• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » 2021-ci il 15 iyun tarixində Şuşa şəhərində, həm Türkiyə, həm də Azərbaycan üçün çox önəmli strateji əhəmiyyət daşıyan Şuşa Bəyannaməsinin imzalanması tarixi- böyük addımdır

  

2021-ci il 15 iyun tarixində Şuşa şəhərində, həm Türkiyə, həm də Azərbaycan üçün çox önəmli strateji əhəmiyyət daşıyan Şuşa Bəyannaməsinin imzalanması tarixi- böyük addımdır

Tarix : 10-06-2026, 15:22 Kateqoriya :---

2021-ci il 15 iyun tarixində Şuşa şəhərində, həm Türkiyə, həm də Azərbaycan üçün çox önəmli strateji əhəmiyyət daşıyan Şuşa Bəyannaməsinin imzalanması tarixi- böyük addımdır

1990-cı illərə baxdığımızda Türkiyə ilə qardaşlıq əlaqələrinin Ulu Öndər Heydər Əliyevin sayəsində daha da inkişaf etdirildiyini görürük. Onun məşhur “Bir millət, iki dövlət” şüarı eynilə Atatürkdə olduğu kimi dəyərini sadəcə emosional ağırlıqdan almayan bir şüardır. Həmçinin 1991-ci il 9 noyabr tarixində Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk dövlət də elə Türkiyə Cümhuriyyəti olmuşdur. Bu da onu göstərir ki, həm Ulu Öndər Heydər Əliyevin, həm də Mustafa Kamal Atatürkün sitatı boşuna deyilməmişdir.
Bunun ən böyük sübutu isə 2021-ci il 15 iyun tarixində Şuşa şəhərində, həm Türkiyə, həm də Azərbaycan üçün çox önəmli strateji əhəmiyyət daşıyan Şuşa Bəyannaməsinin imzalanmasıdır.
Bu bəyannaməni iki dövlət arasında imzalanan digər sənədlərdən daha da fərqləndirən məsələ bəyannamənin sadəcə iqtisadi və ya strateji əməkdaşlıq olmaması idi. Şuşa Bəyannaməsinin sayəsində hər iki ölkə iqtisadi və siyasi əlaqələrini daha da inkişaf etdirmişdir, ancaq bundan daha da vacibi bu bəyannamə sayəsində hər iki ölkə regionda öz üstünlüyünü elan etmiş və həmçinin Qafqazda intiqam almaq xəyalları ilə yaşayan bəzi revanşist qüvvələrə də sərt bir cavab vermişdir. Tarixi reallıqdan uzaq olan bu qüvvələrin mənfur planları Şuşa Bəyannaməsi sayəsində tarixin tozlu səhifələrinə belə düşə bilməmişdir. Çünki bunun üçün sadəcə bir xəyal deyil, əldə tutula biləcək real əsaslar lazımdır və xəyalların tarixdə yeri olmadığı kimi, unudulmuş səhifələrdə də yeri yoxdur.
Təbii ki, Şuşa Bəyannaməsinin təsir dairəsi bununla məhdudlaşmır. Bu sənəd yalnız Türkiyə və Azərbaycan arasında mürəkkəb və çoxşaxəli faydalar yaradan bir razılaşma deyil, eyni zamanda Türk dünyasında birlik və həmrəylik ideyasını gücləndirən mühüm siyasi akt kimi də dəyərləndirilə bilər.
Bu mesaja ən gözəl nümunə isə Bəyannamə imzalanan zaman ciddi müzakirə edilən Zəngəzur dəhlizi məsələsi idi. Çünki Zəngəzur dəhlizinin açılması birbaşa olaraq Türk dövlətləri arasında həm iqtisadi, həm də siyasi əlaqələrin güclənməsi demək idi. Həm Bəyannamə, həm də Bəyannamədə adı çəkilən Zəngəzur dəhlizi Türkiyə və Azərbaycanın iqtisadi qüdrətini artırmış, eyni zamanda hər iki ölkənin siyasi, hərbi və iqtisadi gücünü vahid bir hala gətirmişdir. Həmçinin TANAP və TAP kimi layihələr daha effektiv hala gətirilmişdir. Elə bu cəhətlərə görə Şuşa Bəyannaməsi çox güclü bir doktrinadır.
Ancaq bütün bu əlaqələrin inkişafında çox mühüm bir rol oynayan, hətta Şuşa Bəyannaməsinin imzalanmasına hər iki dövlət üçün bir miras statusu daşıyan, 1 əsrdən çox yaşı olan Qars müqaviləsini unutmaq olmaz. Elə buna görə də Bəyannamə imzalanarkən cənab Prezident İlham Əliyev 13 oktyabr 1921-ci ildə imzalanmış Qars müqaviləsinə istinad etmişdir. Qars müqaviləsi də eynilə Şuşa Bəyannaməsi kimi sadəcə bir müqavilə deyil, eyni zamanda hər iki dövlətin gələcəkdə quracaqları bu güclü və mürəkkəb əlaqələr üçün zəmin yaratmışdır. Həmçinin qeyd etdiyimiz kimi, Şuşa Bəyannaməsinin imzalanmasına da təsir edən çox böyük tarixi bir miras olmuşdur. Qars müqaviləsi zamanı qəbul edilən sərhədlər sayəsində həm Türkiyə, həm də Azərbaycan öz sərhədlərinin toxunulmazlığını bəyan etdi. Bu müqavilələrdə qəbul edilən sərhədlər və yeni Bəyannamənin də Şuşada imzalanması sayəsində “Böyük Ermənistan” və “Miatsum” mifini bir dəfəlik məhv və dəfn etdi.
Nəticə etibarilə, məqalənin adından da göründüyü kimi, Türkiyə və Azərbaycan arasındakı münasibətlər artıq klassik “qardaşlıq” çərçivəsini aşaraq bunun daha da ötəsinə keçid etmişdir. Bu iki dövlətin “Bir millət, iki dövlət” şüarı ilə ifadə olunan ideoloji-fəlsəfi əsası sadəcə qardaşlıq anlayışı ilə məhdudlaşdırıldıqda zamanla onun semantik tutumu daralır; əksinə, münasibətlərin genişlənməsi bu anlayışın mahiyyətini daha da zənginləşdirir və dərinləşdirir.
Yaşasın Azərbaycan və Türkiyə qardaşlığı!
305 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi
Rayihə Eyyubova

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ƏLİYEVİN ERUDUSİYASI

    AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ...

    22-04-2025, 17:42

  • Səttar Möhbalıyev: "Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu müasir müstəqil Azərbaycan dövlətinin istənilən bir sahəsinin formalaşmasında və inkişfında müstəsna xidmətləri olub"

    Səttar Möhbalıyev: "Ümummilli Lider Heydər ...

    10-06-2025, 12:02



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Xəbər arxivi

İyun 2026 (77)
May 2026 (157)
Aprel 2026 (148)
Mart 2026 (98)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (151)
Noyabr 2025 (202)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.