• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Dövlət suverenliyi Azərbaycanın ən böyük strateji nailiyyətidir

  

Dövlət suverenliyi Azərbaycanın ən böyük strateji nailiyyətidir

Tarix : 17-09-2026, 17:53 Kateqoriya :---
Dövlət suverenliyi Azərbaycanın ən böyük strateji nailiyyətidir
 
Müstəqil dövlətin ən mühüm göstəricisi onun öz sərhədləri daxilində hakimiyyətini tam həyata keçirməsi, milli maraqlarını sərbəst şəkildə qoruması və beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu tərəf kimi çıxış etməsidir. Bu mənada suverenlik yalnız hüquqi anlayış deyil, dövlətin siyasi iradəsini, təhlükəsizliyini və gələcək inkişafını müəyyən edən fundamental dəyərdir. Azərbaycanın son illərdə keçdiyi yol sübut etdi ki, güclü dövlətçilik, milli birlik və qətiyyətli siyasi iradə suverenliyin tam təmin olunmasının əsas şərtləridir. Məhz buna görə də 20 Sentyabr – Dövlət Suverenliyi Günü müasir Azərbaycan tarixinin ən mühüm siyasi hadisələrindən biri kimi xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə təsis olunan Dövlət Suverenliyi Günü xalqımızın onilliklər boyu apardığı mübarizənin məntiqi nəticəsini əks etdirir. Sərəncamda vurğulandığı kimi, Azərbaycan xalqı tarix boyunca işğal, müharibə və ağır sınaqlarla üzləşsə də, dövlətçilik əzmini heç vaxt itirməmiş, müstəqilliyini və milli kimliyini qoruyub saxlamışdır. Bu gün qəhrəman şəhidlərimizin müqəddəs xatirəsi və rəşadətli Ordumuzun fədakarlığı sayəsində tam bərpa olunmuş ərazi bütövlüyü və dövlət suverenliyi xalqımızın ən böyük milli sərvətlərindən biri hesab edilir.
       
 Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasəti otuz ilə yaxın davam etdi. Bu müddətdə beynəlxalq hüququn norma və prinsipləri kobud şəkildə pozuldu, şəhər və kəndlər dağıdıldı, tarixi və dini abidələr məhv edildi, təbii sərvətlər talan olundu, yüz minlərlə soydaşımız öz doğma yurdlarından didərgin salındı. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələr Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxmasını tələb etsə də, uzun illər bu sənədlər icra edilmədi. Buna baxmayaraq, dünya birliyi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini və suveren hüquqlarını daim qəbul edirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü dövlət siyasəti, müasir ordu quruculuğu və milli həmrəylik 2020-ci ildə tarixi Zəfəri mümkün etdi. Qırx dörd günlük Vətən müharibəsində Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini məğlub edərək ərazilərimizin böyük hissəsini işğaldan azad etdi. Sonrakı mərhələdə Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması dövlət sərhədlərinə tam nəzarətin təmin olunması istiqamətində mühüm addım oldu və Azərbaycanın suveren hüquqlarının ardıcıl şəkildə bərpa edildiyini göstərdi.
        
Bu proses 2023-cü il sentyabrın 19-da həyata keçirilən lokal antiterror tədbirləri ilə uğurla başa çatdı. Əməliyyat nəticəsində qanunsuz silahlı birləşmələr tərk-silah edildi, separatçı rejim fəaliyyətini dayandırdı və Azərbaycan Respublikasının Konstitusiya quruluşu bütün ölkə ərazisində tam bərpa olundu. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bununla dövlət suverenliyi tam təmin edildi, beynəlxalq hüquq öz təntənəsini yaşadı və Azərbaycan bütün dünyaya güclü, qətiyyətli dövlət olduğunu bir daha nümayiş etdirdi.
        
Bu gün tam suverenlik Azərbaycanın davamlı inkişafının, iqtisadi yüksəlişinin və beynəlxalq nüfuzunun möhkəmlənməsinin əsas təminatıdır. Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri, Böyük Qayıdış proqramının uğurla icrası, yeni iqtisadi imkanların yaradılması və regionda formalaşan yeni reallıqlar dövlətimizin strateji gücünü daha da artırır. Dövlət Suverenliyi Günü isə Azərbaycan xalqının sarsılmaz iradəsini, milli həmrəyliyini və müstəqil dövlətçilik ənənələrinin əbədiliyini ifadə edən ən mühüm tarixi günlərdən biri kimi gələcək nəsillər üçün də böyük siyasi və mənəvi əhəmiyyət daşıyacaq.
 
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri.[b][/b]
Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Müsəlman dini qurumlarının təmsilçilərindən ibarət nümayəndə heyətinin qəbulu

    Müsəlman dini qurumlarının təmsilçilərindən ...

    17-09-2026, 11:09

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • Sədaqət və mərhəmətin təcəssümü – Tibb bacısı Sevinc Hümbətova

    Sədaqət və mərhəmətin təcəssümü – Tibb bacısı ...

    12-05-2025, 12:26

  • AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ƏLİYEVİN ERUDUSİYASI

    AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ...

    22-04-2025, 17:42



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Xəbər arxivi

Sentyabr 2026 (97)
Avqust 2026 (107)
İyul 2026 (113)
İyun 2026 (128)
May 2026 (155)
Aprel 2026 (148)
Mart 2026 (97)
Fevral 2026 (204)
Yanvar 2026 (163)
Dekabr 2025 (150)
Noyabr 2025 (202)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook


    Tel: 055 693 93 98
    Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı