• Ana səhifə
  • Əlaqə

Fakt Sübut

  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Sosial
  • Dünya
  • Hadisə
  • Təhsil
  • Səhiyyə
  • Mədəniyyət
  • İdman

Fakt Sübut » Kamaləddin Qafarov: “Azərbaycan öz siyasətini dəqiq diplomatik strategiya əsasında qurur”

  

Kamaləddin Qafarov: “Azərbaycan öz siyasətini dəqiq diplomatik strategiya əsasında qurur”

Tarix : 5-05-2026, 11:05 Kateqoriya :---
Kamaləddin Qafarov: “Azərbaycan  öz siyasətini dəqiq diplomatik strategiya əsasında qurur”
 
“Avropa Siyasi Birliyi Zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyevin videobağlantı formatında çıxışı müasir Azərbaycan diplomatiyasının çevikliyi və praqmatik yanaşmasının növbəti nümunəsi kimi qiymətləndirilə bilər”. 
 
Bu sözləri  mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
       
Onun fikrincə, Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən bu tədbirdə iştirak forması belə, əslində, siyasi mesaj xarakteri daşıyır və regionda formalaşan yeni reallıqlar fonunda Azərbaycanın mövqeyinin aydın ifadəsinə xidmət edir. “Dövlət başçısının çıxışında vurğuladığı məqamlardan biri tədbirə qoşulma formatının əvvəlcədən razılaşdırılması idi. Bu fakt göstərir ki, Azərbaycan beynəlxalq platformalarda iştirakını təsadüfi deyil, dəqiq hesablanmış diplomatik strategiya əsasında qurur. Prezident İlham Əliyevin Avropa liderləri ilə əvvəlcədən apardığı müzakirələr, o cümlədən tədbirin Ermənistanda keçirilməsi ilə bağlı fikir mübadiləsi Azərbaycanın regionda baş verən proseslərə yalnız reaksiya verən deyil, həm də onları əvvəlcədən dəyərləndirən və mövqeyini formalaşdıran tərəf olduğunu nümayiş etdirir.”        
         
Millət vəkili qeyd edib ki, nümayiş etdirilən yanaşma Azərbaycanın xarici siyasət kursunun əsas xüsusiyyətlərindən biri olan balanslaşdırılmış və prinsipial diplomatiyanı bir daha ön plana çıxarır: “Azərbaycan tərəfi beynəlxalq tədbirlərdə iştirak edərkən həm siyasi reallıqları, həm də milli maraqları nəzərə alaraq optimal qərarlar qəbul edir. Bu isə ölkənin beynəlxalq nüfuzunun artmasına və tərəfdaşlar arasında etibarlı aktor kimi qəbul olunmasına mühüm töhfə verir. Çıxışda diqqət çəkən digər mühüm məqam isə ötən ilin avqustunda Vaşinqtonda imzalanmış sənədə istinad idi. ABŞ paytaxtında, Ağ Evdə Ermənistan və Azərbaycan liderlərinin imzaladığı Birgə Bəyannamə regionda sülh gündəliyinin formalaşmasında mühüm mərhələ kimi qiymətləndirilə bilər. Bu sənədin beynəlxalq vasitəçilik şəraitində imzalanması və yüksək səviyyəli siyasi dəstək alması onun əhəmiyyətini daha da artırır. Bu kontekstdə Prezidentin həmin prosesi xüsusi vurğulaması Azərbaycanın sülh təşəbbüslərinə sadiqliyinin göstəricisidir. Eyni zamanda, dövlət başçısı tərəfindən səsləndirilən fikirlər göstərir ki, artıq həm Azərbaycan, həm də Ermənistan sülhün real nəticələrini hiss etməyə başlayıblar. Bu, regionda uzun illər davam edən qarşıdurmanın tədricən əməkdaşlıq müstəvisinə keçdiyini göstərən mühüm siqnaldır. Sülhün “əyani nəticələri” ifadəsi isə sadəcə siyasi bəyanat deyil, konkret dəyişikliklərin baş verdiyini göstərən strateji yanaşmadır. Azərbaycan Prezidentinin Avropa Komissiyasına təşəkkür ifadə etməsi də diqqətəlayiqdir. Bu, Avropa institutlarının regionda sülh prosesinə verdiyi töhfələrin Bakıda müsbət qiymətləndirildiyini göstərir. Eyni zamanda, bu yanaşma Azərbaycanın beynəlxalq tərəfdaşlarla konstruktiv əməkdaşlığa açıq olduğunu və sülh gündəliyinin geniş beynəlxalq dəstək üzərində qurulmasına üstünlük verdiyini nümayiş etdirir” .
Paylaş:

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Daha çox xəbər :

  • Elşad Abdullayev:  Misilsiz tarixi xidmət nümunəsi

    Elşad Abdullayev: Misilsiz tarixi xidmət nümunəsi ...

    19-06-2025, 12:06

  • DİLİN İŞIĞINI QORUMAQ

    DİLİN İŞIĞINI QORUMAQ ...

    31-07-2025, 14:58

  • AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ƏLİYEVİN ERUDUSİYASI

    AZƏRBAYCAN DİLİNİN TARİXİ TƏRƏNNÜMÜNDƏ HEYDƏR ...

    22-04-2025, 17:42

  • Nəsimi Nəsibov: Azərbaycanın Humanitar Siyasətinin Güclü Sütunu – Mehriban xanım Əliyeva

    Nəsimi Nəsibov: Azərbaycanın Humanitar ...

    27-08-2025, 23:56



все шаблоны для dle на сайте newtemplates.ru скачать
  • youtube
  • twitter
  • rss
  • googleplus
  • flickr
  • facebook

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Xəbər arxivi

Sentyabr 2026 (23)
Avqust 2026 (107)
İyul 2026 (113)
İyun 2026 (128)
May 2026 (155)
Aprel 2026 (148)
Mart 2026 (97)
Fevral 2026 (204)
Yanvar 2026 (163)
Dekabr 2025 (150)
Noyabr 2025 (202)
Oktyabr 2025 (55)
Sentyabr 2025 (82)
Avqust 2025 (38)
İyul 2025 (56)
İyun 2025 (46)
May 2025 (408)
Aprel 2025 (571)
Mart 2025 (412)

Bütün arxivi göstər / gizlət
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook


    Tel: 055 693 93 98
    Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı