• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Dağ-Mədən və Metallurgiya Sənayesinin İnkişafı Ölkəmizin İqtisadi İmkanlarını Daha da Genişləndirəcək

  

Dağ-Mədən və Metallurgiya Sənayesinin İnkişafı Ölkəmizin İqtisadi İmkanlarını Daha da Genişləndirəcək

Tarix : 24-09-2026, 10:53 Kateqoriya :---


Dağ-Mədən və Metallurgiya Sənayesinin İnkişafı Ölkəmizin İqtisadi İmkanlarını Daha da Genişləndirəcək



Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər ölkəmizin gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Cənab Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə çıxışı zamanı səsləndirdiyi fikirlər də bu baxımdan diqqət çəkir.
Cənab Prezident İlham Əliyev çıxışında dağ-mədən və metallurgiya sənayesinin ölkə iqtisadiyyatı, xüsusilə də qeyri-neft sektorunun inkişafı üçün perspektivli sahə olduğunu qeyd edib. Yeni Dövlət Proqramının əsas məqsədlərindən biri təbii resurslardan səmərəli istifadə etməklə müasir sənaye istiqaməti yaratmaqdır. Proqramın 2027–2030-cu illərdə icrası nəzərdə tutulur və nəticədə beş mindən çox daimi iş yerinin yaradılması gözlənilir. Bu, həm iqtisadiyyatın güclənməsi, həm də məşğulluğun artırılması baxımından əhəmiyyətlidir.
Ölkəmizdə son illərdə qəbul edilən dövlət proqramları iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına yönəlib. Kənd təsərrüfatı, nəqliyyat və su təsərrüfatı üzrə həyata keçirilən layihələr regionların sosial-iqtisadi inkişafına, müasir infrastrukturun yaradılmasına və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir. Regionların inkişafı ilə bağlı bu işlərin davamlı olması da, xüsusi əhəmiyyət daşıyır.
Dağ-mədən sənayesinin inkişafında işğaldan azad edilmiş ərazilərin imkanları da böyükdür. Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis və molibden yataqlarının istismara hazırlanması nəzərdə tutulur. Mövcud yataqların müasir geoloji üsullarla yenidən araşdırılması ilə yanaşı, yeni kəşfiyyat işlərinin aparılması da, planlaşdırılır. Naxçıvan Muxtar Respublikasında da, geoloji kəşfiyyat işlərinin başlanması nəzərdə tutulur.
Bu sahədə məqsəd yalnız təbii sərvətlərin hasil edilməsi deyil, həm də onların emalına qədər tam istehsal zəncirinin yaradılmasıdır. Belə yanaşma ölkədə yeni müəssisələrin fəaliyyətə başlamasına, əlavə dəyərin yaradılmasına və ixrac imkanlarının genişlənməsinə şərait yarada bilər. Balakən rayonunda yerləşən “Filizçay” polimetal yatağının istismara hazırlanması və Qərb Sənaye Parkının yaradılması da, bu istiqamətdə həyata keçirilən mühüm layihələrdəndir.
Cənab Prezident İlham Əliyevin çıxışında diqqət çəkən məsələlərdən biri də ətraf mühitin qorunmasıdır. Dağ-mədən sənayesinin inkişafı ilə yanaşı, ekoloji normalara ciddi əməl olunmasının vacibliyi vurğulanır. Çünki təbii sərvətlərdən istifadə edərkən iqtisadi səmərə ilə yanaşı, ölkənin təbiətinin qorunması da, əsas şərtlərdən biridir.
Beləliklə, dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı qeyri-neft sektorunun gücləndirilməsi, yeni iş yerlərinin yaradılması və regionların inkişafı baxımından mühüm istiqamətdir. Qarşıdakı illərdə bu sahənin inkişafı Azərbaycanın sənaye potensialının genişlənməsinə və iqtisadiyyatın daha da, şaxələndirilməsinə imkan verə bilər.

142 nömrəli tam orta ümumtəhsil məktəbi
Məktəbin direktoru:
Hüseyin Ələkbərov

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə çıxışı ilə bağlı

    Prezident İlham Əliyevin “Azərbaycan ...

    24-09-2026, 11:02

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • Xammaldan yüksək əlavə dəyərə: Azərbaycanın sənaye inkişafında yeni mərhələ

    Xammaldan yüksək əlavə dəyərə: Azərbaycanın ...

    24-09-2026, 10:56



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Xəbər arxivi

Oktyabr 2026 (139)
Sentyabr 2026 (139)
Avqust 2026 (107)
İyul 2026 (113)
İyun 2026 (128)
May 2026 (155)
Aprel 2026 (148)
Mart 2026 (97)
Fevral 2026 (204)
Yanvar 2026 (163)
Dekabr 2025 (150)
Noyabr 2025 (202)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook


    Tel: 055 693 93 98
    Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı