• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Bakıda “İqlim dəyişikliyi üzrə həmkarlar ittifaqlarının fəaliyyəti” mövzusunda konfrans keçirilib -Fotolar

  

Bakıda “İqlim dəyişikliyi üzrə həmkarlar ittifaqlarının fəaliyyəti” mövzusunda konfrans keçirilib -Fotolar

Tarix : 13-05-2026, 19:29 Kateqoriya :---

Bakıda “İqlim dəyişikliyi üzrə həmkarlar ittifaqlarının fəaliyyəti” mövzusunda konfrans keçirilib


Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzi (TMHİM), Beynəlxalq Əmək Təşkilatı (BƏT) İşçilərin Fəaliyyəti Bürosunun (BƏT-ACTRAV) birgə təşkilatçılığı ilə “İqlim dəyişikliyi üzrə həmkarlar ittifaqlarının fəaliyyəti” mövzusunda konfrans keçirilib.

Tədbirdə dövlət rəsmiləri, Milli Məclisin deputatları, qeyri-hökumət və ictimai təşkilatların təmsilçiləri, Azərbaycan və Türkmənistan həmkarlar ittifaqlarının, BƏT-in və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzinin nümayəndələri iştirak ediblər.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev konfransın əhəmiyyətini qeyd edib, qlobal iqlim dəyişmələri və onun fəsadlarından, Azərbaycanın iqlim dəyişmələri siyasətindən söz açıb, “yaşıl keçid” və ətraf mühitin qorunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bildirilib ki, ölkəmizdə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. “Yaşıl keçid” prosesində işçilərin yeni bacarıqlarının formalaşdırılması və məşğulluq imkanlarının artırılması xüsusi önəm daşıyır. Həmkarlar ittifaqlarının bu prosesdə fəal iştirakı inklüziv, ədalətli və şəffaf yanaşmaların təmin edilməsi baxımından vacibdir.

Konfederasiya sədri Sahib Məmmədov çıxışında Azərbaycanın qlobal iqlim fəaliyyətinə töhfə verən ölkələr sırasında olduğunu və cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə məqsədyönlü və sistemli tədbirlərin həyata keçirildiyini deyib. Diqqətə çatdırılıb ki, iqlim dəyişmələri eyni zamanda sosial və əmək münasibətlərinə təsir göstərən qlobal çağırışdır. Bu baxımdan əmək bazarında baş verən dəyişikliklər həmkarlar ittifaqlarından daha çevik və koordinasiyalı fəaliyyət tələb edir. “Ədalətli keçid” prinsiplərinin təmin olunması, işçilərin maraqlarının qorunması və sosial dialoqun gücləndirilməsinin əsas prioritetlərdən olduğunu bildirən Konfederasiya sədri AHİK-in bu istiqamətdə beynəlxalq tərəfdaşlarla əməkdaşlığı davam etdirdiyini və dövlətimizin sosial siyasətinə dəstək verdiyini vurğulayıb.

Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzinin sədri xanım Oğulcənnət Berdiliyeva qlobal iqlim dəyişmələri fonunda bu kimi beynəlxalq platformaların təcrübə mübadiləsinin aparılması və birgə yanaşmaların formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını deyib. Onun sözlərinə görə, hazırkı şəraitdə həmkarlar ittifaqları əmək bazarındakı dəyişikliklərə daha operativ qaydada uyğunlaşmalı və işçilərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı məsələlərə reaksiyanı artırmalıdır.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev dövlət siyasətində iqlim dəyişmələrinin sosial nəticələrinə önəm verildiyini, həmçinin əmək bazarının dayanıqlığının gücləndirilməsinin və işçi qüvvəsinin müasir çağırışlar və gələcək trendlərə hesablanmış qaydada hazırlanmasının əsas prioritetlər sırasında olduğunu bildirib. Bu istiqamətdə əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev iqlim dəyişmələrinin sosial nəticələrinin qanunvericilik baxımından əhəmiyyətini bildirib. Diqqətə çatdırılıb ki, “yaşıl iqtisadiyyat”a keçid sosial tərəfdaşlıq mexanizmlərinin gücləndirilməsi və bu proseslərin hüquqi müstəvidə dəstəklənməsi üçün mühüm rola malikdir.

İƏT-in Əmək Mərkəzinin baş direktoru Azər Bayramov iqlim çağırışlarının qlobal əmək bazarında yeni yanaşmalar tələb etdiyini, İƏT çərçivəsində əmək və sosial müdafiə sahələrində ortaq təşəbbüslərin genişləndirilməsinin önəmli xarakter daşıdığını deyib.
İqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov isə qeyd edib ki, qlobal iqtisadi inkişaf fonunda Azərbaycanın iqtisadi siyasəti rəqabətqabiliyyətli və innovasiya yönümlüdür. O həmçinin yaşıl iqtisadi yanaşmaların genişləndirilməsinin həm investisiya mühitinin yaxşılaşdırılmasına, həm də iqtisadiyyatın daha dayanıqlı struktura keçidinə şərait yaratdığını deyib.

Konfransa onlayn qoşulan və tədbirin aktual mövzuya həsr olduğunu vurğulayan BƏT-ACTRAV-ın Avropa və Mərkəzi Asiya üzrə rəhbəri Serqius Qlovaskas bildirib ki, iqlim dəyişmələrinin sosial və məşğulluqla bağlı təsirlərini nəzərə alan BƏT “ədalətli keçid” yanaşmasını təşviq edir və iqlim gündəliyində həmkarlar ittifaqlarının fəal iştirakını dəstəkləyir.
Tədbirdə BƏT-in baş mütəxəssisi Qoça Aleksandria “Ədalətli keçiddə həmkarlar ittifaqlarının rolu” mövzusunda təqdimatla çıxış edib.

Sonra “İqlim dəyişikliyi və əmək dünyası” mövzusunda panel müzakirələr aparılıb.

Tədbir çərçivəsində AHİK tərəfindən son illərdə həmkarlar ittifaqları sistemində həyata keçirilən islahatları və tətbiq olunan innovativ yenilikləri əks etdirən videoçarx nümayiş etdirilib.


Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ƏLİYEVİN ERUDUSİYASI

    AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ...

    22-04-2025, 17:42

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla çıxış ediblər - YENİLƏNİB

    İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla ...

    7-05-2025, 21:08



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Xəbər arxivi

May 2026 (105)
Aprel 2026 (148)
Mart 2026 (98)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.