• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Azərbaycan Türk dövlətləri ilə əməkdaşlığa böyük əhəmiyyət verir

  

Azərbaycan Türk dövlətləri ilə əməkdaşlığa böyük əhəmiyyət verir

Tarix : 2-08-2026, 23:57 Kateqoriya :---

Azərbaycan Türk dövlətləri ilə əməkdaşlığa böyük əhəmiyyət verir

Türk dövlətləri ilə münasibətlərin genişləndirilməsi və möhkəmləndirilməsi Azərbaycanın xarici siyasət kursunun prioritet istiqamətlərindən biridir. Türkdilli ölkələrin xalqlarının etnik və mədəni kökləri, dil və ortaq keçmiş amili bugünkü münasibətlər üçün kifayət qədər möhkəm təməl rolunu oynayır. Xüsusilə son illər ərzində cənab Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə etdiyi çoxsaylı səfərlər, eləcə də həmin ölkələrin rəhbərlərinin Azərbaycana səfərləri ölkələrimiz arasında əlaqələrin səmimi dostluq münasibətləri əsasında inkişaf etdiyinin ən bariz göstəricisidir. Azərbaycanın Türk dövlətləri ilə iqtisadi münasibətlərində nəqliyyat və logistika sahəsi aparıcı yerlərdən birini tutur. Bu gün Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstandan Türkiyə və Avropa bazarları istiqamətində yüklərin ən etibarlı və sərfəli daşınma marşrutları məhz Azərbaycandan keçir. Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Buna paralel olaraq son illər ölkələrimiz arasında iqtisadi əlaqələrin şaxələndirilməsi istiqamətində də mühüm addımlar atılır. Artıq sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələr həyata keçirilir. Mehmanxana işi və turizm sahəsində önəmli sərmayə layihələri ilk icra mərhələsindədir. Bütün bunlar əlaqələrin daha da dərinləşməsinə və möhkələnməsinə xidmət edir.
Türk dövlətləri ilə münasibətlərin inkişaf etdirilməsi hər zaman Azərbaycanın xarici siyasi prioritetləri sırasında önəmli yer tutub. Xüsusilə də, Türk dünyasının Azərbaycanın haqq mübarizəsində qətiyyətli mövqe nümayiş etdirərək ərazi bütövlüyümüzün bərpa olunması istiqamətində atılan addımları dəstəkləməsini qeyd etmək lazımdır. Bu, 44 günlük Vətən müharibəsi nəticəsində əldə etdiyimiz tarixi zəfərimizin müstəsna təsiri ilə daha aktiv xarakter alaraq strateji tərəfdaşlığa çevrilməkdədir.
Eyni zamanda, ikitərəfli və çoxtərəfli əməkdaşlığın əsasının qoyulmasına mütləq təsir edən ortaq etnik, tarixi və mədəni köklər bu gün də əlaqələrin möhkəmlənməsində başlıca təsiredici faktor olaraq dəyərləndirilməlidir.
Son zamanlarda kifayət qədər intensiv xarakter alan qarşılıqlı səfərlər çərçivəsində keçirilən görüşlər və imzalanan sənədlər qarşılıqlı etimadın möhkəmləndirildiyini, habelə əməkdaşlıq imkanlarının dəyərləndirilməsi üçün ortaq yol xəritəsinin müəyyənləşdirildiyini aydın şəkildə ifadə edir. Türk Dövlətləri Təşkilatının təşkilati strukturunun möhkəmləndirilməsilə ümumi maraqların müdafiəsi naminə ortaq Türk platformasının formalaşdırılması da atılmış mühüm addımdır.
Bu addımın atılmasının əsas təşəbbüskarları sırasında da Azərbaycanın müstəsna rolu var. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, Türk platformasının gücləndirilməsi üçün davamlı addımların atılmasının və əməkdaşlığın inkişaf etdirilməsinin başlıca xarici siyasi hədəflərimiz sırasında olduğunu əminliklə ifadə edə bilərik.
Gülşən Cabbarova-1 saylı Uşaq Somatik sanatoriyasının baş həkimi
Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla çıxış ediblər - YENİLƏNİB

    İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla ...

    7-05-2025, 21:08

  • Nəsimi Nəsibov: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Nəsimi Nəsibov: Azərbaycanın Humanitar ...

    27-08-2025, 23:56

  • Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin ...

    29-08-2025, 10:02



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Xəbər arxivi

Avqust 2026 (54)
İyul 2026 (113)
İyun 2026 (128)
May 2026 (155)
Aprel 2026 (148)
Mart 2026 (97)
Fevral 2026 (204)
Yanvar 2026 (163)
Dekabr 2025 (150)
Noyabr 2025 (202)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook

    Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
    Tel: 050 577 95 98
    Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı