• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Şərqin ilk demokratik, hüquqi, dünyəvi parlament respublikası

  

Şərqin ilk demokratik, hüquqi, dünyəvi parlament respublikası

Tarix : Bu gün, 09:47 Kateqoriya :---

Şərqin ilk demokratik, hüquqi, dünyəvi parlament respublikası

Müsəlman Şərqində ilk demokratik və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 106-cı ili tamam olur. Ötən illərdən fərqli olaraq üçüncü ildir ki, 28 May – Azərbaycanın müstəqilliyi gününü ərazi bütövlüyümüzün bərpa olunduğu bir şəraitdə qeyd edirik. Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmış və xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi.
106 il öncə müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik əzmini nümayiş etdirməklə, yaradılmasında və fəaliyyət göstərməsində Azərbaycanın tərəqqipərvər siyasi elitası-Məhəmmədəmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin , Xosrov bəy Sultanovun və başqalarının böyük xidmətləri olmuşdur. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edərək bununla da xalqımızın çoxəsrlik dövlətçilik ənənələri davam etdirmişdir. Əldə olunmuş müstəqilliyin 23 ay davam etməsinə baxmayaraq, yaşadığı qısa müddət ərzində zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, dövlət institutlarının təsis olunması, qadınlara səsvermə hüququnun bəxş edilməsi, tolerantlıq ənənələrinin əsasının qoyulması kimi tarixi nailiyyətlərə imza atmışdır.
Həmçinin, fəaliyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirərək Azərbaycanın ilk Parlamentini və hökumətini təşkil etməklə ölkənin sərhədləri müəyyənləşdiriərək, bayrağı, himni və gerbi yaradılmış, ana dili dövlət dili elan edilmiş, ordu quruculuğu sahəsində ciddi tədbirlər, islahatalar həyata keçirilməyə başlanmışdır. Ölkədə maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət edilərək bütün ölkə vətəndaşlarına eyni hüquqlar verilməklə irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldıraraq xalqın milli mənlik şüurunu özünə qaytarmış, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirmişdir.
Balaxanı qəsəbəısi, 259 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Aynur Paşayeva
Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • 1918-ci ilin 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə Azərbaycan xalqı öz müstəqil dövlətini qurmuş və dünya dövlətləri sırasında yer almışdır

    1918-ci ilin 28 may tarixində Azərbaycan Xalq ...

    Bu gün, 09:52

  • Səttar Möhbalıyev: “Azərbaycan Xalq Cümhuriyyətinin siyasi irsi müasir dövlətçilik ənənələrinin təməlini təşkil edir”

    Səttar Möhbalıyev: “Azərbaycan Xalq ...

    27-05-2025, 10:41



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Xəbər arxivi

May 2026 (119)
Aprel 2026 (148)
Mart 2026 (98)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.