• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Hər iki ölkəni dostluq və əməkdaşlıq əlaqələri bağlayır

  

Hər iki ölkəni dostluq və əməkdaşlıq əlaqələri bağlayır

Tarix : 6-05-2026, 14:45 Kateqoriya :---

Hər iki ölkəni dostluq və əməkdaşlıq əlaqələri bağlayır

Hazırda ayrı-ayrı dövlətlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirir, respublikamızla müxtəlif sahələri əhatə edən tərəfdaşlıqların inkişafına böyük önəm verirlər. Dövlətimizin xarici siyasət kursunda İtaliya Respublikası ilə qarşılıqlı faydalı münasibətlər mühüm yer tutur. Hər iki ölkəni dostluq və əməkdaşlıq əlaqələri bağlayır. Tərəflərin münasibətləri ortaq faydalı tərəfdaşlıq xarakteri daşıyır. Cənab Prezident İlham Əliyevin 2022-ci ildə İtaliyaya işgüzar səfəri münasibətlərin inkişafında böyük əhəmiyyət kəsb etdi. Həmin səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirilib, qarşılıqlı faydalığa əsaslanan yeni əməkdaşlıqların da əsası qoyuldu. Həmçinin, ölkə başçısının bu səfəri zamanı qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsinə dair faydalı müzakirələr aparılıb.
İtaliya Avropada Azərbaycanın böyük ticarət və ixracat tərəfdaşıdır. Pandemiya dövründə də iki ölkə arasında ticarət dövriyyəsinin həcmi pandemiyadan əvvəlki dövrün göstəricilərini təkrarlayıb, həmin dövrdə bir çox ölkələrin ticarət göstəriciləri aşağı düşsə də, Azərbaycan və İtalya arasındakı iqtisadi əlaqələrə təsir etmədi. Azərbaycan da İtaliyanın Cənubi Qafqaz ölkələri ilə arasında ən iri ticarət tərəfdaşıdır ki, bu bölgədə İtaliyanın apardığı ticarətin 90 faizindən çoxu Azərbaycanın payına düşür. Hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və digər sahələrdə 100-dən çox İtaliya şirkəti fəaliyyət göstərir. Avropa İttifaqı ilə Azərbaycanın yaxınlaşması da İtalya dövləti üçün olduqca vacib haldır, bu səbəbdən hər zaman Azərbaycanın Avropa İttifaqı ilə yaxınlaşmasını güclü şəkildə dəstəkləyib. İstər 44 günlük İkinci Qarabağ müharibəsi zamanı, istərsə də sonrası İtaliya mətbuatı daim Azərbyacanı dəstəkləyib.
Siyasi sahədə Azərbaycan və İtaliya arasında yüksək səviyyəli qarşılıqlı səfərlər, görüşlər və beynəlxalq platformalarda əməkdaşlıq diqqət çəkir. Bu əlaqələr ölkələr arasında etimad mühitinin formalaşmasına və daha da möhkəmlənməsinə xidmət edir. İtaliya Azərbaycanın Avropa məkanında əsas tərəfdaşlarından biri kimi çıxış edir və bu münasibətlər Avropa İttifaqı çərçivəsində də əhəmiyyətli rol oynayır.İqtisadi sahədə əməkdaşlıq isə xüsusilə enerji sektoru ilə seçilir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan ölkələrdən biridir və İtaliya bu sahədə əsas tərəfdaşlardan hesab olunur. Xüsusilə Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində həyata keçirilən əməkdaşlıq iki ölkə arasında strateji münasibətlərin əsas sütunlarından biridir. Azərbaycan qazının İtaliya bazarına çıxarılması həm iqtisadi əlaqələri gücləndirir, həm də Avropanın enerji mənbələrinin şaxələndirilməsinə töhfə verir.
İtaliya Azərbaycan əlaqələrinin inkişafı regionumuz və ölkəmiz üçün çox önəmlidir, həm də bu bir daha onu sübut edir ki, bu gün Azərbaycanın çox yaxşı münasibətdə olduğu Avropa dövlətləri mövcuddur və bunu beynəlxalq təşkilatlar da öz siyasətlərində nəzərə almalıdırlar. Şübhəsiz ki, bunun əsas səbəblərindən biri də Prezident İlham Əliyevin xarici dövlətlərlə qurduğu səmərəli əməkdaşlıq modelləridir. Bu səfər nəticəsində qarşılıqlı investisiya layihələri daha da genişlənəcək ki, bunun da ticari əlaqələrə mühüm faydası vardır.
Alidə Aslanova – YAP Sabunçu rayon təşkilatının məsləhətçisi
Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni

    Prezidentin Çin telekanalına müsahibəsinin - Tam ...

    26-04-2025, 14:36

  • Nəsimi Nəsibov: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Nəsimi Nəsibov: Azərbaycanın Humanitar ...

    27-08-2025, 23:56

  • Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Eminov Mehman: Azərbaycanın Humanitar Siyasətinin ...

    29-08-2025, 10:02

  • Eldar Quliyev: “Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik xarici siyasət kursu ölkəmizə beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandırıb”

    Eldar Quliyev: “Cənab Prezident İlham Əliyevin ...

    22-12-2025, 09:00



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Xəbər arxivi

May 2026 (105)
Aprel 2026 (148)
Mart 2026 (98)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.