• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Kənd təsərrüfatının inkişafı ölkəmiz üçün mühüm amildir

  

Kənd təsərrüfatının inkişafı ölkəmiz üçün mühüm amildir

Tarix : 26-05-2026, 12:52 Kateqoriya :---

Kənd təsərrüfatının inkişafı ölkəmiz üçün mühüm amildir

Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə kənd təsərrüfatının inkişafında dövlət dəstəyi mexanizmlərinin, xüsusilə subsidiyaların mühüm rol oynadığını xüsusi vurğulanıb. Azərbaycan fermerlərə göstərilən dəstəyin həcmi və müxtəlifliyi baxımından dünyada seçilən ölkələrdən biridir. Bu gün aqrar sektorda tətbiq olunan subsidiya siyasəti kənd təsərrüfatı istehsalçılarının fəaliyyətinin stimullaşdırılmasına, onların xərclərinin azaldılmasına və məhsuldarlığın artırılmasına xidmət edir. Bununla yanaşı, hazırda fermerlərə yanacaq və motor yağlarına görə güzəştlər verilir, mineral gübrələrin alınması dövlət tərəfindən subsidiyalaşdırılır, kənd təsərrüfatı texnikasının əldə olunmasına dəstək göstərilir. Bu güzəştlər fermerlərin istehsal xərclərini azaltmaqla yanaşı, onların daha çox məhsul istehsal etməsinə və fəaliyyətlərini genişləndirməsinə imkan yaradır. Prezidentin də qeyd etdiyi kimi, bu cür geniş dəstək mexanizmləri bir çox ölkələrdə mövcud deyil və Azərbaycan bu baxımdan qabaqcıl təcrübəyə malik dövlətlər sırasındadır. Bununla yanaşı, fermerlər yalnız maliyyə dəstəyi ilə deyil, həm də metodiki və texniki tövsiyələrlə təmin olunurlar. Müasir aqrotexniki qaydaların tətbiqi, məhsuldar toxum və tinglərdən istifadə, suvarma texnologiyalarının düzgün qurulması kimi məsələlər üzrə verilən məsləhətlər kənd təsərrüfatında səmərəliliyin artırılmasına mühüm töhfə verir. Aqrar xidmətlərin genişləndirilməsi fermerlərin yeni bilik və bacarıqlara yiyələnməsinə şərait yaradır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən iri su təsərrüfatı layihələri bu sahədə yeni imkanlar yaradıb. Taxtakörpü, Şəmkirçay və digər su anbarlarının tikintisi, suvarma infrastrukturunun genişləndirilməsi nəticəsində minlərlə hektar torpaq əkin dövriyyəsinə cəlb olunub və fermerlərin imkanları əhəmiyyətli dərəcədə artıb. Xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda su anbarlarının və kanalların bərpası gələcəyə hesablanmış dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu layihələr yalnız həmin bölgələrin deyil, ətraf rayonların da su təminatını yaxşılaşdıracaq, kənd təsərrüfatının inkişafına yeni imkanlar yaradacaq. Dövlətimizin başçısının su təhlükəsizliyini milli təhlükəsizliyin mühüm elementi kimi qiymətləndirməsi və bu istiqamətdə ardıcıl addımlar atması Azərbaycanın ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, aqrar sektorun dayanıqlı inkişafına və regionların sosial-iqtisadi yüksəlişinə xidmət edir. Bu isə Prezident İlham Əliyevin uzaqgörən siyasətinin və strateji baxışının konkret nəticələrindən biridir.
Gülşən Cabbarova-1 saylı Uşaq Somatik sanatoriyasının baş həkimi
Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Azərbaycan məhdud su ehtiyatlarına malik ölkələr sırasında olduğundan su resurslarının düzgün idarə olunması aqrar siyasətin mühüm istiqamətlərindən biridir

    Azərbaycan məhdud su ehtiyatlarına malik ölkələr ...

    26-05-2026, 12:35

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ƏLİYEVİN ERUDUSİYASI

    AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ...

    22-04-2025, 17:42



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Xəbər arxivi

May 2026 (154)
Aprel 2026 (148)
Mart 2026 (98)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.