• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Azərbaycan-Türkmənistan münasibətləri regional sabitlik və davamlı inkişaf üçün nümunəvi modeldir

  

Azərbaycan-Türkmənistan münasibətləri regional sabitlik və davamlı inkişaf üçün nümunəvi modeldir

Tarix : Dünən, 12:17 Kateqoriya :---

Azərbaycan-Türkmənistan münasibətləri regional sabitlik və davamlı inkişaf üçün nümunəvi modeldir

Azərbaycan-Türkmənistan münasibətləri qədim tarixə, ortaq köklərə və birgə mədəni-mənəvi dəyərlərə əsaslanan möhkəm təməllər üzərində qurulub. Bu gün də ikitərəfli münasibətlər məhz tarixi dəyərləri rəhbər tutaraq qarşılıqlı etimad, dostluq və strateji tərəfdaşlıq istiqamətində daha da dərinləşir və regionun sabitliyinə, rifahına ciddi töhfələr verir. Azərbaycan Prezidentinin Türkmənistanla münasibətlərin inkişafına xüsusi əhəmiyyət verməsi, dövlət başçıları arasında formalaşmış qarşılıqlı hörmət və siyasi harmoniyanın nəticəsidir ki, bu gün iki qardaş ölkə arasında çoxşaxəli əməkdaşlıq daha da genişlənir.
Xüsusilə enerji sahəsindəki əməkdaşlıq – 2021-ci ildə “Dostluq” yatağının birgə işlənməsi ilə bağlı əldə edilən razılaşma – təkcə iqtisadi deyil, siyasi baxımdan da qarşılıqlı etimadın mühüm göstəricisidir. Nəqliyyat və logistika sahəsində, o cümlədən Bakı-Türkmənbaşı marşrutu üzrə konteyner daşımalarının kəskin artması bu əlaqələrin konkret nəticələr verdiyini sübut edir. Azərbaycan şaxələndirililmiş nəqliyyat kommunikasiyası sayəsində Türkmənistanın təbii ehtiyatlarının, xüsusilə təbii qazın Avropa bazarlarına çıxarılmasında mühüm rol oynaya bilər. Artıq bu istiqamətdə qarşılıqlı müsbət fikir birliyinin şahidi oluruq. Türkmənistan və Azərbaycan geniş faydalı qazıntılara və enerji ehtiyatlarına malik iki ölkədir. Bununla əlaqədar hər iki ölkə səylərini birləşdirmək üzrə əməkdaşlıq etmək niyyətindədirlər.
Türk Dövlətləri Təşkilatının fəal üzvü olan Azərbaycan Türkmənistanın bu platforma çərçivəsində rəsmi üzv kimi təmsil olunmasında maraqlıdır. Çünki vahid türk ailəsi müasir qlobal çağırışlara adekvat reaksiya vermək kontekstində olduqca əhəmiyyətlidir. Eyni zamanda, bu əməkdaşlıq təkcə siyasi deyil, həm də mədəni, humanitar və sosial sahələrdə özünü göstərir.
Azərbaycanla Türkmənistan arasında strateji maraqların üst-üstə düşməsi bu münasibətlərin gələcəyinin parlaq olduğuna zəmanət verir. Regional və qlobal çağırışlar fonunda bu iki ölkənin bir-birinə dəstək verməsi və yeni əməkdaşlıq istiqamətlərinin formalaşması qaçılmazdır.
Azərbaycanla Türkmənistan arasındakı münasibətlər regional sabitlik və davamlı inkişaf üçün nümunəvi modeldir. Əminik ki, bu strateji tərəfdaşlıq gələcəkdə daha da möhkəmlənəcək, ortaq tariximizin və dəyərlərimizin işığında daha böyük uğurlara imza atacaq.
Gülşən Cabbarova-1 saylı Uşaq Somatik sanatoriyasının baş həkimi

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla çıxış ediblər - YENİLƏNİB

    İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla ...

    7-05-2025, 21:08

  • AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ƏLİYEVİN ERUDUSİYASI

    AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ...

    22-04-2025, 17:42



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Xəbər arxivi

İyun 2026 (118)
May 2026 (157)
Aprel 2026 (148)
Mart 2026 (98)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (151)
Noyabr 2025 (202)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.