• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Azərbaycan-İtalya münasibətləri yeni mərhələdə

  

Azərbaycan-İtalya münasibətləri yeni mərhələdə

Tarix : 6-05-2026, 14:43 Kateqoriya :---

Azərbaycan-İtalya münasibətləri yeni mərhələdə

Dünyada etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınan Azərbaycan səmərəli ikitərəfli münasibətlərə və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinə üstünlük verir. Bu baxımdan beynəlxalq münasibətlər sisteminin aktorları Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirir, ölkəmizlə müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına böyük önəm verirlər. Tarixi Zəfərimizdən sonra Azərbaycanın müxtəlif ölkələrlə istər ikitərəfli, istərsə də çoxtərəfli çərçivədə əlaqələrinin yeni istiqamətlər üzrə inkişafı diqqətdən kənarda qalmır. Avropa İttifaqına üzv olan böyük və nüfuzlu dövlətlərlə qarşılıqlı əməkdaşlıq daim inkişaf etdirilir, yeni istiqamətlər müəyyənləşdirilir. Azərbaycan-İtaliya münasibətlərinin yüksələn xətlə inkişafı da bunun bariz nümunəsidir. İtaliya və Azərbaycan strateji tərəfdaşlardır. Azərbaycan–İtaliya əməkdaşlığı saf münasibətlərə, qarşılıqlı hörmətə və etimada əsaslanır və uzunömürlüdür. Çünki bu münasibətlərin əsasında iki dost dövlətin sülhə, əminamanlığa, inkişafa yönəldilən səyləri durur.
İtaliya ilə neft, qaz, turizm, iqtisadiyyat, mədəniyyət, elm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi iki dövlətin milli maraqlarına xidmət etməklə gələcək inkişafa yeni imkanlar yaradır. Bu dövlət rəhbərlərinin keçirdikləri görüşlərdə, eləcə də Bakıda İtaliya- Azərbaycan Universitetinin açılışında dəfələrlə səsləndirildi. Cənab İlham Əliyev açılış çıxışında bildirdi ki, “İtaliya Azərbaycanla artıq uzun illər strateji tərəfdaşlıq əsasında münasibətlər qurmuşdur. Biz, sözün əsl mənasında strateji tərəfdaşıq. Çünki bizim əməkdaşlığımız strateji xarakter daşıyır, qısamüddətli deyil, uzunmüddətlidir. Eyni zamanda bizim əməkdaşlıq çərçivələrinə ildən-ilə yeni istiqamətlər əlavə olunur.
Energetika, sənaye, iqtisadiyyat, mədəniyyət sahələrini əhatə edən əməkdaşlıq təhsil sahəsini özündə birləşdirməklə əməkdaşlığa yeni vüsət verir. Azərbaycan İtaliya bazarında qaz təchizatına görə ikinci, neft təchizatına görə birinci yerdə olduğu kimi təhsil sahəsində də öncül yerlərə nail olacağı şübhəsizdir.
Bu baxımdan İtaliya-Azərbaycan Universitetinin açılışı gələcək əməkdaşlığımız, təhsilimizin inkişafı, dostluğumuzun möhkəmlənməsi yolunda yeni imkanlar yaradır və bu təqdirəlayiqdir.
Altun İbrahimov – YAP Sabunçu rayon təşkilatının məsləhətçisi
Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • Prezident Çinin Sinxua agentliyinə müsahibə verib

    Prezident Çinin Sinxua agentliyinə müsahibə verib ...

    21-04-2025, 23:56

  • AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ƏLİYEVİN ERUDUSİYASI

    AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ...

    22-04-2025, 17:42

  • Nəsimi Nəsibov: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Nəsimi Nəsibov: Azərbaycanın Humanitar ...

    27-08-2025, 23:56



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Xəbər arxivi

May 2026 (105)
Aprel 2026 (148)
Mart 2026 (98)
Fevral 2026 (204)
Yanvar 2026 (165)
Dekabr 2025 (154)
Noyabr 2025 (203)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    © Copyright 2025, Bütün hüquqlar qorunur.