• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Kamaləddin Qafarov: “Dövlət Bayrağının bu şəhərlərdə dalğalanması ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi”

  

Kamaləddin Qafarov: “Dövlət Bayrağının bu şəhərlərdə dalğalanması ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi”

Tarix : Dünən, 10:04 Kateqoriya :---

Kamaləddin Qafarov: “Dövlət Bayrağının bu şəhərlərdə dalğalanması ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi”

 “20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü Azərbaycanın müasir tarixində xüsusi məna daşıyan əlamətdar günlərdən biridir.” 

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
       
O, bildirib ki, üçüncü dəfə qeyd olunan bu gün xalqımızın uzun illər davam edən mübarizəsinin, tarixi ədalətə və milli məqsədlərə sarsılmaz inamının məntiqi nəticəsini ifadə edir. “Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncamla bu tarixin təsis olunması təsadüfi deyil. 20 Sentyabr Azərbaycanın dövlət suverenliyinin bütün ərazilərində tam təmin olunmasının, separatizmin kökündən aradan qaldırılmasının və yeni tarixi mərhələnin başlanmasının rəmzidir. Bu günə gedən yol heç də asan olmayıb. Təxminən otuz il ərzində Azərbaycan xalqı işğalla barışmadı, dövlətimiz isə ərazi bütövlüyünün bərpasını ən mühüm milli məqsəd kimi qarşıya qoydu. Minlərlə igid oğulun canı və qanı bahasına qazanılmış Zəfər xalqımızın iradəsinin, dövlətimizin gücünün və ordumuzun qəhrəmanlığının təntənəsidir. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində qanunsuz silahlı birləşmələrin tərk-silah olunması Azərbaycanın Qarabağda suverenliyini tam bərpa etməsi baxımından həlledici mərhələ oldu.”        
        
K.Qafarov qeyd edib ki, bu tarixi prosesin ən möhtəşəm anlarından biri 2023-cü il oktyabrın 15-də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması idi: “Dövlət Bayrağının bu şəhərlərdə dalğalanması yalnız hərbi və siyasi qələbənin nəticəsi deyildi. Bu, xalqımıza verilmiş sözün yerinə yetirilməsi, illərlə qorunan milli amalın reallaşması və Azərbaycanın ərazi bütövlüyünün bərpasının əyani təzahürü idi. Xankəndinin mərkəzində ucaldılan üçrəngli bayraq bütün Azərbaycan xalqı üçün xüsusi qürur mənbəyinə çevrildi. Prezident İlham Əliyevin də vurğuladığı kimi, dövlət başçısı kimi fəaliyyətə başladığı ilk gündən qarşıya qoyduğu əsas vəzifələrdən biri Azərbaycan Bayrağının işğal altında olan bütün torpaqlarda dalğalanmasına nail olmaq idi. Bu məqsədə doğru uzun illər ərzində ardıcıl, məqsədyönlü və düşünülmüş siyasət həyata keçirildi. Bu siyasətin nəticələri 2020-ci ildə əldə olunan tarixi Zəfərlə məhdudlaşmadı. 2023-cü ildə Azərbaycanın bütün ərazilərində konstitusion quruluşun təmin edilməsi ilə dövlət suverenliyi tam bərpa olundu. 8 noyabr 2023-cü ildə Xankəndidə keçirilən hərbi parad isə Azərbaycan dövlətinin əldə etdiyi möhtəşəm tarixi nəticələrin dünyaya nümayişi idi. Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə artıq yalnız azad edilmiş şəhərlər deyil. Onlar quruculuğun, qayıdışın və yeni həyatın ünvanlarına çevrilirlər. Yeni yollar, yaşayış məhəllələri, məktəblər, sosial obyektlər, istehsal müəssisələri yaradılır, sakinlərin doğma yurdlarına qayıdışı təmin olunur. Qarabağ Universitetinin Xankəndidə fəaliyyətə başlaması isə regionun gələcəyinin elmə, təhsilə və intellektual inkişafa bağlandığını göstərir. 20 sentyabr həm də Azərbaycanın gələcəyə inamla baxdığı gündür. Bu tarixi bayram bizə bir daha xatırladır ki, milli birlik, güclü dövlət, uzaqgörən siyasət və xalqın öz məqsədinə inamı qarşıya qoyulan ən böyük vəzifələrin belə həyata keçirilməsinə imkan yaradır. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə bu gün artıq Azərbaycanın tam suverenliyinin, tarixi Zəfərinin və böyük qayıdışının parlaq simvollarıdır”.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Sədaqət və mərhəmətin təcəssümü – Tibb bacısı Sevinc Hümbətova

    Sədaqət və mərhəmətin təcəssümü – Tibb bacısı ...

    12-05-2025, 12:26

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • Nazim Məmmədov: Milli qürurumuz, kimliyimiz olan üçrəngli Bayrağımız

    Nazim Məmmədov: Milli qürurumuz, kimliyimiz olan ...

    9-11-2025, 23:56

  • Nəsimi Nəsibov: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Nəsimi Nəsibov: Azərbaycanın Humanitar ...

    27-08-2025, 23:56



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Xəbər arxivi

Sentyabr 2026 (97)
Avqust 2026 (107)
İyul 2026 (113)
İyun 2026 (128)
May 2026 (155)
Aprel 2026 (148)
Mart 2026 (97)
Fevral 2026 (204)
Yanvar 2026 (163)
Dekabr 2025 (150)
Noyabr 2025 (202)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook


    Tel: 055 693 93 98
    Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı