• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Naxçıvan tarix boyu ölkəmizin inkişafına və gücünə mühüm töhfələr verib

  

Naxçıvan tarix boyu ölkəmizin inkişafına və gücünə mühüm töhfələr verib

Tarix : 14-08-2026, 10:03 Kateqoriya :---

Naxçıvan tarix boyu ölkəmizin inkişafına və gücünə mühüm töhfələr verib

Naxçıvan torpağı Azərbaycanın çoxalmanlı dövlətçilik salnaməsində, milli-mənəvi intibahında və müasir müstəqil dövlət quruculuğu prosesində müstəsna, həlledici və strateji yer tutan müqəddəs bir guşədir. Bu qədim diyar əsrlər boyu özünün zəngin mədəniyyəti, yenilməz müqavimət ruhu, sarsılmaz dövlətçilik ənənələri və coğrafi mövqeyi ilə seçilməklə yanaşı, eyni zamanda Azərbaycan xalqının taleyini köklü şəkildə dəyişən, xalqın mövcudluq mübarizəsinə yön verən dahi şəxsiyyətlər yetişdirmişdir. Bu tarixi şəxsiyyətlər arasında xalqımızın xilaskarlıq missiyasını öz üzərinə götürən, modern Azərbaycan dövlətinin banisi və memarı, Ulu Öndər Heydər Əliyevin adı tariximizə və milli şüurumuza qızıl hərflərlə həkk olunmuşdur. Prezident İlham Əliyevin Naxçıvana növbəti səfəri və bu səfər çərçivəsində Azərbaycan Televiziyasına verdiyi geniş, hərtərəfli və məzmunlu müsahibə də məhz bu tarixi həqiqətin, eləcə də Naxçıvanın dünəni, bu günü və gələcəyinə dair strateji hədəflərin dərindən təhlili baxımından böyük ictimai-siyasi və dövlətçilik əhəmiyyəti kəsb edir. Dövlət başçısının müsahibəsində xüsusi vurğulandığı kimi, Naxçıvanın Azərbaycanın yakın və müasir tarixində oynadığı rol sadəcə bir regionun, muxtar respublikanın çərçivəsi ilə məhdudlaşmır. XX əsrin 90-cı illərinin əvvəllərində — Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsinin real xarakter aldığı, ölkənin dərin siyasi, iqtisadi, hərbi böhran və hərc-mənclik içində çabaladığı bir dövrdə — Naxçıvan milli müqavimətin, dövlətçilik təfəkkürünün və xilaskar ideyaların mərkəzinə çevrildi. Məhz Ulu Öndər Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti, onun cəsarətli, prinsipial və uzaqgörən qərarları sayəsində muxtar respublika düşmən təcavüzünə və ağır blokada şəraitinə mərdliklə sinə gərdi, məhv olmaq və işğal olunmaq təhlükəsindən tam qurtuldu.
Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda qəbul edilən tarixi qərarlar müasir müstəqil Azərbaycan dövlətinin bərpasının və ideoloji təməllərinin idarəetmə bazasını formalaşdırdı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının ilk dəfə məhz Naxçıvan Ali Məclisinin iclasında dövlət rəmzi kimi qəbul edilməsi, Sovet İttifaqının saxlanılmasına dair referenduma qarşı qətiyyətli mövqenin nümayiş etdirilməsi və yeni siyasi sistemin əsasını qoyan Yeni Azərbaycan Partiyasının məhz bu torpaqda təsis olunması dahi rəhbərin xalqın və dövlətin gələcəyinə yönəlmiş analoqsuz siyasətinin bariz sübutudur. Naxçıvan bu mənada müasir Azərbaycanın dövlətçilik xəritəsində sadəcə bir coğrafi məkan deyil, milli intibahın, siyasi iradənin və müstəqillik ideyalarının yenidən alovlandığı başlanğıc nöqtəsidir.
Bütün bu məsələlərə kompleks yanaşdıqda Naxçıvanın strateji əhəmiyyətini bir neçə ana istiqamət üzrə qiymətləndirmək mümkündür. İlk növbədə, siyasi və geosiyasi baxımdan Naxçıvan Azərbaycanın mühüm coğrafiyada yerləşən strateji ərazisidir. Onun Türkiyə və İranla sərhəddə yerləşməsi muxtar respublikaya ölkəmizin regional siyasətində xüsusi çəki qazandırır. İkinci mühüm istiqamət geoiqtisadi və nəqliyyat-kommunikasiya layihələridir. Şərqdən Qərbə uzanan Orta Dəhlizin imkanlarının genişləndirilməsi və fəaliyyətə başlayacaq Zəngəzur dəhlizi Naxçıvanın strateji dəyərini daha da artıracaq. Naxçıvan qədim sivilizasiyaların qovuşduğu, Azərbaycanın zəngin tarixi və mədəni irsinin mühüm hissəsini özündə yaşadan bir məkandır. Bütün bu aspektlər Naxçıvanı ölkəmizin ən güclü, ən önəmli və xüsusi çəkisi olan bölgələrindən birinə çevirir.
Əfləddin Həsənov-Sabunçu bələdiyyəsinin sədri
Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ƏLİYEVİN ERUDUSİYASI

    AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ...

    22-04-2025, 17:42

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • Nəsimi Nəsibov: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Nəsimi Nəsibov: Azərbaycanın Humanitar ...

    27-08-2025, 23:56



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Xəbər arxivi

Avqust 2026 (54)
İyul 2026 (113)
İyun 2026 (128)
May 2026 (155)
Aprel 2026 (148)
Mart 2026 (97)
Fevral 2026 (204)
Yanvar 2026 (163)
Dekabr 2025 (150)
Noyabr 2025 (202)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook

    Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
    Tel: 050 577 95 98
    Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı