• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi yolunda Ulu Öndər Heydər Əliyev misilsiz xidmətlər göstərmişdir

  

Müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi yolunda Ulu Öndər Heydər Əliyev misilsiz xidmətlər göstərmişdir

Tarix : Bu gün, 09:50 Kateqoriya :---

Müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi yolunda Ulu Öndər Heydər Əliyev misilsiz xidmətlər göstərmişdir

Azərbaycan xalqının tarixində elə günlər var ki, həmin tarixlər xalqımızın milli qürurunu, azadlıq ruhunu və dövlətçilik ənənələrini özündə yaşadır. Belə əlamətdar günlərdən biri də 28 May – Müstəqillik Günüdür. Bu tarix Azərbaycan xalqının əsrlər boyu yaşatdığı azadlıq arzularının gerçəkləşdiyi, milli dövlətçilik tariximizin yeni mərhələyə qədəm qoyduğu gündür.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə xalqımız təkcə öz müstəqilliyini elan etmədi, həm də bütün Şərq və müsəlman aləminə nümunə oldu. Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə və müsəlman dünyasında ilk demokratik, hüquqi və parlamentli respublika kimi tarixə düşdü. Bu, xalqımızın yüksək siyasi düşüncəyə, zəngin dövlətçilik ənənələrinə və azadlıq ruhuna malik olduğunu sübut etdi.
Həmin gün qəbul edilən İstiqlal Bəyannaməsi Azərbaycan xalqının taleyində dönüş nöqtəsi oldu. Xalqımız öz müstəqil dövlətini qurmaq əzmini nümayiş etdirərək dünyaya bəyan etdi ki, Azərbaycan xalqı öz müqəddəratını müəyyən etməyə qadirdir. Bu tarixi sənəd milli birlik və dövlətçilik ideyalarının əsasını təşkil etdi.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərsə də, bu qısa müddət ərzində çox mühüm işlər həyata keçirildi. İlk parlament və hökumət yaradıldı, dövlət atributları qəbul edildi, milli ordu formalaşdırıldı. Azərbaycan bayrağı dövlət rəmzi kimi təsdiqləndi və xalqımızın azadlıq simvoluna çevrildi. Həmin dövrdə qəbul edilən qanunlar ölkədə demokratik idarəçilik prinsiplərinin formalaşmasına böyük töhfə verdi.
Cümhuriyyət dövründə təhsil və maarif sahəsinə xüsusi diqqət ayrılırdı. Tədrisin ana dilində aparılması haqqında qərarın qəbul edilməsi milli kimliyin qorunmasına və inkişafına xidmət edirdi. 1919-cu ildə Bakı Dövlət Universitetinin yaradılması isə milli kadrların hazırlanması istiqamətində atılmış ən mühüm addımlardan biri idi. Bununla yanaşı, mədəniyyətin, elmin və hüquq sisteminin inkişafı istiqamətində də əhəmiyyətli işlər görülürdü.
Azərbaycan Xalq Cümhuriyyəti xarici siyasətdə də mühüm uğurlar qazandı. Dünyanın bir sıra dövlətləri ilə diplomatik əlaqələr quruldu, Azərbaycan beynəlxalq münasibətlər sistemində tanınmağa başladı. Paris Sülh Konfransında iştirak ölkəmizin beynəlxalq aləmdə tanınması istiqamətində mühüm addımlardan biri idi. Bu fəaliyyət nəticəsində Azərbaycan beynəlxalq hüququn subyekti kimi qəbul edildi.
1920-ci ildə bolşevik işğalı nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dayandırılsa da, xalqımızın müstəqillik arzusu heç vaxt sönmədi. Azərbaycan xalqı hər zaman azad və müstəqil dövlətə sahib olmaq ideyasını yaşatdı. Uzun illərdən sonra – 1991-ci ildə Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdi.
Müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi yolunda Ulu Öndər Heydər Əliyev misilsiz xidmətlər göstərmişdir. Ölkədə hökm sürən çətin siyasi və iqtisadi vəziyyətə baxmayaraq, onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan dövlətçiliyi qorunub saxlanıldı, sabitlik və inkişaf təmin edildi. Ulu Öndərin “Müstəqilliyi qorumaq, saxlamaq onu əldə etməkdən qat-qat çətindir” fikri bu gün də öz aktuallığını qoruyur.
Bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilmişdir. Güclü ordu quruculuğu, iqtisadi inkişaf, beynəlxalq əlaqələrin genişlənməsi və milli maraqların qorunması istiqamətində mühüm nailiyyətlər əldə olunmuşdur. Xüsusilə torpaqlarımızın işğaldan azad edilməsi və üçrəngli bayrağımızın bütün ərazilərimizdə dalğalanması xalqımızın ən böyük qələbələrindən biridir.
28 May – Müstəqillik Günü təkcə tarixi bir gün deyil, həm də xalqımızın milli kimliyinin, azadlıq ruhunun və dövlətçilik ənənələrinin rəmzidir. Bu əlamətdar gün bizə müstəqilliyin necə böyük nemət olduğunu xatırladır və hər birimizi Vətənimizi qorumağa, dövlətimizi daha da gücləndirməyə səsləyir.
Bu gün hər bir azərbaycanlı qürur hissi ilə deyə bilər ki, Azərbaycan müstəqil, güclü və qalib dövlətdir. Xalqımızın birliyi, dövlətimizin qüdrəti və bayrağımızın əzəməti daim yaşayacaqdır. Müstəqilliyimiz əbədi, dönməz və sarsılmazdır! Yaşasın müstəqil Azərbaycan!
Bakıxanov qəsəbəsi, 213 nömrəli tam orta məktəb-liseyin
Azərbaycan dili və ədəbiyyat müəllimi Məsumə Abbasova
Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ƏLİYEVİN ERUDUSİYASI

    AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ...

    22-04-2025, 17:42

  • 1918-ci ilin 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə Azərbaycan xalqı öz müstəqil dövlətini qurmuş və dünya dövlətləri sırasında yer almışdır

    1918-ci ilin 28 may tarixində Azərbaycan Xalq ...

    Bu gün, 09:52

  • Sədaqət və mərhəmətin təcəssümü – Tibb bacısı Sevinc Hümbətova

    Sədaqət və mərhəmətin təcəssümü – Tibb bacısı ...

    12-05-2025, 12:26



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Xəbər arxivi

May 2026 (119)
Aprel 2026 (148)
Mart 2026 (98)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.