• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Naxçıvan Azərbaycanın dilbər güşələrindən biridir

  

Naxçıvan Azərbaycanın dilbər güşələrindən biridir

Tarix : 14-08-2026, 09:59 Kateqoriya :---

Naxçıvan Azərbaycanın dilbər güşələrindən biridir

Naxçıvana hər səfər Azərbaycanın dövlətçilik tarixində xüsusi əhəmiyyət daşıyan bu qədim diyarın gələcəyinə dair yeni baxışların ifadəsi ilə yadda qalır. Prezident İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvana səfəri də regionun sosial-iqtisadi inkişafı, nəqliyyat imkanlarının genişləndirilməsi və qarşıda duran strateji hədəflər baxımından mühüm mesajlarla zəngin oldu. Dövlət başçısının Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər Naxçıvanın ölkənin ümumi inkişaf strategiyasında artan rolunu və qarşıdakı mərhələdə bu diyar üçün yeni imkanların formalaşdığını bir daha göstərdi.
Prezidentin diqqət çəkdiyi əsas məsələlərdən biri Naxçıvanın Azərbaycan iqtisadiyyatına daha sıx inteqrasiyası və onun malik olduğu böyük potensialdan səmərəli istifadə edilməsidir. Naxçıvanın coğrafi mövqeyi, enerji imkanları, nəqliyyat-logistika potensialı və tarixi əhəmiyyəti bu bölgəni Azərbaycanın gələcək inkişaf strategiyasında xüsusi mövqeyə çıxarır. Müsahibədə Naxçıvan, Qarabağ və Şərqi Zəngəzurun vahid inkişaf konsepsiyası əsasında inkişaf etdirilməsinin vacibliyi də diqqətə çatdırılıb. Bu yanaşma ölkənin müxtəlif bölgələri arasında iqtisadi və nəqliyyat əlaqələrinin daha da möhkəmləndirilməsi, yeni iqtisadi imkanların yaradılması və regionların inkişafının bir-birini tamamlaması baxımından mühüm əhəmiyyət daşıyır.
Naxçıvanın enerji potensialının artırılması da gələcək inkişafın əsas istiqamətlərindən biridir. Prezidentin sözlərindən aydın olur ki, qarşıdakı dövrdə Naxçıvan yalnız enerji tələbatını ödəyən region deyil, həm də enerji ixrac edən əraziyə çevrilə bilər. Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi ilə bağlı layihənin hazırlanması isə regionda yeni əməkdaşlıq və inteqrasiya imkanlarının formalaşdığını göstərir.
Nəqliyyat məsələsi də xüsusi əhəmiyyət daşıyır. Zəngəzur dəhlizinin yaradılması ilə Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə daha əlverişli bağlantısının təmin olunması bölgənin iqtisadi və strateji əhəmiyyətini əhəmiyyətli dərəcədə artıracaq. Bu layihə yalnız nəqliyyat imkanlarının genişlənməsi deyil, həm də Naxçıvanın beynəlxalq tranzit marşrutlarında daha fəal iştirak etməsi deməkdir. Prezidentin müsahibəsində Horadiz–Ağbənd avtomobil yolunun tikintisinin demək olar ki, başa çatdığı da qeyd olunub.
Səfər çərçivəsində Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planla tanışlıq da gələcəyə hesablanmış böyük məqsədlərin göstəricisidir. Şəhərin müasir şəhərsalma prinsipləri əsasında inkişaf etdirilməsi, yeni yaşayış massivlərinin salınması, sosial infrastrukturun genişləndirilməsi və insanların rahatlığının təmin edilməsi qarşıdakı illərdə əsas prioritetlərdən olacaq. Eyni zamanda sosial evlər kompleksinin təməlinin qoyulması dövlət siyasətinin mərkəzində insan amilinin dayandığını bir daha nümayiş etdirir.
Naxçıvanın inkişafı yalnız yeni yolların, binaların və infrastruktur layihələrinin yaradılması ilə məhdudlaşmır. Bu qədim diyarın zəngin tarixi-mədəni irsinin qorunması da mühüm istiqamətdir. Möminə xatun türbəsində aparılan bərpa işləri və memar Əcəmi Naxçıvaninin abidəsinin açılması dövlətin tarixi irsə münasibətinin parlaq nümunəsidir. Müasirliklə tarixin vəhdəti Naxçıvanın gələcək simasının formalaşmasında mühüm rol oynayacaq.
Zülfüqar Cəfərov – YAP Sabunçu rayon təşkilatının sədr müavini
Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • Nəsimi Nəsibov: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Nəsimi Nəsibov: Azərbaycanın Humanitar ...

    27-08-2025, 23:56

  • Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin ...

    29-08-2025, 10:02

  • Naxçıvanın yeni yüksəliş mərhələsi: təhlükəsizlikdən strateji inkişafadək

    Naxçıvanın yeni yüksəliş mərhələsi: ...

    14-08-2026, 09:58



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Xəbər arxivi

Avqust 2026 (54)
İyul 2026 (113)
İyun 2026 (128)
May 2026 (155)
Aprel 2026 (148)
Mart 2026 (97)
Fevral 2026 (204)
Yanvar 2026 (163)
Dekabr 2025 (150)
Noyabr 2025 (202)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook

    Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
    Tel: 050 577 95 98
    Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı