• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » 28 may Azərbaycanın gələcəyinə işıq salan tarixdir

  

28 may Azərbaycanın gələcəyinə işıq salan tarixdir

Tarix : Bu gün, 09:56 Kateqoriya :---

28 may Azərbaycanın gələcəyinə işıq salan tarixdir

28 May tarixi keçmişimizdə və salnaməmizdə xüsusi yeri olan hadisədir. Çünki ilk dəfə Azərbaycan xalqı müqəddəratını öz gücü hesabına həll etmək niyyətini ortaya qoydu və böyük bir uğur qazandı. Ona qədər Azərbaycan xalqı həmişə mərkəzi qüvvələrin əsarəti altında yaşayıb və təbii ki, haqq-hüquqları pozulurdu. Azərbaycan ziyalılarını təmsil edənlərin yekdil fikri yox idi ki, Azərbaycan müqəddəratını özü həll etsin. Bəziləri deyirdi ki, mədəni muxtariyyət olsa kifayət edər. Amma klassiklərin öncülləri birmənalı şəkildə dedilər ki, gərək siyasi müstəqilliyimizi tələb edək və müstəqil inkişaf yoluna qədəm qoyaq. Bununla da çox vacib və tarixi əhəmiyyətə malik başlanğıc ərsəyə gəldi.
O zaman dünyada çox mürəkkəb geosiyasi vəziyyət var idi. İmperiya qüvvələri çalışırdılar ki, öz imkanları artırsın və yeni ərazilər zəbt etsinlər. O dönəm Rusiya müharibədə məğlub oldu. Bunun Azərbaycan xalqı üçün imkanlar açması göz önündə idi. Proseslərdə bəlli oldu ki, millətin özünün niyyəti var, onun aparıcı qüvvələri çalışırlar ki, Azərbaycan xalqı üçün gələcəyin yolunu müəyyən etsinlər. Bəli, müstəqilliyimiz mürəkkəb vəziyyətdə duruş gətirə bilmədi. Lakin, vaxt otdükcə biz gördük ki, ötən əsrdə Azərbaycan xalqı artıq ikinci dəfə öz müstəqilliyini bərpa etdi və inkişaf yoluna çıxdı.
1993-cü ildə Ulu öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə çağırıldı. Bu çox vacib və tarixi dönüş nöqtəsi idi. Bu baxımdan da Azərbaycan xalqı özünə inamını qaytardı. Bizim üçün ən əsas nailiyyət ondan ibarətdir ki, gələcəyə gedən yolu müəyyən etmişik. Yəni, siyasi, mədəni, humanitar prioritetlərin hamısı öz təsdiqini tapıb. Güclü liderimizin olması, onun xələfi olan cənab İlham Əliyevin hakimiyyətə gəlməsi, siyasi diplomatik sahədəki uğurlarımız, inteqrasiyada verdiyimiz böyük paylar dövlətçiliyimizin sütununu möhkəmləndirir. Ona görə bu hadisənin başlanğıc nöqtəsi kimi çox böyük əhəmiyyəti var və qədrini bilməliyik.
Biz bu gün Ermənistanın vəziyyətini də görürük. Təsadüfi deyil ki, cənab Prezidentimiz deyirdi ki, "Ermənilər öz suverenliyini get-gedə itirirlər". Bu baxımdan biz həm yetkin bir xalq kimi özümüzü təsdiqlədik, həm də göstərdik ki, dünya birliyinin ayrılmaz hissəsiyik. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə də göstərdi ki, biz həm də döyüşkən və milli birliyimizi qoruyub saxlaya bilən xalqıq. Bütün bu proseslərin hamısında tariximizdən boylanan 28 May amilini görürük. Bu bizim üçün çox qürurvericidir.
Dilbər Rəhimova-4 saylı Uşaq Musiqi məktəbinin direktoru
Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ƏLİYEVİN ERUDUSİYASI

    AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ...

    22-04-2025, 17:42

  • Səttar Möhbalıyev: "Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu müasir müstəqil Azərbaycan dövlətinin istənilən bir sahəsinin formalaşmasında və inkişfında müstəsna xidmətləri olub"

    Səttar Möhbalıyev: "Ümummilli Lider Heydər ...

    10-06-2025, 12:02



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Xəbər arxivi

May 2026 (119)
Aprel 2026 (148)
Mart 2026 (98)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.