• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Kamaləddin Qafarov: “Azərbaycanla Qırğızıstan arasında əməkdaşlıq artan tendensiya ilə inkişaf edir”

  

Kamaləddin Qafarov: “Azərbaycanla Qırğızıstan arasında əməkdaşlıq artan tendensiya ilə inkişaf edir”

Tarix : 3-08-2026, 12:25 Kateqoriya :---

Kamaləddin Qafarov: “Azərbaycanla Qırğızıstan arasında əməkdaşlıq artan tendensiya ilə inkişaf edir”

“Beynəlxalq münasibətlər sistemində vaxtaşırı şahidi olduğumuz bəzi hadisələr iki dövlət arasında mövcud əlaqələrin sadəcə davamı deyil, onların keyfiyyətcə yeni mərhələyə yüksəldiyini nümayiş etdirir.”

Bu fikri  Milli Məclisin deputatı Kamaləddin Qafarov mətbuata  açıqlamasında deyib.
         
O, göstərib ki,  Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri də məhz belə hadisələrdəndir. “ Çolpon-Atada keçirilən yüksək səviyyəli görüşlər, qəbul edilən qərarlar və imzalanan sənədlər göstərdi ki, Bakı ilə Bişkek artıq strateji tərəfdaşlıq çərçivəsini daha da genişləndirərək münasibətlərini müttəfiqlik müstəvisində inkişaf etdirmək barədə qəti siyasi iradə ortaya qoyublar. Səfərin əsas nəticəsi kimi qiymətləndirilən “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkənin əməkdaşlığını tamamilə yeni məzmunla zənginləşdirir. Müttəfiqlik anlayışı dövlətlər arasında ən yüksək siyasi etimad səviyyəsini ifadə edir. Bu status tərəflərin yalnız mövcud münasibətləri qorumaq niyyətini deyil, gələcək inkişaf istiqamətlərini də ortaq baxış əsasında müəyyənləşdirmək əzmini nümayiş etdirir. Beləliklə, Azərbaycan ilə Qırğızıstan arasında əlaqələr artıq ayrı-ayrı layihələrdən ibarət əməkdaşlıq formatından çıxaraq uzunmüddətli strateji tərəfdaşlığın daha möhkəm hüquqi bazasına söykənir.”   
         
 Çolpon-Atada keçirilən Dövlətlərarası Şuranın üçüncü iclasının xüsusi əhəmiyyət daşıdığını vurğulayan millət vəkili bildirib ki, hər iki ölkə rəhbərinin çıxışlarında diqqəti cəlb edən əsas məqam qarşılıqlı etimadın ən yüksək səviyyədə qiymətləndirilməsi idi: “Dövlət başçıları öz çıxışlarında birmənalı olaraq vurğuladılar ki, Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlığın inkişafına mane ola biləcək heç bir problem yoxdur. Bu, müasir beynəlxalq münasibətlərdə nadir rast gəlinən siyasi mühitdir və gələcək layihələrin daha sürətlə reallaşdırılması üçün mühüm üstünlük yaradır. Prezident İlham Əliyevin çıxışında qardaş Qırğızıstanın sosial-iqtisadi inkişafına verilən yüksək qiymət, Qarabağın bərpasına göstərilən dəstəyə görə minnətdarlığın ifadə olunması və humanitar əlaqələrin xüsusi qeyd edilməsi münasibətlərin yalnız siyasi dialoqla məhdudlaşmadığını göstərdi. Ağdamda fəaliyyət göstərən Manas adına məktəb, mədəniyyət günləri, birgə investisiya təşəbbüsləri və Qırğız-Azərbaycan Fondunun genişlənməsi xalqlar arasında dostluğun real layihələr vasitəsilə möhkəmləndiyini təsdiqləyir. Ən mühüm məqamlardan biri isə odur ki, bu münasibətlər ortaq tarixə və mədəniyyətə söykənsə də, yalnız emosional yaxınlıq üzərində qurulmur. Tərəflər iqtisadiyyat, nəqliyyat, enerji, investisiya, turizm və təhlükəsizlik kimi strateji sahələrdə konkret əməkdaşlıq mexanizmləri formalaşdırırlar. Məhz bu amil Azərbaycan-Qırğızıstan tərəfdaşlığını uzunmüddətli və davamlı edən əsas faktorlardan biridir. Səfər çərçivəsində keçirilən qarşılıqlı təltifolunma mərasimi də münasibətlərin yüksək səviyyəsinin rəmzi ifadəsi kimi diqqət çəkdi. Prezident İlham Əliyevin Qırğızıstanın birinci dərəcəli “Manas” ordeni, Prezident Sadır Japarovun isə Azərbaycanın ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edilməsi dövlətlər arasında formalaşmış dərin etimadın və qarşılıqlı hörmətin bariz nümunəsidir. Bu addım həm də Azərbaycan-Qırğızıstan müttəfiqliyinin siyasi və mənəvi əsaslarının nə qədər möhkəm olduğunu nümayiş etdirdi. Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri bir daha göstərdi ki, Azərbaycanın həyata keçirdiyi müstəqil və etibarlı xarici siyasət yeni tərəfdaşlıqların yaranmasına deyil, mövcud dostluqların müttəfiqlik səviyyəsinə yüksəlməsinə xidmət edir. Bu səfər yalnız iki qardaş ölkənin münasibətlərində yeni səhifə açmadı, həm də Türk dünyasında həmrəyliyin və qarşılıqlı etimadın daha da möhkəmlənməsinə mühüm siyasi töhfə verdi”.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla çıxış ediblər - YENİLƏNİB

    İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla ...

    7-05-2025, 21:08

  • Nəsimi Nəsibov: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Nəsimi Nəsibov: Azərbaycanın Humanitar ...

    27-08-2025, 23:56

  • Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin ...

    29-08-2025, 10:02

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Xəbər arxivi

Avqust 2026 (54)
İyul 2026 (113)
İyun 2026 (128)
May 2026 (155)
Aprel 2026 (148)
Mart 2026 (97)
Fevral 2026 (204)
Yanvar 2026 (163)
Dekabr 2025 (150)
Noyabr 2025 (202)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook

    Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
    Tel: 050 577 95 98
    Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı