Fakt Sübut » Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin ortaq tarixə, mədəniyyətə və milli-mənəvi dəyərlərə əsaslanan əməkdaşlığının gələcəkdə daha da genişlənəcəyini göstərdi

2021-ci il 15 iyun tarixində Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” dünyaya bir neçə mühüm mesaj verdi. Bəyannamə göstərdi ki, iki ölkə arasındakı münasibətlər təkcə dostluq və qardaşlıq səviyyəsində deyil, artıq rəsmi müttəfiqlik mərhələsinə yüksəlib. Bu sənəd siyasi, hərbi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın daha da gücləndiriləcəyini bəyan etdi. Sənəddə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət prinsipləri vurğulanır. Bu, Cənubi Qafqazda yeni geosiyasi reallıqların qəbul edilməsinin vacibliyini göstərən bir mesaj idi. Bəyannamənin məhz Şuşada imzalanması Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu və Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bütün dünyaya nümayiş etdir.Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin ortaq tarixə, mədəniyyətə və milli-mənəvi dəyərlərə əsaslanan əməkdaşlığının gələcəkdə daha da genişlənəcəyini göstərdi. Şuşa Bəyannaməsinin Qarabağ məsələsində revanşist mövqedə olan qüvvələrə mesaj idi ki, regionda müharibə yolu ilə əvvəlki vəziyyətə qayıtmaq cəhdləri nəticəsiz olacaq və Azərbaycanın təhlükəsizliyi təkcə öz hərbi gücü ilə deyil, həm də Türkiyə ilə müttəfiqlik mexanizmləri ilə dəstəklənir. Bəyannamədə tərəflərdən birinin müstəqilliyinə, suverenliyinə və ya ərazi bütövlüyünə qarşı təhdid yaranarsa, birgə məsləhətləşmələr və uyğun tədbirlərin görülməsi nəzərdə tutulur. Beləliklə Qarabağın statusu məsələsinin artıq bağlandığı və Azərbaycanın ərazi bütövlüyünün müzakirə predmeti olmadığı mesajı verildi. Şuşada imzalanması da bu siyasi simvolizmi gücləndirirdi.Şuşa Bəyannaməsinin dünyaya verdiyi əsas mesaj Azərbaycan və Türkiyənin sarsılmaz qardaşlığı, strateji müttəfiqliyi və regionda sülh, təhlükəsizlik və əməkdaşlığın təmin olunmasına birgə töhfə vermək əzmidir.
Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta ümumtəhsil məktəbinin
coğrafiya müəllimi Şəlalə Səmədova
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.
19-06-2025, 12:06
26-04-2025, 14:36
27-08-2025, 23:56
29-08-2025, 10:02
31-07-2025, 14:58