• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Müstəqilliyimizin bərpasından sonra Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətçiliyi möhkəmləndi

  

Müstəqilliyimizin bərpasından sonra Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətçiliyi möhkəmləndi

Tarix : Bu gün, 09:46 Kateqoriya :---

Müstəqilliyimizin bərpasından sonra Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətçiliyi möhkəmləndi

Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. 1918-ci il mayın 28-də Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi parlament respublikasını yaradıb.
Bu tarixi addım Azərbaycan xalqının azadlıq və dövlətçilik ənənələrinin davamı idi. Cümhuriyyət qısa fəaliyyəti dövründə milli parlamentin təşkili, çoxpartiyalı sistemin tətbiqi, mətbuat və söz azadlığının təmin olunması, qadınlara seçki hüququnun verilməsi kimi demokratik islahatları həyata keçirdi. Beləliklə, Şərqdə ilk dəfə hüquqi dövlət quruculuğunun əsasları qoyuldu.
Müstəqilliyimizin bərpasından sonra Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətçiliyi möhkəmləndi. Ulu öndər Heydər Əliyev ölkədə siyasi sabitliyi bərpa etdi, hüquqi dövlət quruculuğunu gücləndirdi və 1995-ci il Konstitusiyasının qəbulu ilə Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarını müasir dövlətçilikdə yaşatdı.
Bu gün cənab prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müstəqil, güclü və hüquqi dövlət kimi inkişaf edir. Cənab prezident İlham Əliyevin apardığı siyasət ölkəmizin beynəlxalq nüfuzunu artırır, vətəndaşların hüquq və azadlıqlarının qorunmasını təmin edir. Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə qoyduğu təməl bu gün də gənclərin hüquqi savadlılığının artırılmasında və qanunçuluğa hörmət ruhunda tərbiyə olunmasında əsas istinad nöqtəsidir.
Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şanlı səhifəsi olaraq qalır və müasir Azərbaycan dövlətçiliyi üçün tükənməz mənəvi qaynaqdır.
Bakıxanov qəsəbəsi, 75 nömrəli tam orta məktəbin
İbtidai sinif müəllimi Fərzanə Heydərli
Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ƏLİYEVİN ERUDUSİYASI

    AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ...

    22-04-2025, 17:42

  • Səttar Möhbalıyev: "Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu müasir müstəqil Azərbaycan dövlətinin istənilən bir sahəsinin formalaşmasında və inkişfında müstəsna xidmətləri olub"

    Səttar Möhbalıyev: "Ümummilli Lider Heydər ...

    10-06-2025, 12:02

  • Sədaqət və mərhəmətin təcəssümü – Tibb bacısı Sevinc Hümbətova

    Sədaqət və mərhəmətin təcəssümü – Tibb bacısı ...

    12-05-2025, 12:26



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Xəbər arxivi

May 2026 (120)
Aprel 2026 (148)
Mart 2026 (98)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.