• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Dil hər bir millətin mənliyinin əsasıdır

  

Dil hər bir millətin mənliyinin əsasıdır

Tarix : 29-07-2026, 11:30 Kateqoriya :---


Dil hər bir millətin mənliyinin əsasıdır

Azərbaycan dili böyük inkişaf yolu keçmiş, qədim və zəngin ədəbi dillərdəndir. Dövlət dilimiz olan Azərbaycan dili son bir əsrlik dövr ərzində məqsədyönlü islahatlar nəticəsində lüğət tərkibini zənginləşdirib və dünya dilləri içərisində özünəməxsus yer tutub. 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətini yarananda Azərbaycan dili rəsmi dövlət dili elan edildi. AXC süquta uğrayandan sonra təbii ki, Azərbaycan dili dövlət dili statusunu itirdi. Sovet dönəmində 15 müttəfiq Respublikaların ana dilinin dövlət dili olması barədə Konstitusiyada maddə olmasına baxmayaraq rus dili rəsmi dövlət dili kimi işlədilirdi. Ulu Öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi seçildikdən sonra Azərbaycan dilinin inkişafına xüsusi diqqət ayırdı. Azərbaycan dilinin təkmilləşdirilməsinə, ədəbi dilin saflaşdırılması, dilçiliyə aid kitabların yazılması, azərbaycan dilində kütləvi nəşirlərin artırılmasına dair göstərişlər verildi. Ümmilli lider təziyiqlərə baxmayaraq 1978-ci ildə qəbul olunan Azərbaycan SSR-nin yeni konstitusiyasında ilk dəfə olaraq Azərbaycan dilinə dövlət dili statusu verildi. Həmin dövrlərdə belə bir addımın atılmasına Sovet rəhbərliyində qısqanclıqla yanaşılsa da, Ulu öndərin siyasi iradəsi öz bəhrəsini verdi.
Heydər Əliyev yenidən Azərbaycana siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan dilinin qorunması, onun rəsmi və əbədi dil kimi inkişafına dairardıcıl fərman və sərəncamlar imzaladı. Ulu Öndər 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” imzaladığı fərmanda dilimizin zaman-zaman əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər geniş təhlil edilib, həmin problemlərin həlli yolları göstərilib. Dahi lider Heydər Əliyevin “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Ana dilinə hər zaman həssaslıqla yanaşan, dilimizin dərin bilicisi olan Ümummilli Lider deyirdi: “Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Bizim çox gözəl, zəngin dilimiz var”.
Azərbaycan dili Azərbaycan Respublikasında, Cənubi Azərbaycanda, eləcə də bir çox ölkələrdə yaşayan azərbaycanlıların ana dilidir. Dilimiz tarixən türk dili, türki, türkcə adı ilə tanınmış, indi isə Azərbaycan dili kimi rəsmiləşdirilmişdir.Hazırda dünyanın müxtəlif yerlərində yaşayan 35 milyondan çox azərbaycanlı bu dildə danışır. Azərbaycan dili müstəqil respublikamızın dilidir. Əminliklə demək olar ki, bu gün Azərbaycan dili müstəqil bir dövlətin dilidir. Ana dilimizin inkişafı və zənginləşdirilməsi dövlət başçımızın diqqət mərkəzində saxladığı mühüm məsələlərdəndir.
Süsən Qulamova-187 nömrəli orta məktəbin müəllimi

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ƏLİYEVİN ERUDUSİYASI

    AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ...

    22-04-2025, 17:42

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • Nazim Məmmədov: Milli qürurumuz, kimliyimiz olan üçrəngli Bayrağımız

    Nazim Məmmədov: Milli qürurumuz, kimliyimiz olan ...

    9-11-2025, 23:56



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Xəbər arxivi

Avqust 2026 (66)
İyul 2026 (113)
İyun 2026 (128)
May 2026 (155)
Aprel 2026 (148)
Mart 2026 (97)
Fevral 2026 (204)
Yanvar 2026 (163)
Dekabr 2025 (150)
Noyabr 2025 (202)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook

    Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
    Tel: 050 577 95 98
    Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı