• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Azərbaycan dövləti öz güclü iqtisadiyyatı, beynəlxalq nüfuzu və daxili resursları ilə qlobal böhranlara qarşı hər zaman hazırdır

  

Azərbaycan dövləti öz güclü iqtisadiyyatı, beynəlxalq nüfuzu və daxili resursları ilə qlobal böhranlara qarşı hər zaman hazırdır

Tarix : 26-05-2026, 12:40 Kateqoriya :---

Azərbaycan dövləti öz güclü iqtisadiyyatı, beynəlxalq nüfuzu və daxili resursları ilə qlobal böhranlara qarşı hər zaman hazırdır

Ölkəmizdə kənd təsərrüfatı sahəsinin inkişafı və regionların dirçəldilməsi dövlət siyasətinin hər zaman diqqət mərkəzində olan ən mühüm istiqamətlərindən biridir. Möhtərəm cənab prezident İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş geniş müşavirədə səsləndirilən fikirlər və qarşıya qoyulan yeni hədəflər ölkəmizin yaxın gələcəkdə qazanacağı növbəti uğurların anonsu xarakterini daşıyır.
Cənab prezident İlham Əliyev çıxışında regional inkişaf proqramlarının dövlətçilik tariximizdəki əhəmiyyətini xüsusi vurğulamışdır. Hələ 2004-cü ildən başlayan bu qətiyyətli addımlar sayəsində bölgələrimiz canlanmış, infrastruktur yenidən qurulmuş və məşğulluq səviyyəsi kəskin şəkildə artmışdır. Azad edilmiş torpaqlarımız istisna olmaqla, bu gün ölkəmizdə qazlaşdırmanın səviyyəsinin 96 %-ə çatması, elektrik təchizatı sahəsində ixrac potensialımızın yaranması və nəhəng su anbarlarının inşası bu uğurlu siyasətin bariz nümunəsidir.
Cənab prezident İlham Əliyev:"Biz elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın”.
Ölkə rəhbəri qeyd etmişdir ki, bu böyük qayıdışın təmin olunması üçün kənd ilə şəhər arasındakı infrastruktur və xidmət fərqləri minimuma endirilməlidir. Bu məqsədlə bölgələrimizdə müasir xəstəxanalar tikilmiş, məktəblərimizin təqribən 80-90 %-i tamamilə təmir olunmuş və ya yenidən inşa edilmişdir.
Müşavirədə kənd təsərrüfatı istehsalında dinamikanın daha da sürətləndirilməsi məqsədilə fəaliyyətə başlayan “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” geniş müzakirə olunmuşdur. Cəmi dörd il yarım ərzində icra olunması nəzərdə tutulan bu konkret və çevik proqram çərçivəsində dövlət xətti ilə 2 milyard manatdan, özəl sektor tərəfindən isə 3 milyard manatdan çox vəsaitin cəlb olunması hədəflənir.
Ölkəmizin yerli istehsal potensialını artırmaq və idxaldan asılılığı tamamilə aradan qaldırmaq üçün konkret vəzifələr müəyyən edilmişdir:
Taxılçılıqda hər hektardan məhsuldarlığın 3.2 tondan 5 tona, pambıqçılıqda isə 3.6 tondan 5 tona çatdırılması əsas hədəf olaraq qarşıya qoyulub. Pambıqçılıq sahəsində artıq xammal (mahlıc) deyil, tam hazır məhsul ixracına keçid təmin olunacaqdır.
Azərbaycan hazırda şəkər ehtiyacını 102%, tərəvəz ehtiyacını 107%, meyvə tələbatını isə 140% yerli istehsal hesabına ödəyir. Növbəti mərhələdə ət, süd və quş əti istehsalının da 100% səviyyəsinə çatdırılması tapşırılmışdır.
Hazırda dövlət dəstəyi ilə 130 min hektarda tətbiq olunan müasir suvarma sistemlərinin sahəsi 300 min hektara çatdırılacaqdır. Şirvan və Qarabağ kanallarının bərpası ilə yüz minlərlə hektar torpaq yeni nəfəs qazanacaqdır.
Cənab prezident İlham Əliyev kənd təsərrüfatında müasir yanaşmaların tətbiqinin zəruriliyini qeyd edərək, torpaqların analizi və rayonlaşdırılması işlərində “süni intellekt”, peyk imkanları və elektron pasportlaşdırma sistemlərindən istifadə edilməsinin vacibliyini bildirmişdir. Həmçinin, subsidiyaların daha çevik və dinamik idarə olunması fermerlərin fəaliyyətinə böyük təkan verəcəkdir.
Azərbaycan dövləti öz güclü iqtisadiyyatı, beynəlxalq nüfuzu və daxili resursları ilə qlobal böhranlara qarşı hər zaman hazırdır. Bu yeni Dövlət Proqramı xalqımızın rifahının daha da yüksəlməsinə, regionlarımızın zənginləşməsinə və gənc nəslin öz dədə-baba torpaqlarında daha parlaq gələcək qurmasına xidmət edəcəkdir.
Bakıxanov qəsəbəsi, 107 nömrəli tam orta məktəbin
Azərbaycan dili müəllimi Aynura Səfərova
Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Nəsimi Nəsibov: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Nəsimi Nəsibov: Azərbaycanın Humanitar ...

    27-08-2025, 23:56

  • Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin ...

    29-08-2025, 10:02

  • Eldar Quliyev: “Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik xarici siyasət kursu ölkəmizə beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandırıb”

    Eldar Quliyev: “Cənab Prezident İlham Əliyevin ...

    22-12-2025, 09:00

  • Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib - YENİLƏNİB

    Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib ...

    19-03-2025, 09:00



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Xəbər arxivi

May 2026 (154)
Aprel 2026 (148)
Mart 2026 (98)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.