• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Qarabağ – yeni reallıqlar məkanı

  

Qarabağ – yeni reallıqlar məkanı

Tarix : 16-09-2026, 13:48 Kateqoriya :---

Qarabağ – yeni reallıqlar məkanı

Cənubi Qafqazda yeni reallıqların formalaşdığı bir mərhələdə Azərbaycanın qarşısında dayanan əsas məsələlərdən biri əldə edilmiş sülh imkanlarının möhkəmləndirilməsidir. Prezident İlham Əliyevin dini liderlərlə görüşündə səsləndirdiyi fikirlər bu baxımdan yalnız dövlətlərarası münasibətlər kontekstində deyil, cəmiyyətlərin mənəvi məsuliyyəti baxımından da diqqət çəkir. Çünki davamlı sülh yalnız siyasi sənədlərlə deyil, qarşılıqlı etimad və barışıq mühitinin formalaşması ilə möhkəmlənir.
        
Bir vaxtlar işğalın ağır nəticələri ilə üzləşmiş Qarabağ və Şərqi Zəngəzurda indi həyatın bərpası prosesi gedir. Şəhərlər və kəndlər yenidən qurulur, müasir infrastruktur yaradılır, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir. Prezident İlham Əliyevin müəyyən etdiyi Böyük Qayıdış strategiyası Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsini dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirib.Bu mənzərə keçmişlə bu gün arasındakı fərqi xüsusilə aydın göstərir. Təxminən 30 il ərzində Azərbaycan torpaqlarının işğalı davam etdi və beynəlxalq ictimaiyyət bu reallığın aradan qaldırılması üçün təsirli mexanizmlər yarada bilmədi. BMT Təhlükəsizlik Şurasının qətnamələri qəbul olunsa da, onların icrası təmin edilmədi. Nəticədə yüz minlərlə insan doğma yurdlarından didərgin düşdü, yaşayış məntəqələri dağıdıldı, tarixi və dini irsə ciddi ziyan vuruldu. Azərbaycan 2020-ci ildə ərazi bütövlüyünü bərpa etdikdən sonra regionda tamamilə yeni reallıq yarandı.
        
Bu gün həmin reallığın mahiyyəti dağıntıların deyil, bərpanın, qarşıdurmanın deyil, sülhün təşviqidir. Azərbaycan öz təcrübəsi ilə göstərir ki, müharibədən sonra əsas məqsəd yalnız dağıntıların aradan qaldırılması deyil, dayanıqlı sülh üçün yeni münasibətlər sistemi qurmaqdır. Məhz buna görə Prezident İlham Əliyevin Azərbaycan-Ermənistan arasında sülhün əldə olunması istiqamətində göstərdiyi səylərin beynəlxalq səviyyədə qiymətləndirilməsi xüsusi məna daşıyır. 2026-cı il üzrə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın Prezident İlham Əliyevə verilməsi də bu baxımdan diqqətçəkən hadisədir. Mükafat Azərbaycan ilə Ermənistan arasında sülhün əldə edilməsi istiqamətində göstərilən səylərə görə təqdim olunub. Mükafatın 500 min ABŞ dolları məbləğində maliyyə hissəsinin Qarabağ Dirçəliş Fonduna köçürülməsi barədə qərar isə onun mənəvi məzmununu Azərbaycanın Qarabağda həyata keçirdiyi quruculuq işi ilə birləşdirir.
        
Əlbəttə ki, Azərbaycanın son illərdə qazandığı beynəlxalq nüfuz yalnız iqtisadi imkanların və diplomatik fəallığın nəticəsi deyil. Bu baxımdan 2027-ci ildə Azərbaycanda İslam Zirvə Konfransının 16-cı sessiyasının keçirilməsi barədə qəbul olunmuş qərar xüsusi əhəmiyyət daşıyır. Azərbaycan həmin dövrdə İslam Əməkdaşlıq Təşkilatında sədrliyi də öz üzərinə götürəcək. Bu, ölkəmizə göstərilən etimadın göstəricisidir. Bakının belə mötəbər tədbirə ev sahibliyi etməsi təsadüfi deyil. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətdə qarşılıqlı hörmət, sülh və əməkdaşlıq ideyalarının ön plana çəkilməsi ölkəmizin beynəlxalq platformalardakı mövqeyini gücləndirib. Qarşıdakı Zirvə görüşü İslam ölkələri arasında əlaqələrin inkişafına yeni imkanlar yarada bilər.
        
Beləliklə, Bakının gələn il İslam Zirvə Konfransına ev sahibliyi etməsi, Qarabağ və Şərqi Zəngəzurda həyatın yenidən canlanması və Prezident İlham Əliyevin sülh səylərinin “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə qiymətləndirməsi eyni məntiqdə birləşir. Bu məntiq Azərbaycanın müharibədən sülhə, işğaldan quruculuğa, qarşıdurmadan əməkdaşlığa keçid təcrübəsini beynəlxalq gündəmə çıxarır.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Nəsimi Nəsibov: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Nəsimi Nəsibov: Azərbaycanın Humanitar ...

    27-08-2025, 23:56

  • Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin ...

    29-08-2025, 10:02

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib - YENİLƏNİB

    Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib ...

    19-03-2025, 09:00



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Xəbər arxivi

Sentyabr 2026 (97)
Avqust 2026 (107)
İyul 2026 (113)
İyun 2026 (128)
May 2026 (155)
Aprel 2026 (148)
Mart 2026 (97)
Fevral 2026 (204)
Yanvar 2026 (163)
Dekabr 2025 (150)
Noyabr 2025 (202)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook


    Tel: 055 693 93 98
    Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı