• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Şuşa Bəyannaməsi xalqlarımızın ortaq tarixinə, milli-mənəvi dəyərlərinə və böyük liderlərin ideyalarına əsaslanır

  

Şuşa Bəyannaməsi xalqlarımızın ortaq tarixinə, milli-mənəvi dəyərlərinə və böyük liderlərin ideyalarına əsaslanır

Tarix : 10-06-2026, 15:11 Kateqoriya :---

Şuşa Bəyannaməsi xalqlarımızın ortaq tarixinə, milli-mənəvi dəyərlərinə və böyük liderlərin ideyalarına əsaslanır

2021-ci il iyunun 15-də Azərbaycan Respublikasının Prezidenti cənəb İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Şuşa şəhərində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanmışdır. Tarixi əhəmiyyətə malik olan bu sənəd Azərbaycan–Türkiyə münasibətlərinin yeni mərhələyə yüksəlməsini təmin etmiş, iki qardaş dövlət arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət etmişdir.
Şuşa Bəyannaməsi xalqlarımızın ortaq tarixinə, milli-mənəvi dəyərlərinə və böyük liderlərin ideyalarına əsaslanır. Bəyannamədə Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamlarının əks olunması Azərbaycan və Türkiyə arasındakı qardaşlığın sarsılmaz təməl üzərində qurulduğunu bir daha nümayiş etdirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, azad edilmiş Şuşada bu sənədin imzalanması əcdadların vəsiyyətinə sadiqliyin və gələcək nəsillərə göstərilən yolun ifadəsidir.
Şuşa Bəyannaməsi regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasına yönəlmiş mühüm strateji sənəddir. Bu sənəd Azərbaycan və Türkiyənin beynəlxalq münasibətlər sistemində bir-birinə dəstəyini daha da gücləndirir, onların siyasi, hərbi və diplomatik əməkdaşlığını yeni səviyyəyə qaldırır. Bəyannamə həm də dünyaya Azərbaycanın və Türkiyənin ortaq maraqlar naminə birlik nümayiş etdirdiyi barədə mühüm mesaj verir.
Sənədin mühüm istiqamətlərindən biri iqtisadi əməkdaşlığın genişləndirilməsidir. Azərbaycan və Türkiyə arasında enerji, nəqliyyat, logistika, ticarət və investisiya sahələrində həyata keçirilən layihələr hər iki ölkənin iqtisadi qüdrətinin artmasına mühüm töhfə verir. Strateji müttəfiqlik münasibətləri yeni iqtisadi imkanlar yaradır, regionun inkişafını sürətləndirir və dövlətlərin beynəlxalq iqtisadi mövqelərini daha da möhkəmləndirir. Xüsusilə Qarabağın bərpası və yenidən qurulması prosesində Türkiyə şirkətlərinin iştirakı bu əməkdaşlığın uğurlu nəticələrini nümayiş etdirir.
Şuşa Bəyannaməsində tarixi Qars müqaviləsinə istinad olunması xüsusi əhəmiyyət daşıyır. Prezident cənab İlham Əliyevin vurğuladığı kimi, yüz il əvvəl imzalanmış Qars müqaviləsi ilə azad Şuşada imzalanan Müttəfiqlik Bəyannaməsi arasında böyük tarixi bağlılıq mövcuddur. Bu fakt Azərbaycan və Türkiyə arasındakı münasibətlərin təsadüfi deyil, möhkəm tarixi köklərə söykəndiyini göstərir və gələcək əməkdaşlığın istiqamətlərini müəyyənləşdirir.
Bəyannamə eyni zamanda regionda revanşist niyyətlər bəsləyən qüvvələrə mühüm mesajdır. Sənəd göstərir ki, Azərbaycan və Türkiyə bölgədə sülhün, təhlükəsizliyin və beynəlxalq hüququn təmin olunması istiqamətində qətiyyətli mövqeyə malikdirlər. Bu birlik regionda sabitliyin qorunmasına və yeni münaqişələrin qarşısının alınmasına xidmət edir.
Bu gün Azərbaycan və Türkiyə arasında münasibətlər qarşılıqlı etimada, dostluğa və qardaşlığa əsaslanır. Siyasi, iqtisadi, hərbi, mədəni və humanitar sahələrdə əməkdaşlığın davamlı inkişafı iki dövlət arasında əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradır. Şuşa Bəyannaməsi bu münasibətlərin hüquqi əsaslarını gücləndirərək Azərbaycan–Türkiyə birliyinin gələcək inkişafı üçün etibarlı zəmin formalaşdırmışdır. Buna görə də Şuşa Bəyannaməsi təkcə iki dövlət üçün deyil, bütövlükdə regionun gələcəyi baxımından mühüm tarixi və strateji əhəmiyyətə malik sənəd kimi qiymətləndirilir.


Ibtidai sinif müəllimi və metodist
Xavər Vəliyev adına 75 nömrəli tam orta məktəb Orucova Könül

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ƏLİYEVİN ERUDUSİYASI

    AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ...

    22-04-2025, 17:42

  • Nəsimi Nəsibov: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Nəsimi Nəsibov: Azərbaycanın Humanitar ...

    27-08-2025, 23:56



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Xəbər arxivi

İyun 2026 (77)
May 2026 (157)
Aprel 2026 (148)
Mart 2026 (98)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (151)
Noyabr 2025 (202)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.