• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Diplomatların Qarabağ səfəri Azərbaycanın haqq davası üçün əlavə imkanlar yaradır

  

Diplomatların Qarabağ səfəri Azərbaycanın haqq davası üçün əlavə imkanlar yaradır

Tarix : 16-09-2026, 12:28 Kateqoriya :---

Diplomatların Qarabağ səfəri Azərbaycanın haqq davası üçün əlavə imkanlar yaradır


Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura mütəmadi səfərləri beynəlxalq birliyin ölkəmizin ərazi bütövlüyünü və suverenliyini birmənalı olaraq tanımasının növbəti əyani sübutudur. Lakin bu səfərlərin Ermənistan cəmiyyətində və siyasi dairələrində doğurduğu isterik reaksiya təəssüf doğurmaqla yanaşı, rəsmi İrəvanın əsl niyyətini bir daha üzə çıxarır. Xarici diplomatların Azərbaycanın suveren ərazisindəki hərəkətini linç etməyə cəhd göstərmək rəsmi İrəvanın ölkəmizin daxili işlərinə kobud müdaxiləsidir.
Təhlillər göstərir ki, anti-Azərbaycan kampaniyası təkcə radikal müxalifətin işi deyil. Bu prosesin arxasında birbaşa Ermənistan hakimiyyətinin özü dayanır. Yayılan nifrət nitqi və təhrif olunmuş yazılar məhz hakim partiyaya yaxın media resurslarında işıqlandırılır. Parlamentin sədr müavini Ruben Rubinyanın yolverilməz açıqlamaları, eləcə də 14 sentyabr tarixində parlamentdə 2022-ci ilin sentyabr təxribatlarında həlak olmuş Ermənistan hərbçilərinin sükutla yad edilməsi daxili auditoriyada revanşizm əhval-ruhiyyəsini alovlandırmağa xidmət edir. 2023-cü ilin sentyabr əməliyyatlarından sonra sülhə məcbur edilən Paşinyan hakimiyyəti də bu cür dirijorluq edilən aksiyalarla sülh prosesini qəsdən ləngitməyə çalışır.
Diplomatların Gəncəsər və Xudavəng monastırlarına səfərindən sonra Ermənistan mediasında “tarixin saxtalaşdırılması”, “albanlaşdırma”, “mədəni soyqırım” kimi ifadələrin önə çıxarılması isə absurddur. Bütün dünya Azərbaycanı multikural ölkə, bütün dinlərin və xalqların nümayəndələrinin dinc şəraitdə yaşadığı məkan kimi tanıyır və qəbul edir. Azərbaycan bölgədəki dini və tarixi abidələri onların mənşəyindən asılı olmayaraq qorumağa davam edir.
Ermənistan isə bu reallığı həzm edə bilmir. Elə bu ölkənin sülh prosesinə münasibəti də məhz bu qərəz kontekstində qiymətləndirilməlidir.
Ermənistan tərəfinin mədəni irs mövzusundakı yanaşması isə tamamilə rasist və destruktiv xarakter daşıyır. Belə ki Gəncəsər və Xudavəng kimi albaniya mənşəli abidələri mənimsəməyə çalışan İrəvan, bu torpaqlarda Qafqaz Albaniyasının mövcudluğunu inkar etməklə elmi həqiqətə və irqçiliyə dözümsüzlük nümayiş etdirir. Unudurlar ki, Azərbaycan ərazisindəki bütün tarixi abidələr dövlətimizə məxsusdur və mühafizə olunur. Ermənistan cəmiyyəti və rəhbərliyi anlamalıdır ki, daxili auditoriyaya hesablanmış revanşist ritorika və tarixi saxtalaşdırmaq cəhdləri regionda dayanıqlı sülhün bərqərar olunmasına mane ola bilməz. Azərbaycan öz suveren ərazilərində istənilən quruculuq və diplomatik tədbiri həyata keçirmək hüququna malikdir.
Dilbər Rəhimova-4 saylı Uşaq Musiqi məktəbinin direktoru

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir

    Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə ...

    16-09-2026, 12:34

  • Erməni revanşist qüvvələrin Qarabağ və Şərqi Zəngəzura səfərinə reaksiyası qəbuledilməzdir

    Erməni revanşist qüvvələrin Qarabağ və Şərqi ...

    16-09-2026, 12:44

  • Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə erməni revanşist qüvvələrin reaksiyası barədə

    Azərbaycanda akkreditə olunmuş diplomatik ...

    16-09-2026, 12:46



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Xəbər arxivi

Sentyabr 2026 (97)
Avqust 2026 (107)
İyul 2026 (113)
İyun 2026 (128)
May 2026 (155)
Aprel 2026 (148)
Mart 2026 (97)
Fevral 2026 (204)
Yanvar 2026 (163)
Dekabr 2025 (150)
Noyabr 2025 (202)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook


    Tel: 055 693 93 98
    Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı