 (204)
Yanvar 2026 (163)
Dekabr 2025 (150)
Noyabr 2025 (202)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook


    Tel: 055 693 93 98
    Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı