• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Azərbaycan öz geosiyasi və coğrafi mövqeyinə görə dünya dövlətləri içərisində tarix boyu mühüm rol oynamışdır

  

Azərbaycan öz geosiyasi və coğrafi mövqeyinə görə dünya dövlətləri içərisində tarix boyu mühüm rol oynamışdır

Tarix : 21-05-2026, 11:10 Kateqoriya :---

Azərbaycan öz  geosiyasi və coğrafi mövqeyinə görə dünya dövlətləri içərisində  tarix boyu mühüm rol oynamışdır

Gündən-günə inkişaf edən dünya şəhərləri içərisində özünəməxsusluğu ilə seçilən Bakı Qlobal Şəhərsalma Mərkəzinə çevrilir. Tarixi Keçmişdən Müasir Dirçəlişə doğru böyük layihələrlə beynəlxalq layihələrə ev sahibliyi edir. 2026-cı il mayın 18-də paytaxt Bakı şəhəri növbəti dəfə mötəbər bir beynəlxalq tədbirə ev sahibliyi edib. Prezident İlham Əliyevin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasındakı proqram xarakterli çıxışı Azərbaycanın həm qlobal çağırışlara verdiyi töhfəni, həm də ölkə daxilində aparılan irimiqyaslı quruculuq işlərini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı.
Azərbaycan öz geosiyasi və coğrafi mövqeyinə görə dünya dövlətləri içərisində tarix boyu mühüm rol oynamışdır. Avropa ilə Asiya arasında əlverişli mövqedə yerləşən ölkəmiz hər zaman Şərqin Qərb ilə qovuşduğu unikal məkan olub. Bu strateji mövqe bu gün Bakıda keçirilən mötəbər forumda özünü bir daha büruzə verdi. Belə ki, tədbirə maraq olduqca böyükdür – hazırda 182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçımız var. Bu statistika Azərbaycanın beynəlxalq nüfuzunun və qlobal şəhərsalma platformasındakı nüfuzunun bariz göstəricisidir. Təsadüfi deyil ki, ölkəmizdə bu sahəyə dövlət səviyyəsində xüsusi önəm verilir və bu il “Şəhərsalma və Memarlıq İli” elan edilmişdir.
Azərbaycan xalqı zəngin mədəniyyətə və köklü ənənələrə sahibdir. Biz təkcə musiqimizlə və şeirimizlə deyil, eyni zamanda, memarlıqda öz əksini tapan qədim tariximizlə qürur duyuruq. Paytaxt Bakı, o cümlədən Azərbaycanın bir çox qədim şəhərləri öz memarlığı ilə fəxr edə bilər. Keçmişlə müasirliyin sintezini özündə birləşdirən Bakı həm də böyük idman və infrastruktur layihələrinin mərkəzidir. Məsələn, Bakı Qran-Prisi şəhər halqasında keçirilən çox azsaylı yarışlardandır ki, bu da şəhərin dinamikliyini və müasir idman infrastrukturunu bütün dünyaya nümayiş etdirir.
Bu gün ölkəmizdəki inkişaf yalnız paytaxtla məhdudlaşmır; Azərbaycanın bir çox rayon və şəhərlərində şəhərsalma çox sürətlə inkişaf edir. Müasir dövrün tələblərinə uyğun olaraq, ekoloji tarazlığın qorunması da diqqət mərkəzindədir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, biz ətraf mühit sahəsində çox işləri görməli olduq və bu istiqamətdə yaşıl enerji və ekoloji layihələrin icrası qətiyyətlə davam etdirilir.Sevindirci haldır ki, bugün işğaldan azad edilmiş torpaqlarımızda da misilsiz quruculuq işləri aparılır. İndi dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. Bu istiqamətdə strateji addımlar atılır:
Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz şəkildə qayıdışı üçün "Böyük Qayıdış" Proqramı uğurla həyata keçirilir.
Bir çox şəhər və kəndlərin Baş planları hazırlanır. Bu planlar "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyalarına əsaslanaraq ən müasir standartlara uyğun tərtib edilir.
Ümumdünya Şəhərsalma Forumunun Bakı sessiyası bir daha göstərdi ki, Azərbaycan həm qlobal dialoq mühitinə ev sahibliyi edir, həm də müharibədən sonrakı bərpa və modern şəhərsalma modelini dünyaya nümunə kimi təqdim edir.
Müharibədən yenicə çıxmış ölkəmiz üçün beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi çox sevindirici haldır. Azərbaycanın gələcək inkişafı uğrunda ölkə başçısının uğurlu siyasəti dovlətimizin gələcəyi üçün bizə daha böyük ümid ,inam verir.Xalqımız yekdilliklə Cənab Prezidentimizin mövqeyini dəstəkləyir.
Sabunçu qəsəbəsi, 311 nömrəli tam orta ümumtəhsil
məktəbinin psixoloqu Nərmin Babayeva
Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • Nəsimi Nəsibov: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Nəsimi Nəsibov: Azərbaycanın Humanitar ...

    27-08-2025, 23:56

  • Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin ...

    29-08-2025, 10:02

  • Eldar Quliyev: “Azərbaycan-ABŞ ikitərəfli münasibətləri regionumuzda gedən konstruktiv proseslərin istiqamətini müəyyənləşdirən mühüm amillərdən biridir”

    Eldar Quliyev: “Azərbaycan-ABŞ ikitərəfli ...

    18-12-2025, 09:21



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Xəbər arxivi

May 2026 (105)
Aprel 2026 (148)
Mart 2026 (98)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.