• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Azərbaycan-Özbəkistan münasibətləri yeni mərhələdə

  

Azərbaycan-Özbəkistan münasibətləri yeni mərhələdə

Tarix : Bu gün, 11:49 Kateqoriya :---
Azərbaycan-Özbəkistan münasibətləri yeni mərhələdə
 
Müasir müstəqil Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatmaq üçün gələcəyə hesablanmış uğurlu daxili və xarici siyasət həyata keçirir. Vətən müharibəsində tarixi qələbə qazanaraq yeni geostrateji reallıqlar yaradan Azərbaycan yeni mərhələdə həm Zəfəri siyasi-diplomatik müstəvidə möhkəmləndirmək, həm də qarşıda duran milli-strateji hədəfləri reallaşdırmaq üçün mühüm addımlar atır. Bunlardan biri də dost və tərəfdaş ölkələrlə əməkdaşlığın dərinləşdirilməsi, müxtəlif sahələri əhatə edən münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldilməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət Azərbaycanın müxtəlif dövlətlər, eləcə də, Mərkəzi Asiya ölkələri ilə ikitərəfli əlaqələrin sürətli inkişafına təkan verir. Bu baxımdan Özbəkistanla əlaqələr mühüm əhəmiyyət kəsb edir. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Azərbaycanla Özbəkistanın dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq, qardaşlıq münasibətləri daha da inkişaf etdirilib və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatıb. 1996-cı ildə Azərbaycanın Özbəkistanda, 1998-ci ildə isə Özbəkistanın Bakıda səfirliklərinin fəaliyyətə başlaması ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsinə əlavə töhfə oldu. Azərbaycan ilə Özbəkistan arasında dostluq və qardaşlıq münasibətləri müasir dövrdə sürətlə inkişaf edir.
Hazırda Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də həlledici rol oynayır. Təsadüfi deyil ki, hər iki prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər. Azərbaycan–Özbəkistan münasibətlərinin xüsusi əhəmiyyəti var. İki ölkənin bir-birinin ərazi bütövlüyünü, suverenliyini və milli maraqlarını dəstəkləməsi münasibətlərə siyasi etimad gətirir. Bu etimad isə iqtisadi və humanitar əməkdaşlığın daha sürətli inkişafı üçün möhkəm zəmin yaradır. Əslində, Azərbaycan və Özbəkistanın münasibətləri türk dünyasında yeni əməkdaşlıq modelinin formalaşdığını göstərir. Tarixi və mədəni yaxınlıq artıq konkret siyasi, iqtisadi və geostrateji layihələrə çevrilir. Bu isə Türk dünyasının beynəlxalq münasibətlər sistemində daha təşkilatlanmış, daha təsirli və daha vahid aktora çevrilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, eyni zamanda Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlıq münasibətlərinin mühüm istiqamətlərindən biri də parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsidir. Bu məqsədlə iki ölkənin qanunverici orqanları arasında ardıcıl olaraq Birinci və İkinci Parlamentlərarası Forumlar uğurla keçirilmişdir.
Dilbər Rəhmanova-4 saylı Uşaq Musiqi məktəbinin direktoru
Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Nəsimi Nəsibov: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Nəsimi Nəsibov: Azərbaycanın Humanitar ...

    27-08-2025, 23:56

  • Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin ...

    29-08-2025, 10:02

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Xəbər arxivi

Avqust 2026 (66)
İyul 2026 (113)
İyun 2026 (128)
May 2026 (155)
Aprel 2026 (148)
Mart 2026 (97)
Fevral 2026 (204)
Yanvar 2026 (163)
Dekabr 2025 (150)
Noyabr 2025 (202)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook

    Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
    Tel: 050 577 95 98
    Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı