• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Azərbaycan rəqabət məkanı deyil, əməkdaşlıq məkanıdır

  

Azərbaycan rəqabət məkanı deyil, əməkdaşlıq məkanıdır

Tarix : 16-07-2026, 11:41 Kateqoriya :---

Azərbaycan rəqabət məkanı deyil, əməkdaşlıq məkanıdır

Prezident İlham Əliyevin Şuşada keçirilən IV Qlobal Media Forumunun açılış mərasimində səsləndirdiyi fikirləri həqiqəti əks etdirir. Həm Azərbaycanın son 30 ildə keçdiyi ağır mərhələnin qısa xarakteristikasını verir, həm bu müddət ərzində hansı xalqlarla qonşuluq etdiyimizin acı həqiqətlərini ortaya qoyur, həm düşmənimizin xislətini açır, həm də Azərbaycanda çox çətinliklə əldə olunmuş və möhkəm əsaslara malik olan sabitliyin mənzərəsini nümayiş etdirir, həm dövlətimizin keçmişdəki hadisələrdən hər zaman lazımi nəticə çıxarmaq qabiliyyətində olduğunu göstərir, həm də bundan sonrakı vəzifələri müəyyənləşdirir. Azərbaycan çox böyük çətinliklə bu mərhələni aşaraq müharibə yolu ilə ərazi bütövlüyünü təmin edə bildi. Bu gün ölkəmizdə mövcud olan sabitlik aparılan dövlət siyasətinin cəmiyyət tərəfindən anlayışla qarşılanmasına söykənir. Eyni zamanda, Azərbaycan Ermənistan hakimiyyətində hələ də revanşist qüvvələrin olduğunu istisna etmir. Azərbaycan Prezidentinin də dediyi kimi, proseslər Ermənistan hakimiyyətində revanşist qüvvələrin uzun müddət siyasətdə qalacağını düşünməyə əsas verir. Bu nöqteyi-nəzərdən Şuşa forumunda Prezident tərəfindən səsləndirilən bu fikirlər həm Azərbaycanın bugünkü vəziyyətini göstərmək baxımından maraqlıdır, həm də ölkənin öz müdafiə qabiliyyətini daim möhkəmləndirməyə ciddi bir fəaliyyət istiqaməti kimi baxdığını nümayiş etdirir.
Beynəlxalq əhəmiyyətli bu kimi tədbirlər Azərbaycanın bütün sahələrdə malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Təbii ki, əməkdaşlıq əlaqələrinin inkişafında iqtisadi amil əsasdır. Dövlət başçısı İlham Əliyev sözügedən Qlobal Media Forumunda xarici sərmayələrin təşviqi baxımından hansı əlavə tədbirlərin görüləcəyindən, iqtisadiyyatımızda ən perspektivli sahələrdən, Azərbaycanın etibarlı tərəfdaşlarının hansı ölkələr və şirkətlər ola biləcəyindən danışdı. Regional əməkdaşlıq və inkişaf üçün prioritet layihələr də diqqətdə oldu. Xarici sərmayələri şərtləndirən amillər bir daha təhlil edildi.
Azərbaycan dövlət olaraq mürəkkəb bir bölgədə olduğunun fərqindədir. Ermənistan və digər bu kimi qonşulardan böyük təhlükənin gələcəyini yaxşı bilir. Ona görə də doğru olaraq belə bir strateji xətt seçilib ki, bütün bu təhlükələrin qarşısında dayanmağın yeganə bir yolu var. Bu da ölkənin ordusunu gücləndirmək, hazırlıq qabiliyyətini yüksək səviyyədə saxlamaq və hərbi-texniki təchizatını daim yaxşılaşdırmaqdan ibarətdir. Prezidentin bu çıxışı Azərbaycanın gələcəyə doğru yönəlmiş fəaliyyətinin aydın istiqamətləri barədə rəy yaradır və göstərir ki, biz dövlətimizin gələcək təhlükəsizliyi və müdafiəsini hansı istiqamətdə təmin olunacağını çox yaxşı bilirik.
Nəcibə Hüseynova-Sabunçu rayon Mərkəzləşmiş Kitabxana sisteminin direktoru

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • Nəsimi Nəsibov: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Nəsimi Nəsibov: Azərbaycanın Humanitar ...

    27-08-2025, 23:56

  • AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ƏLİYEVİN ERUDUSİYASI

    AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ...

    22-04-2025, 17:42



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Xəbər arxivi

Sentyabr 2026 (23)
Avqust 2026 (107)
İyul 2026 (113)
İyun 2026 (128)
May 2026 (155)
Aprel 2026 (148)
Mart 2026 (97)
Fevral 2026 (204)
Yanvar 2026 (163)
Dekabr 2025 (150)
Noyabr 2025 (202)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook


    Tel: 055 693 93 98
    Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı