• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Kamaləddin Qafarov: “Regional enerji əməkdaşlığının yeni mərhələsi formalaşır”

  

Kamaləddin Qafarov: “Regional enerji əməkdaşlığının yeni mərhələsi formalaşır”

Tarix : 2-06-2026, 09:46 Kateqoriya :---

Kamaləddin Qafarov: “Regional enerji əməkdaşlığının yeni mərhələsi formalaşır”

 “Azərbaycanın müstəqillik tarixində enerji sektoru təkcə iqtisadi inkişafın deyil, həm də dövlət quruculuğunun, beynəlxalq tərəfdaşlıqların və geosiyasi mövqelərin möhkəmlənməsinin əsas sütunlarından biri olub”. 

Bu sözləri  Milli Məclisin deputatı Kamaləddin Qafarov mətbuata verdiyi açıqlamasında deyib.
        
O, bildirib ki,  iyunun 1-də Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərin açılış mərasimində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər də məhz bu reallığın növbəti təsdiqi kimi diqqəti cəlb edir. “Dövlət başçısının vurğuladığı kimi, vaxtilə Xəzər Neft və Qaz Sərgisi kimi fəaliyyətə başlayan platforma sonradan genişlənərək Bakı Enerji Həftəsinə çevrilib. Bu fakt təkcə tədbirin miqyasının böyüməsini deyil, həm də Azərbaycanın enerji sektorunda keçdiyi inkişaf yolunu əks etdirir. Əslində, ötən onilliklər ərzində ölkənin enerji strategiyasının formalaşması və beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi tanınması məhz bu platformalarda atılan addımlarla sıx bağlıdır”        
           
Fikirlərini davam edən millət vəkili Prezident İlham Əliyevin çıxışında ölkənin makroiqtisadi göstəriciləri ilə bağlı yer alan məqamları xüsusi qeyd edib: “Son illərdə qlobal iqtisadiyyatda baş verən mürəkkəb proseslərə baxmayaraq, Azərbaycanın maliyyə sabitliyini qoruyub saxlaması, beynəlxalq reytinq agentliklərinin qiymətləndirmələrində mövqeyini yaxşılaşdırması və investisiya səviyyəli reytinq əldə etməsi iqtisadi siyasətin səmərəliliyini nümayiş etdirir. Dövlət başçısının qeyd etdiyi kimi, yoxsulluğun 5 faiz səviyyəsinə endirilməsi, işsizliyin minimum göstəricilər ətrafında saxlanılması və xarici borcun əhəmiyyətli dərəcədə azaldılması iqtisadi dayanıqlığın əsas indikatorları hesab olunur. Bu nəticələr təsadüfi deyil. Onların arxasında enerji gəlirlərinin düzgün idarə olunması, Dövlət Neft Fondu vasitəsilə həyata keçirilən uzunmüddətli strategiya və qeyri-neft sektorunun inkişafına yönəlmiş siyasət dayanır. Müasir mərhələdə Azərbaycanın enerji siyasətinin yeni istiqaməti yaşıl enerji və elektrik enerjisi ixracı ilə bağlıdır. Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi Qara dəniz enerji kabeli layihəsi bu baxımdan strateji əhəmiyyət daşıyır. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında həyata keçirilən bu təşəbbüs Xəzər regionunda istehsal ediləcək yaşıl enerjinin Avropa bazarına çıxarılmasını təmin edəcək. Bununla yanaşı, Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan elektrik kabeli layihəsi də regional enerji əməkdaşlığının yeni mərhələsini formalaşdırır. Bu layihələr təkcə enerji ixracının şaxələndirilməsi deyil, həm də Avropanın enerji təhlükəsizliyinə verilən töhfənin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir”.

Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Azərbaycan yalnız karbohidrogen ixracatçısı kimi deyil, eyni zamanda alternativ və bərpa olunan enerji sahəsində regional mərkəz kimi mövqelənmək niyyətindədir

    Azərbaycan yalnız karbohidrogen ixracatçısı kimi ...

    5-03-2026, 11:35

  • Azərbaycan öz resurslarını yalnız iqtisadi gəlir mənbəyi kimi deyil, həm də tərəfdaş ölkələr üçün strateji təminat vasitəsi kimi görür

    Azərbaycan öz resurslarını yalnız iqtisadi gəlir ...

    5-03-2026, 11:40

  • Səttar Möhbalıyev: “Bakı Enerji Həftəsi Azərbaycanın qlobal enerji sahəsində uğurlarının təntənəsidir”

    Səttar Möhbalıyev: “Bakı Enerji Həftəsi ...

    5-06-2025, 10:40



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Xəbər arxivi

İyun 2026 (77)
May 2026 (157)
Aprel 2026 (148)
Mart 2026 (98)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (151)
Noyabr 2025 (202)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.